CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qırx milyondan artıq uşaq aclıqdan əziyyət çəkir - Nə etməli?

© AP Photo / Emilio EspejelKimsəsiz uşaq, arxiv şəkli
Kimsəsiz uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ömür boyu aclığa və hər cür qeyri-sağlam qidalanmaya son qoyub Sıfır Aclıq Nəslinə çevrilə bilərik, bu məqsədə çatmaq üçün hər kəs birlikdə çalışmalıdır

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 oktyabr — Sputnik. 1945-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qurulmasının ildönümü münasibətilə hər il 16 oktyabr Ümumdünya Qida Günü kimi qeyd edilir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı olaraq FAO tərəfindən müəyyən statistik rəqəmlər hazırlanıb.

Əlində gül tutan qadın - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Günlərlə çörək yemədiyimiz, ac qaldığımız vaxtlar olub" - İnsan alverinin qurbanı

Qeyd olunur ki, bu gün 800 milyondan çox insan və ya təxminən doqquz nəfərdən biri aclıqdan əziyyət çəkir. Ərzaq təhlükəsizliyində keyfiyyət faktorunun da çox önəmli olduğu qeyd olunur. Bildirilir ki, qeyri-sağlam qidalanma artıq dünyada xəstəlik və ölüm üçün aparıcı risk faktoruna çevrilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatın (FAO) məlumatına görə:

  Dünyada 30 000 bitki növünün yeməli olduğu məlum olsa da, hazırda yalnız 200 bitki becərilir və yalnız 8 bitki (arpa, lobya, qoz, fındıq, qarğıdalı, kartof, düyü və buğda) günümüzün günlük qida rasionunun 50 faizindən çoxunu təmin edir.

Dünyada 800 milyondan çox insan aclıqdan əziyyət çəkir.

5 yaşdan aşağı 149 milyon uşaq inkişaf ləngiməsi, 49 milyon isə çəki itirmədən əziyyət çəkir.

670 milyondan çox böyüklər və 120 milyondan çox oğlan və qız (5-19 yaş arası) artıq çəkidən əziyyət çəkir.

5 yaşdan aşağı 40 milyon uşaq artıq çəkidən əziyyət çəkir.

Конфеты в цехе, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şirin ağızla yeyib acı dərdə düşməyək - konfet alanda birinci bunu yoxlayın

Qeyri-sağlam qidalanma oturaq həyat tərzi ilə birlikdə əlillik və yoluxucu olmayan xəstəliklərdən ölüm üçün №1 risk faktorudur.

Qeyri-sağlam qidalanmanın fərqli formaları eyni bir ev təsərrüfatında və hətta eyni fərddə ola bilər və nəsildən-nəslə ötürülə bilər.

Qida sisteminin ətraf mühitə vurduğu ziyan, aşağı gəlirli və orta gəlirli ölkələrdə emal edilmiş qidaların və ətin istehlakının artması səbəbindən 50-90% arta bilər.

Bəşər tarixi boyu təxminən 6000 bitki növü qida üçün becərilmişdir. Bu gün onlardan yalnız 8-i gündəlik kalorilərimizin 50%-dən çoxunu təmin edir.

İqlim dəyişikliyi məhsuldarlığı azaltmaqla həm məhsulun keyfiyyətini, həm də miqdarını azaldır.

FAO-nun ünvanladığı əsas şüar isə belədir: Ömür boyu aclığa və hər cür qeyri-sağlam qidalanmaya son qoyub Sıfır Aclıq Nəslinə çevrilə bilərik, bu məqsədə çatmaq üçün hər kəs birlikdə çalışmalıdır.

Xəbər lenti
0