CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbələnin maraqlı gecə "qonağı" - VİDEO

© AFP 2023 / LOIC VENANCEМедвежонок, фото из архива
Медвежонок, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ayı balasının yem axtarmaq məqsədilə dağdan şəhərə endiyi güman edilir. Ərazidə Qəbələnin ən böyük otellərindən biri yerləşir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. Qəbələnin Həzi Aslanov küçəsində maraqlı hadisə baş verib. Gecə saatlarında maşınla gəzintiyə çıxan bir neçə nəfər vəhşi heyvanla rastlaşıblar.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bir anda maşının qarşısında balaca ayı balası peyda olub və maşının işiqlarından ürkərək çay kənarına doğru qaçmağa başlayıb.

Sakinlər deyirlər ki, bu, ilk belə hal deyil. Məlumat üçün bildirək ki, həmin ərazi Dəmiraparan çayının sahilindədir. Oradan 300 m kənarda sıx dağlıq və meşəlik ərazi başlayır. Ayı balasının yem axtarmaq məqsədilə dağdan şəhərə endiyi güman edilir. Ərazidə Qəbələnin ən böyük otellərindən biri yerləşir.

Xəbər lenti
0