Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatı

İndi layihələr daha SƏLİS idarə olunacaq

46
(Yenilənib 13:50 30.10.2019)
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev çıxış edərək Şuranın fəaliyyətinin tamlıqla elektronlaşdırıldığını deyib və SƏLİS brendi haqqında ətraflı məlumat verib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimat mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək Şuranın fəaliyyətinin tamlıqla elektronlaşdırıldığını deyib və SƏLİS brendi haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, SƏLİS-i yaratmaqda əsas məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT-dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir. Şura 2019-cu ildə 20 yeni elektron xidməti istifadəyə verib. Bununla da Şura elektron hökumətə keçidi tam olaraq başa çatdırıb. Bu xidmətlər SƏLİS adı altında vahid elektron bazada birləşdirilib.

Daha sonra SƏLİS haqqında filmə baxış keçirilib.

  • ASAN xidmətin sədri Ülvi Mehdiyev Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatında
    "ASAN xidmət"in sədri Ülvi Mehdiyev Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatında
    © Sputnik / Murad Orujov
  • Milli Məclisinin deputatı Bahar Muradova Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatında
    Milli Məclisinin deputatı Bahar Muradova Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatında
    © Sputnik / Murad Orujov
  • Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatında
    Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatında
    © Sputnik / Murad Orujov
  • Millət vəkili Azay Quliyev Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatında
    Millət vəkili Azay Quliyev Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatında
    © Sputnik / Murad Orujov
  • Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatı
    Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatı
    © Sputnik / Murad Orujov
1 / 5
© Sputnik / Murad Orujov
"ASAN xidmət"in sədri Ülvi Mehdiyev Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatında

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Milli Məclisin deputatları, hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

Milli Məclis sədrinin müavini Bahar Muradova tədbirdə çıxış edərək deyib ki, insan cəmiyyəti hər zaman inkişafa meyllidir: "Bunun üçün müasir standartlar, təcrübələr var. Azərbaycan qədim demokratiya ənənəsinə sahib olan ölkə kimi belə nümunələri öz həyatında daha şəffaf şəkildə tətbiq imkanına malik olduğunu göstərir. SƏLİS layihəsinin başlanmasından keçən müddətdə proseslə yaxından tanış olmuşam. QHT-lərin fəaliyyətində müəyyən narahatlıqlar var idi ki, bu problemin aradan qaldırılması üçün mükəmməl elektron xidmət ortaya qoyulub. Burada elektron vətəndaş və elektron apellyasiya xidmətini xüsusi qeyd etmək istəyirəm. Bu gün hər bir vətəndaşımız, QHT yolu ilə ölkəmizə xidməti yol tutan şəxslərin bütün qurumlarla əlaqələri elektron şəkildə şəffaf fəaliyyəti təmin edilir. Vətəndaş cəmiyyətinin yüksək səviyyədə fəaliyyəti üçün Prezidentin siyasi iradəsi, dövlətin maliyyəsi ortadadır və əsas məsələ vətəndaş cəmiyyət münasibətlərində QHT-lərin xidmət göstərmələridir. Bu layihənin beynəlxalq təşkilatlarda və xarici ölkələrdə təqdimatı keçirilməlidir”.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək bildirib ki, SƏLİS əlçatanlılığı təmin edir və sistem müasir idarəetməyə tam uyğundur. Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlər uğurla icra olunur.

46