CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəmir xörəkləri ilə bağlı xəbərdarlıq - indiyədək səhv yeyirmişik

© Sputnik / Shahperi AbbasovaQax rayonunda bal və milli mətbəx festivalı
Qax rayonunda bal və milli mətbəx festivalı - Sputnik Azərbaycan
Abunə olmaq
Xəmir xörəklərinin ət və toyuqla qarışdırılması tövsiyə olunmur. Belə qidaların tərəvəz və ya qatıqla yeyilməsi məsləhətdir

BAKI, 4 noyabr — Sputnik. Havalar soyuyan kimi azərbaycanlılar arasında xəmir xörəklərinə xüsusi həvəs artır. Xəngəl bişirtdirən kim, xəşil hazırlatdıran kim - az məsrəfli, çox doyumlu. Amma belə məlum olur ki, bu xörəklərin hazırlanmasında bəzi şərtlərə əməl etməsək, fayda əvəzinə xəstəliklər qazana bilərik.

Sputnik Azərbaycan bildirir ki, bu barədə xəbərdarlıq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Xəmir xörəkləri ilə bağlı nələri bilməliyik?” mövzusunda hazırladığı materialda yer alır.

Azərbaycan əsilli gənc kulinar Şennen Xosman - Sputnik Azərbaycan
On yaşlı azərbaycanlı Amerikada 100 min dollar qazana bilər

Agentliyin məlumatında bildirilir ki, yay mövsümündə xəmir xörəklərindən az istifadə etmək daha məqsədəuyğundur. Çünki xəmir xörəklərindən çox istifadə etdikdə insanlarda halsızlıq və yorğunluğa səbəb olur.

Havaların soyuması ilə əlaqədar qida rasionuna müəyyən dəyişikliklər etmək olar. İnsanlar soyuq havalarda xəmir xörəklərindən daha çox istifadə edir - əsasən də xəngəl, xəşil, düşbərə, əriştə və gürzədən. Xəmirdən hazırlanmış şorbalar soyuqdəymənin qarşısını almaq üçün geniş istifadə olunur.

Xəmir xörəklərinin kalorisi yüksək və karbohidratla zəngin olduğu üçün normadan artıq qəbul edildikdə insan orqanizmində ciddi problemlər yarada bilər. Bu yeməklər əsasən nahara salınmalıdır ki, yeyildikdən sonra aktiv iş həyatı həzmi asanlaşdırsın. Axşam isə xəmir xörəklərinin qəbulu tövsiyə olunmur, çünki həzm prosesi çətinləşir.

Yaxşı olardı ki, həftəlik qida rasionunda xəmir xörəklərindən az istifadə edilsin. Hər həftə mütəmadi şəkildə qutab, xəngəl və un məmulatlarından istifadə məsləhət görülmür. Xəmir xörəklərinin ət və toyuqla qarışdırılması tövsiyə olunmur. Belə qidaların tərəvəz və ya qatıqla yeyilməsi məsləhətdir.

Pəhrizə əlvida! Möhtəşəm bamiyə – Videoresept>>

Xəmir xörəklərini hazırlayarkən istifadə edilən una da diqqət yetirmək lazımdır. Xəmir xörəklərində əsasən kəpəkli undan, qara yulaf unundan istifadə etmək tövsiyə olunur. Çünki kəpəkli un buğda unundan fərqli olaraq, həm kalorisi aşağıdır, həm də rahat həzm olunur. Məhz buna görə də yulaf, çovdar və kəpəkli undan hazırlanan xəmir xörəkləri daha faydalıdır.

Əgər xəmir xörəklərindən düzgün qaydada istifadə edilərsə, insan sağlamlığına heç bir zərər gəlməz.

Xəbər lenti
0