CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınlar üçün yeni iş yeri yaradılır - Sərəncam

© Official website of President of Azerbaijan Republic“Azərxalça”nın Ağdam filialı Qarabağ xalçaçılıq məktəbinin inkişafına mühüm töhfə verəcək
“Azərxalça”nın Ağdam filialı Qarabağ xalçaçılıq məktəbinin inkişafına mühüm töhfə verəcək - Sputnik Azərbaycan
Abunə olmaq
Maliyyələşməni Maliyyə Nazirliyi təmin edəcək. Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

BAKI, 5 noyabr — Sputnik. Prezident İlham Əliyev Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılacaq.

Maliyyələşməni Maliyyə Nazirliyi təmin edəcək. Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti
0