Müğənni Rəqsanə İsmayılova

Azərbaycanlı müğənni Cenifer Lopezlə bəhsə girib, həyat yoldaşı isə ona kömək edir

3924
(Yenilənib 13:33 05.11.2019)
Rəqsanə İsmayılova bildirib ki, belə bir evinin olmasını çoxdan arzulayıb və əri onun arzusunu yerinə yetirmək qərarına gəlib.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. Azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın əri onun üçün Moskvada amerikalı ulduz Cenifer Lopesin evinin eyni olan villa tikdirib.

Rəqsanə İsmayılova özü Sputnik Azərbaycan-a bildirib ki, belə bir evinin olmasını çoxdan arzulayıb və əri onun arzusunu yerinə yetirmək qərarına gəlib. Villa artıq tikilib, qalıb təmir işlərini görmək.

Burada müğənninin rahatlığı üçün hər cür şərait yaradılıb: səsyazma studiyası, trenajor zalı və digər şeylər.

"Mən çoxdan belə bir ev arzulamışam. Hər şeyin əlimin altında olması mənim üçün vacibdir. Yaxın vaxtlarda ev tamamilə hazır olacaq", - deyə İsmayılova bildirib.

Hələlik müğənninin evi təmirdədir, biz isə Cenifer Lopesin evini diqqətinizə çatdırırıq.

Rəqsanə İsmayılova hazırda əsasən Moskva və Türkiyədə yaşayır, toy mərasimlərində və digər tədbirlərdə çıxış edir. Eyni zamanda anasının izi ilə getmək qərarına gələn böyük qızı Aysuna dəstək verir.

Müğənninin iki qızı Azərbaycanda qohumlarının yanında yaşayır. Hazırkı ərindən Rəqsanə əkiz uşaq dünyaya gətirib.

3924
Bakıda parkomat, arxiv şəkli

Parklama probleminin həlli üçün Bakıya beynəlxalq şirkət dəvət edilib

2
BNA nümayəndəsi: Azərbaycana beynəlxalq məsləhətçi şirkət dəvət olunub və o, parklanma məsələlərini təhlil edir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq:

"Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

2
Teqlər:
pullu parklama, parklama, Bakı Nəliyyat Agentliyi, BNA
Elmi mərkəzdə seysmoqraf, arxiv şəkli

Azərbaycanda zəlzələ olub - bu dəfə Kür qırağı silkələnib

4
Zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

BAKI, 25 noyabr — Sputnik. Neftçala rayonunda zəlzələ olub.

Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbərinə görə, zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

Zəlzələ hiss olunmayıb.

4