Qoca kişi əlləri, arxiv şəkli

Kişilərlə qadınlar bu sahədə bərabərləşirlər

25
(Yenilənib 18:19 28.10.2019)
Kimsə maaş azlığından və ya hər hansı səbəbdən minimum pensiya kapitalını toplaya bilməyibsə, bu o demək deyil ki, o normal pensiyaya çıxa bilməyəcək.

BAKI, 28 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycan vətəndaşlarının pensiyaya çıxması üçün tələb edilən şərtləri açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, nazir müşaviri Mustafa Abbasbəylinin sadə şəkildə açıqladığı bu tələblər iş stajına, vətəndaşın pensiyaya çıxana qədər fərdi hesabına topladığı vəsaitə və digər məqamlara aiddir. Pensiya hüququ əldə etmə şərtlərinə aşağıdakılar daxildir.

1. Normal şərtlərdə - 25 il sığorta stajı topladıqda

2. Normal şərtlərdə - minimum pensiya kapitalı (28,800 m.) topladıqda (minimum əmək haqqının artımı ilə əlaqədar olaraq sentyabrın 1-dən etibarən bu məbləğ 36 min manata yüksələcək)

3. 1-ci qrup əlillərdə - minimum 5 il sığorta stajı olduqda

4. 2 və 3-cü qrup əlillərdə - minimum 5 il sığorta stajı olduqda və minimum pensiya kapitalı topladıqda

Başqa sözlə, kimsə maaş azlığından və ya hər hansı səbəbdən minimum pensiya kapitalını toplaya bilməyibsə, bu o demək deyil ki, o normal pensiyaya çıxa bilməyəcək. Bunun üçün 2-ci şərtə əməl etmək – 25 il əmək pensiyası toplamaq kifayətdir.

Staj tələbinə əməl edə bilməyənlər isə məbləğin çatışmayan hissəsini özlərindən əlavə edə bilərlər ki, pensiya kapitalı tələb olunan həddə çatsın. 1-ci və 2-ci şərtləri yerinə yetirə bilməyənlər isə əvəzinə yaşa görə müavinət alacaqlar. Hazırda məbləği 130 manatdır.

Pensiya əldə etmə növlərinə isə...

1. Pensiya yaşına çatdıqda (Kişilər 64,5 / Qadınlar 61,5 yaşında). Yeri gəlmişkən, 2027-ci ildən etibarən həm kişi, həm də qadınlar üçün pensiya yaşı 65-ə yüksələcək.

2. Şəxs əlil olduqda

3. Ailə başçısını itirdikdə (yəni, şəxs vəfat etdikdə onun pensiyasını onun əmək qabiliyyəti olmayan ailə üzvləri alır)

Güzəştli şərtlərlə pensiya hüququ əldə etmə şərtlərinə...

1. Xüsusi kateqoriyalı şəxslər (5-dən çox uşaqlı qadınlar, zərərli işdə işləyənlər, liliputlar və s.) - 5-20 il daha tez hüquq əldə edirlər.

25
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

18
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

18
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

22
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

22