Xəzərin sahilində, arxiv şəkli

Bir xərcimiz kəm: amerikalılar Xəzərdə xüsusi qurğular yerləşdirirlər

32
(Yenilənib 18:20 18.10.2019)
Ölkə ərazisinin seysmik aktiv nöqtələrində quraşdırılan vibrasiya sensorlarından məlumatlar peyk vasitəsilə real vaxt rejimində Bakıda yerləşən baş stansiyaya ötürülür

BAKI, 18 oktyabr — Sputnik. Bu ilin sonunadək Xəzərin Azərbaycan sektorunda dörd dənizaltı seysmoqraf qurulacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, seysmoqrafların qurulacağı yerlər artıq təsdiqlənib və bu işlər “Ümid”, “Bahar” və “Günəşli” yataqlarında aparılacaq.

Layihənin amerikalı ekspertlər tərəfindən icra olunduğunu deyən baş direktor bildirib ki, bunun üçün Azərbaycanın heç bir xərci çıxmayacaq.

Q.Yetirmişlinin sözlərinə görə, bu layihənin 2022-ci ildə hazırlanaraq təqdim olunması gözlənilir.

Qeyd edək ki, RSXM-in uzunmüddətli planlarına dənizdə seysmoloji tədqiqatlarının keyfiyyətinin artırılması daxildir. Hazırda Azərbaycanda istismarda olan seysmik stansiyaların sayı 35-dir. Həmin stansiyalar peyk sisteminə qoşulub. Ölkə ərazisinin seysmik aktiv nöqtələrində quraşdırılan vibrasiya sensorlarından məlumatlar peyk vasitəsilə real vaxt rejimində Bakıda yerləşən baş stansiyaya ötürülür. Məlumatlar emal edildikdən sonra, sistem zəlzələnin dəqiq yeri, vaxtı və gücü barədə məlumat verir. 

32
Teqlər:
amerikalı, seysmik aktivlik, qurğu, Xəzər, zəlzələ
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Reabilitasiya Mərkəzində, arxiv şəkli

Sosial reabilitasiya müəssisəsinə qəbul olunanlar arasında xeyli uşaq var

13
(Yenilənib 23:47 02.12.2020)
Sosial reabilitasiya müəssisəsində hazırda 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. 2020-ci il noyabr ayı ərzində "Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi"nə 23 sakin qəbul olunub.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən daxil olan məlumatda bildirilir.

Orada qurumun son aylardakı fəaliyyəti ilə bağlı qeyd olunur ki, müəssisəyə qəbul edilən 23 nəfərdən 7-si uşaq, 16-ı isə 18 yaşdan yuxarı olanlardır. Qəbul olunan yeni sakinlərin 12-si qadın, 11-i isə kişi cinsinə mənsubdur.

Məlumatda bildirilir ki, hazırda müəssisədə 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir. Sığınacaqda müvəqqəti məskunlaşanların yaş həddinə gəlincə, 72 sakinin 17-si uşaq, 55-i isə 18 yaşdan yuxarı olanlardır. 

13
Kəçəl qadın və uşağı, arxiv şəkli

Xərçəng xəstələrində COVID-19 ən azı iki ay qalır

13
(Yenilənib 23:39 02.12.2020)
Araşdırma zamanı yeni zamanda COVID-19-dan sağalan xərçəng xəstələrində bu xəstəliyə qarşı mübarizəni bildirən antitellərin yaranmadığı da təsdiqini tapıb.

BAKI, 2 dekabr — Sputnik. COVID-19 xərçəng xəstələrində ən azı 2 ay qalır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ABŞ-da COVID-19 olan xərçəng xəstələri üzərində aparılan araşdırmalar nəticəsində xərçəng xəstələri və xərçəngə görə kimyaterapiya müalicəsi alan şəxslərdə COVID-19-un iki aydan çox qaldığı müəyyən edilib. Bu xəstələrin eyni zamanda COVID-19-u yayma müddətinin də digərləri ilə müqayisədə daha uzun çəkdiyi məlum olub.

Bildirilib ki, belə xəstələr 3 həftə və daha çox müddətdə virusu yayma qabiliyyətinə malik olurlar. Bu səbəbdən həmin xəstələrin azı 20 gün sosial həyatdan təcrid olunmaları tövsiyə olunur.

Bundan başqa, tədqiqatlar zamanı COVID-19-dan sağalan xərçəng xəstələrində bu xəstəliyə qarşı mübarizəni bildirən antitellərin yaranmadığı da təsdiqini tapıb.

13
Teqlər:
xərçəng xəstəliyi, xərçəng riski, xərçəng, Xərçəng, Koronavirus, epidemiya, COVID-19