Xalq artisti Məleykə Əsədova, arxiv şəkli

Xalq artisti özünü Barbiyə bənzətdi - FOTO

137
(Yenilənib 20:59 04.11.2019)
Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Məleykə Əsədova "Instagram" profilində paylaşdığı şəkildə Barbi personajından fərqlənmir

BAKI, 4 noyabr — Sputnik. Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yeni fotosunu yayımlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın şəkli sosial şəbəkədə fərqli müzakirələrə səbəb olub. Əksər şəbəkə istifadəçiləri şəklin çox fotoşop edildiyini vurğulayıb. Bir çoxları isə M.Əsədovanın özünü Barbiyə oxşatdığını yazıblar.

Xalq artisti Məleykə Əsədova özünü Barbiyə bənzətdi
Xalq artisti Məleykə Əsədova özünü Barbiyə bənzətdi

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Məleykə Əsədova 1967-ci ildə doğulub. Tamaşaçılara "İtkin gəlin" serialındakı Əfsanə obrazı ilə tanınan aktrisa 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Teatrda quruluş verilən "Misir gecələri", "Mənim günahım", "Kral Lir", "Cəhənnəm sakinləri", "Məhəbbət yaşadır" və s. səhnə əsərlərində yadda qalan obrazlar yaradıb.

137
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycanın xoşbəxtlər arasında yeri açıqlanıb

5
(Yenilənib 18:34 26.11.2020)
Xoşbəxtlik indeksinə görə, Rusiya bu siyahıda 71, Türkiyə 91, Ermənistan 114, Gürcüstan 115, İran 116-cı yerdə qərarlaşıb.

BAKI, 26 noyabr — Sputnik. Dünya ölkələrinin xoşbəxtlik indeksi açıqlanıb.  

Sputnik Azərbaycan-ın theglobaleconomy.com-a istinadən xəbərinə görə, xoşbəxtlik indeksinə görə, Azərbaycan 5.16 indeksi ilə 150 ölkə sırasında 87-ci olub.

Rusiya bu siyahıda 71, Türkiyə 91, Ermənistan 114, Gürcüstan 115, İran 116-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, xoşbəxtlərin siyahısında ilk üçlükdə ardıcıl olaraq Finlandiya, Danimarka və İsveçrə qərarlaşıb.

5
Teqlər:
Gürcüstan, Ermənistan, Türkiyə, İsveçrə, Danimarka, Finlandiya, Azərbaycan, Rusiya
Nurlan İbrahimov, arxiv şəkli

"Qarabağ" klubu onun mətbuat katibinə qarşı UEFA-dan ağlasığmaz qərar

7
Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

BAKI, 26 noyabr — Sputnik. UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.

UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.

"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".

7
Teqlər:
ermənilər, Ermənistan, UEFA, "Qarabağ", Qarabağ FK
AZAL şirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Azərbaycan bu nəqliyyat infrastrukturuna görə 10-cu yerdə qərarlaşıb

0
(Yenilənib 18:35 26.11.2020)
İlk yerdə isə 6.70 indekslə Sinqapur qərarlaşıb. 141 ölkənin yer aldığı siyahıda Türkiyə bu siyahıda 35-ci, Rusiya 51-ci, Ermənistan 66-cı, Gürcüstan 83-cü, İran 132-ci olub.

BAKI, 26 noyabr — Sputnik. Azərbaycan hava yolları nəqliyyat infrastrukturuna görə dünyaca 10-cu yerdə qərarlaşıb. Sputnik Azərbaycan-ın theglobaleconomy.com-a istinadən xəbərinə görə, Azərbaycan "Quality of air transport infrastructure" (Hava Nəqliyyatı İnfratrukturunun Keyfiyyəti) hesabatında 5.80 indekslə bu yerdə qərarlaşıb.

İlk yerdə isə 6.70 indekslə Sinqapur qərarlaşıb. 141 ölkənin yer aldığı siyahıda Türkiyə bu siyahıda 35-ci, Rusiya 51-ci, Ermənistan 66-cı, Gürcüstan 83-cü, İran 132-ci olub.

0
Teqlər:
Türkiyə, Azərbaycan, Rusiya, avtomobil