CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kürü təmizləyirlər: "Qohumlarınızla danışın"

© AFP 2023 / JOEL SAGETРыболовные сети
Рыболовные сети - Sputnik Azərbaycan
Abunə olmaq
Həvəskar balıqçılardan xahiş edilir ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər

BAKI, 17 oktyabr — Sputnik. "14-15 oktyabr tarixlərində Kür çayının Neftçala rayonundan keçən hissəsi balıqların ovlanması üçün qurulan sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənib. Aksiyalarımız digər su hövzələrində də davam etdirilir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə ETSN-nin Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli deyib.

O qeyd edib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətimizə qarşı düşmənçilikdir, sivil ov qaydalarına ziddir:

"Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, su hövzələrinin ətrafında yaşayan sakinləri belə balıq ovlayan qohumlarını, qonşularını bu işlərdən çəkindirməyə çağırırıq. Hesab edirik ki, ictimaiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar.

İctimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər".

Xəbər lenti
0