Radio

Respublika radiosunu kəsib bizi bağlayırdılar, indi deyirlər, ver vəsiqəni, işlədək

1933
"Vəzifədə olanların çoxu sonradan öz kreslolarından ayrılmamaq üçün mənə yalvarırdılar ki, sənə nə istəsən, verək, bircə bu çıxışlar efirə getməsin"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. "Diqqət, diqqət! Danışır Balakən! Yerli radionun yayımına başlayırıq!" Sputnik Azərbaycan bildirir ki, düz 49 il əvvəl Balakən sakinləri bu sözü Zümrüd Dibirovadan eşitdilər.

Balakən rayonunun radio qovşağının verilişlərinin baş redaktoru, eyni zamanda radionun diktoru, Azərbaycan Jurnalistlər İttifaqının üzvü olan Z.Dibirova ilə o illərə qiyabi səyahət etdik: "Balakən yerli radiosunun 44 il əməkdaşı olmuşam. 1970-ci ildə həmin radioda diktor kimi başladım. 1975-dən 2014-cü ilin dekabrına qədər orada redaktor işlədim. Bundan başqa, 25 il Respublika radiosunda bölgə müxbiri oldum. Radio mənim həyatımdır. Evimizdə bir neçə radio var. İndinin özündə də qulaq asıram. Müasir studiyalara gedirəm, baxıram, həvəslənirəm. Öz-özümə deyirəm ki, kaş yenidən doğulaydım, yenidən radioda işləyərdim. Bizim dövrümüzdə bu qədər mükəmməl deyildi. İndi hər şey çox asan və keyfiyyətlidir".

Zümrüd xanım ilk efiri və ilk müsahibini yada salır: "1967-ci ildə məktəbi, 1969-cu ildə texnikumu bitirdim. 1970-ci ildə ilk dəfə radioda diktor kimi işləməyə başlayanda veriliş hazırladım. Universitetin filologiya fakültəsində oxuyanda  məni işə dəvət elədilər. "Diqqət, danışır Balakən radiosu" cümləsi ilə efirimizə başlayırdıq. İlk müsahibim Həlimət Qarayeva olub. Əməkdar müəllim idi, bizə kimya dərsi deyirdi".

Zümrüd xanımın nəvəsi Fatimə də nənəsinin yolunu davam etdirir: "Nəvəm jurnalistika fakültəsinə daxil olub. O, televiziya aparıcısı olmaq istəyir. Kiçik nəvəm Səadət də diktorluq həvəsindədir. O qədər jurnalistikadan danışmışam, onlarda bu sənətə qarşı sevgi yaranıb".

"Məni radionun fanatı adlandırırlar. Uşaq vaxtından radio həvəskarı olmuşam. Natəvan Hacıyevaya, Ofeliya Sənaniyə qulaq asırdım. Anama deyirdim, "can ana, bütün işlərimi bitirdim, icazə ver, radioya qulaq asım". Uşaq verilişləri olurdu o zamanlar. 1960-cı ildə isə televizor aldıq. Kənddə ilk televizor bizdə olub. "Sehrli qutu" adlandırırdıq onu. Çox böyük sevgim var idi hər ikisinə. Amma radio məni daha çox cəlb elədi", - deyə Dibirova əlavə edir.

Ömrünü radioya həsr edən qadın Zümrüd Dibirova
© Sputnik / Shahperi Abbasova
Ömrünü radioya həsr edən qadın - Zümrüd Dibirova

Zümrüd xanım müasir radio verilişlərinə iradını bildirir: "Radioya qulaq asan insan oradan nəsə götürməlidir. Müasir radiomuz isə sırf şouya köklənib. Həddən ziyadə musiqi verirlər. Əlbəttə, musiqi də olmalıdır, amma həddində. Təbii ki, yaxşı radio jurnalistlərimiz də var. Müasir dillə desək, diceylər. Maarifləndirmək ən ümdə məsələdir. Lakin bizim müasir diceylərimiz üstünlüyü ancaq şouya verdiklərindən, bir neçə dəqiqədən sonra dalğanı dəyişmək istəyirsən".

"Bizim dövrümüzdə 15 dəqiqəlik verilişin 10 dəqiqəsi ayrılırdı təsərrüfat xəbərlərinə. Raykomun 3-cü katibi baxmamış biz efirə çıxmazdıq. Mədəniyyət xəbərləri, məktəb rubrikası da yer alırdı. Həftədə 3 dəfə efirə çıxırdıq. 15 dəqiqəlik Respublika radiosunu kəsirdilər, bizi bağlayırdılar. Bütün rayonların yerli radiosu var idi", - Dibirova xatırlayır.

Zümrüd xanım radio adlı sehrli aləmdə bütün problemlərini unutduğunu söyləyir: "O vaxt məktəbin radio qovşağında danışırdım, məndə həvəs oradan başladı. Sonradan pioner baş dəstə rəhbəri olanda tez-tez radio qovşağında verilişlər təşkil edib uşaqları efirə çıxarırdım, onları danışdırırdım. Radioda hər şeyi unuduram, problemlərimi, dərdimi-sərimi..."

Müsahibimiz Azərbaycan televiziya və radio tarixində xüsusi imzası olan bir çox diktorların müəllimi olub: "Aybəniz Məmmədəliyeva, Nailə İslamzadə mənim şagirdim olublar. Aybəniz xanım deyir ki, "Zümrüd xanım olmasaydı, bəlkə də, mən radioya gəlməzdim".  Respublika radiosunda rəhmətlik Mailə Muradxanlı, Fəridə Aslanbəyova, Qaçay Köçərli, Fatma Cabbarlı, Valid Sənani ilə çiyin-çiyinə çalışmışam".

Həmsöhbətimiz "sarı mətbuat" və saxta vəsiqə ilə insanları şantaj edən "jurnalist"lərdən gileylidir: "Baxırsan, heç bir təhsili yoxdur, əlində vəsiqə var. Adı it dəftərində də olmayan hansısa bir qəzetin təmsilçisi düşür kəndlərin canına. Vəsiqəni göstərib pul dilənir. Qurunun oduna yaş da yanır. Elələrinin ucbatından bu gün dəyərli jurnalistlərimizə olan inam azalıb. Hələ elə adamlar var ki, mənə təklif edirlər ki, "ver vəsiqəni, biz işlədək".

Qəhrəmanımız söyləyir ki, təmənna ilə yazı hazırlamaq ənənəsi sovet dövründə də olub: "O dövrdə də təmənna güdürdülər, sifarişli yazılar yazırdılar. Onda daha çox idi. Kolxozlara, məktəblərə, klublara gedib oradan pul istəyirdilər. O dövrün məmurları da öz səhvlərini ört-basdır etmək üçün müxbirə pul verirdilər. İndiki insanlar o dövrünkülərə nisbətən daha ayıq-sayıqdırlar. İndi internet var, sosial media var. Amma buna baxmayaraq bu işlə məşğul olub, sənətini qəpik-quruşa qurban verənlər də var".

Ömrünü radioya həsr edən qadın Zümrüd Dibirova
© Sputnik / Shahperi Abbasova
Zümrüd Dibirovanın radio aparatı

Peşəsini hər şeydən üstün tutan müsahibimizə də zamanında böyük miqdarda pullar təklif olunub. Lakin sənətə olan sevgisini puldan üstün tutan xanım imtina edib: "1986-cı il idi. O vaxt bir erməni uşaq geyimləri mağazası açmışdı. Xarici mallar gələn vaxtı üstündə böyük miqdarda pul götürmüşdü. Mən də onu işlədiyim qəzetdə və radioda ifşa etmişdim. Bu yazının çıxarılması üçün mənə böyük miqdarda pul təklif elədi, yanıma mötəbər insanları göndərdi. Dedim, olmaz. Mən sözümdən dönmərəm".

20 Yanvar hadisəsindən sonra insanların böyük bir hissəsi Kommunist partiyasından imtina edib, öz partbiletlərini yandırmışdı. Z.Dibirova deyir ki, bəziləri sonradan peşman olub, ondan həmin lentləri silməyi xahiş ediblər:

"20 Yanvar hadisələri baş verəndə çoxları Kommunist partiyasından çıxmışdı, bəzi məmurlar da dövlət əleyhinə çıxışlar edirdilər. Əksəriyyəti partbiletlərini cırmışdı. Mən də həmin vaxtlarda çəkiliş etmişdim. Vəzifədə olanların çoxu sonradan öz kreslolarından ayrılmamaq üçün mənə yalvarırdılar ki, "sənə nə istəsən, verək, bircə bu çıxışlar efirə getməsin". Qızıl, pul təklif edirdilər, dedim "xeyr, artıq çəkilib". Vəzifə eşqi Vətən sevgisindən üstün olanlar Kommunist partiyasından çıxdıqlarına görə peşman idilər".

"Hər bir güclü qadının arxasında güclü kişi dayanır" deyirlər. Bu baxımdan xanım Dibirovanın bəxti gətirib. Ömür-gün yoldaşı Ömər bəy onun hər addımında yanında olub, dəstəyini əsirgəməyib: "Mən universitetin 3-cü kursunda oxuyanda ailə qurdum. Yoldaşım mənə söz verdi ki, sənin təhsilin yarımçıq qalmayacaq. Sözünün üstündə durdu. Onu bircə məsələyə görə bağışlaya bilmirəm: 1976-cı ildə mən Respublika Radiosunun müxbiri olanda rəhmətlik Tahir Paşazadə diksiyamı bəyəndiyinə və ədəbi dili mükəmməl bildiyimə görə məni paytaxta dəvət elədi. Yoldaşım razı olmadı. Mən müsabiqədə iştirak etmişdim, Rafiq Hüseynov komissiyanın sədri idi. O vaxt Əhməd Cəmilin "Qaçqınlar" şeirini söylədim, münsiflər heyətində olanların gözləri doldu. Sanki ürəyimizə dammışdı ki, bir müddətdən sonra xalqımızın böyük bir hissəsi qaçqınlıq həyatı yaşayacaq..."

Ömrünü jurnalistikaya həsr etmiş qadın gənc həmkarlarına tövsiyə verməyi də unutmur: "Obyektiv olsunlar. Doğrudur, işin xatirinə nəyisə yazmaq məcburiyyətində qalırsan. Bu, məndə də olub. Amma maksimum obyektivliyi qorusunlar. Obyektiv olsunlar ki, sonradan utanc hissi keçirməsinlər. Və ən əsası, daim mütaliə etsinlər. Jurnalist hərtərəfli olsa, bu onun və işlədiyi mətbu orqanın adını yüksəklərə qaldıracaq".

1933
Əlaqədar
Uşaqkən bir gözünü itirən aktyor mətbəxdə işləməyə üstünlük verir
"Space" TV-dəki böyük biabırçılığa görə müğənnilər məhkəməyə verildi
Azərbaycanda uşaq telekanalı yaradılması zəruridirmi - professorun şərhi
Pultlar da radiasiya yayırmış!

Nəhayət ki! Azərbaycanda sağalanların sayı yoluxanların sayını keçdi

45
(Yenilənib 17:08 13.07.2020)
Hazırkı dövrədək ölkəmizdə 24 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

BAKI, 13 iyul – Sputnik. Azərbaycanda COVID-19-a daha 529 yeni yoluxma qeydə alınıb, 547 nəfər sağalıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 24 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 015 test aparılıb. Bununla da ölkədə koronavirusla bağlı aparılan testlərin sayı 576 249-a çatıb.

45
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva: “Düşmənə layiqli cavab verildi bu hər zaman belə olacaq”

4
(Yenilənib 16:19 13.07.2020)
"Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!"

BAKI, 13 iyul – Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ötən gün cəbhədə baş verənlərlə bağlı "İnstagram"da paylaşım edib.

Sputnik Azərbaycan paylaşımın mətnini təqdim edir:

“Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!”

View this post on Instagram

Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun! ⠀ Азербайджанский народ никогда не смирится с оккупацией! Наша земля, наша борьба за Родину священны! Наше дело правое и Бог с нами! Враг получил отпор и так будет всегда! Мы должны стать и станем еще сильнее, еще сплочённее! Выражаю свою глубокую скорбь и уважение матерям и отцам шехидов. В эти трудные дни азербайджанский народ рядом с вами. Да упокоит Аллах души всех наших шехидов! Ниспошлет скорейшего выздоровления нашим раненым солдатам! Да хранит Аллах Азербайджан и наш народ!

A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) on

4
 Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Artak Davtyan (mərkəzdə), arxiv şəkli

Müttəfiqləri Ermənistanı dəstəkləmədi KTMT-nın iclası təxirə salındı

0
Daha əvvəl Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri (KTMT) Stansilav Zasla Ermənistan-Azərbaycan sərhədində baş verənləri müzakirə edib

BAKI, 13 iyul — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sədri Aleksandr Zasın təşəbbüsü ilə qurumun Daimi Şurasının keçirilməli olan təcili iclası qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azadlıq Radiosunun erməni bölməsinə açıqlamasında KTMT-nın baş katibi Vladimir Zaynetdinov bildirib.

Onun sözlərinə görə, iclas tərəflər arasında məsləhətləşmələr səbəbindən təxirə salınıb. O, həmçinin qeyd edib ki, müzakirələrin hansı formatda keçriilməli olduğu dəqiqləşdirilməlidir.

Zaynetdinov kimin təşəbbüsü ilə iclasın təxirə salındığını açıqlamayıb.

Qeyd edək ki, Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan KTMT-nın üzvlərdir.

Xatırladaq ki, daha əvvəl Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri (KTMT) Stansilav Zasla Ermənistan-Azərbaycan sərhədində baş verənləri müzakirə edib.

Ermənistan XİN-dən, həmçinin bildirilib ki, KTMT sədri ilə daima əlaqə saxlanılır və qurum daxilində işlər aparılır.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

0