Prezident İlham Əliyev paytaxtın Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub

İlham Əliyev Bakı şəhəri ilə bağlı tapşırıq verdi

43
Görülən işlərə qiymət verən Prezident Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin qarşısında bir sıra tapşırıqlar da qoyub.

BAKI, 31 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.

Prezident İlham Əliyev paytaxtın Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev paytaxtın Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Görülən işlərə qiymət verən Prezident Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin qarşısında bir sıra tapşırıqlar da qoyub: "Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq. Bir də mən sizə göstəriş vermişdim ki, qəsəbədaxili yollar, Bakıətrafı qəsəbələrin yolları da abadlaşdırılmalıdır. Siz ilkin təklifləri göndərmisiniz, baxılacaq və müvafiq göstərişlər veriləcək, sərmayə ayrılacaq ki, biz Bakı qəsəbələrində bütün daxili yolları abadlaşdıraq. Torpaq yollar asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır".

Prezident İlham Əliyev paytaxtın Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev paytaxtın Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub

Qeyd edək ki, 18 metr enində 4 cərgəli yeni avtomobil yolu Cavid parkını Tbilisi prospekti ilə birləşdirib. İndi nəqliyyat vasitələri birbaşa Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinə çıxacaq, nəticə olaraq Cavid prospektindən Tbilisi prospekti gediş-gəliş rahatlaşacaq.

43