CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident icra başçısını ordenlə təltif etdi

Abunə olmaq
İsmayıl Vəliyev 26 aprel 2011-ci ildə Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Oktyabrın 31-də onun 60 yaşı tamam olur

BAKI, 30 oktyabr — Sputnik. Prezident İlham Əliyev İsmayıl Vəliyevin ordenlə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.

Qeyd edək ki, İsmayıl Vəliyev 26 aprel 2011-ci ildə Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Oktyabrın 31-də onun 60 yaşı tamam olur.

Xəbər lenti
0