Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının vitse-prezidenti Azərçin Muradov

Hər birimiz ən xəsis milyonerik - iki nəsil sonraya bizdən heç qalmayacaq

5065
(Yenilənib 11:45 16.10.2019)
"Başqa ölkələrlə müqayisə edəndə də xətirlərinə dəyir. Gileylənirlər ki, Azərbaycanda imkan yoxdur. Başqa vaxt da deyirlər ki, hər şeyə imkan var"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. "Təbiət bizim evimizdir" sözünü tez-tez eşidirik. Bəs bizim varlığımızın əsasını təşkil edən ekoloji mühiti qoruya bilirikmi? Son illər, xüsusilə bu il ölkəmizin dörd bir yanında baş verən meşə yanğınları, meşələrdə ağacların qırılması və nəsli tükənməkdə olan heyvanları gördükdə insanların ekologiyaya olan laqeyd münasibətinin şahidi oluruq.

Ən azı iki nəsil dəyişsə, vəziyyət, bəlkə, düzəldi

Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının vitse-prezidenti, İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradovla bu barədə danışdıq. Azərçin Muradov Sputnik Azərbaycan-a bildirir ki, azərbaycanlıların ekologiyaya olan münasibətinin düzəlməsi üçün ən azı iki nəsil dəyişməlidir: "Azərbaycanda ən azı iki nəsil dəyişsə və nəsillər bir-birini tərbiyələndirə bilsələr, ekologiyaya olan münasibət dəyişə bilər. Bu, çox uzun müddət deyil. İnsan 16-17 yaşına çatmışsa, o, artıq kamildir. 30 il lazımdır ki, insanlar bu barədə təkmilləşsinlər. Əgər həqiqətən məqsədyönlü, ekoloji siyasət aparılsa, tək təbliğat yox, məktəblərdə bu barədə güclü tədris olsa, nəyəsə nail ola bilərik".

Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının vitse-prezidenti Azərçin Muradov
© Photo by courtesy Azerchin Muradov
Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının vitse-prezidenti Azərçin Muradov

Hər şey təmizlikdən, gigiyenadan başlayır. Müsahibimiz bildirir ki, insan öz sağlamlığını qoruduğu kimi təbiəti də qorumalıdır: "Öz gigiyenasını, sağlamlığının qədrini bilməyən insan təbiətin qədrini bilərmi?  Təbiətə çıxmaq gözəldir, onun nemətlərindən istifadə etmək lazımdır, insanın rifahı üçün bu, labüddür. Amma bu o demək deyil ki, təbiət bütünlükdə sənə məxsusdur və istədiyin kimi ondan istifadə edə bilərsən".

Ekoloq bildirir ki, xüsusi mühafizə statusu olan ərazilər - milli parklar, yasaqlıqlar, qoruqlar var ki, onların qorunmasında əsas məqsəd bioloji müxtəlifliyin çoxalması və digər ərazilərə yayılmasıdır. Qurum rəsmisi əlavə edib ki, bu gün bəzi dünya ölkələri özləri xüsusi mühafizə olunan təbiət ərazilərindən imtina ediblər: "Çünki insanları şüurludur və orada xüsusi qoruma statusuna ehtiyac yoxdur. Həmin ərazilərdən də insanlar istifadə edirlər, girirlər, çıxırlar, təbiətin nemətlərindən yararlanırlar.

Misal üçün, Avropada bizdəki kimi deyil. Qoz, fındıq, şabalıd, giləmeyvə də var, ancaq insana nə lazımsa, gedir, marketdən alır. Necə ki, biz biletlə odun alırıq, onlar da giləmeyvəni, qoz-fındığı yığmaq üçün getsinlər bilet alsınlar, ondan istifadə etsinlər".

Bu dərə mənimdir, necə yəni, buradan böyürtkən yığmayım?

Bu ilin əvvəlində Azərbaycan Nazirlər Kabinetinin "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında" qərar verilmişdi. Baş nazir Novruz Məmmədovun əmrinə əsasən, meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalı və cərimə olunmalı idi. Bu xəbər sosial şəbəkələrdə geniş müzakirə olundu və insanlar arasında heç də birmənalı qarşılanmadı.

İlisu Dövlət Təbiət Qoruğunun müavini Azərçin Muradov
© Photo by courtesy Azerchin Muradov
İlisu Dövlət Təbiət Qoruğunun müavini Azərçin Muradov

Ekoloq bu məsələyə də toxundu: "Giləmeyvə deyəndə hamıya təəccüblü gəlir. Bir kilo yemişan yığmaq üçün verdiyi pul ətraf mühitin mühafizəsi və yaxşılaşdırılması üçün tətbiq ediləcək. Təbiətdən istifadəyə cəlb olunan vəsaitlərin hamısı təbiətin özünə qaytarılmalıdır və qaytarılacaq. Ancaq bunu başqa cür görürlər, insanlar deyirlər ki, bu dağ, bu dərə mənimdir, necə yəni, buradan böyürtkən yığmayım? Ancaq başqaları da bundan istifadə etmək istəyirlər. İmkanı olan da var, olmayan da var. Bəs sənin insafına nə gəlib?

Əgər bu meyvə təbiətimizdə bol olsaydı, onun yığılmasına da nəzarət olunsaydı, talanmasaydı, hər kəs də istədiyi qədər yığardı. Söhbət təkcə xüsusi mühafizə olunan ərazilərdən getmir. Avropa ölkələrində sənin ixtiyarın yoxdur ki, gedib meşədən şabalıd yığasan, deyirlər, "get, marketdən al". İnsanlara bunu aşılamaq üçün müəyyən qədər vaxt lazımdır. Bu, güclü tədris olunmalıdır".

Nəyi təbliğ edirik? - Yeməyi, içməyi, dağa dırmanmağı...

Təbiətşünas insanların ekoloji mühitə olan münasibətinin dəyişdirilməsi və təbliğat işlərinin media tərəfindən həyata keçirilməsinin labüd olduğunu söylədi: "Mütaliə etməyən, kitab oxumayan insan artıq düşünmək qabiliyyətini də itirir. Keçmişdə xüsusi verilişlər var idi. O verilişlər məhz insanların maarifləndirilməsi üçün hazırlanırdı. Ancaq indi, məsələn, "Çölçü" verilişi var. Nəyi təbliğ edir? - Yemək, içmək, dağa dırmanmaq.

İlisu Dövlət Təbiət Qoruğunun müavini Azərçin Muradov
© Photo by courtesy Azerchin Muradov
İlisu Dövlət Təbiət Qoruğunun müavini Azərçin Muradov

Deyirsən ki, xüsusi mühafizə olunan ərazilərimiz var. Bir də görürsən ki, maşını artıq oradadır. Sən ona cərimə tətbiq etməlisən. Onun nə ixtiyarı var oraya girməyə? Sən adi vətəndaşsan, Azərbaycan Respublikasının qanunları var, xüsusi mühafizə olunan təbiət əraziləri haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq hərəkət etməlisən. Əks təqdirdə, sənə qarşı inzibati cərimə və yaxud da cəza tətbiq olunmalıdır. Bu, qoruqdursa, ciddi mühafizə olunan ərazidirsə, sən oraya girməməlisən. Ancaq elmi məqsədlərlə, elmi-tədqiqat işləri, elmi monitorinq aparmaq üçün həmin ərazilərə girə bilərsən. Və yaxud da, milli park stasusu olmalıdır".

Bizdə hələ ki piknik mədəniyyəti yoxdur

Müsahibimiz Azərbaycanda piknik mədəniyyətinin hələ formalaşmadığını söylədi: "Məsələn, İlisu Dövlət Təbiət Qoruğunun ərazisində olan İlisu hamamı var, oraya min ildir ki, insanlar gedib-gəlirlər. Şəfa tapırlar, ocaq kimi sitayiş edənlər var. Hər hansı qoruq, hansısa xüsusi mühafizə olunan təbiət ərazisi yaradılanda heç biri əhalinin istəyi əleyhinə yaradıla bilməz. Buna ehtiyac var və əhali də bununla razıdırsa, bu yaradıla bilər. Girişin qəti qadağan olunması əhalidə narazılıq yarada bilərdi. Hazırda Milli Parka giriş pulludur. Lakin həmin ərazilərə gediş-gəliş milli park olmayınca, yadınıza salın, necə idi. Üfunət, zir-zibil... İnsanların çoxunda elə mədəniyyət yoxdur ki, gətirdiklərini, artıqları aparıb getsin. Adi bir çay və yaxud meşə kənarında bir ocaq yeri var, adam gedib həmin ocaqlıqda deyil, onun kənarında ocaq qalayacaq. Azərbaycanda hələ ki piknik mədəniyyəti yoxdur".

"Zibil yeşikləri və zibil mütəşəkkil qaydada daşınmalıdır. Başqa ölkələrlə müqayisə edəndə də xətirlərinə dəyir. Gileylənirlər ki, Azərbaycanda imkan yoxdur. Başqa vaxt da deyirlər ki, hər şeyə imkan var, əhalinin imkanı olmalıdır ki, sənə vergisini versin. O vergidən də kəndin, şəhərin abadlaşdırılması, o cümlədən zibil daşınması təmin olunsun", - deyə A.Muradov əlavə etdi.

Zavod üçün zibil "tapılmır"

Ekoloq Azərbaycanda Almaniya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən uzunmüddətli Cənubi Qafqaz Eko-dəhliz layihəsindən də danışdı: "Layihənin mərhələlərinə baxsaq, biz qonşu Cənubi Qafqaz dövlətlərindən bir neçə mərhələ geridəyik. Bunun obyektiv və subyektiv səbəbləri var. Hazırki mərhələdə bir neçə kənd layihəsi həyata keçirmişik. Biz insanların sosial problemlərini həll etməyə çalışırıq ki, görsünlər ki, biz bunu elədik, amma onlar da qarşılığında meşəyə qarşı münasibətini dəyişməlidirlər. Meşədən istifadə edəndə, heç olmazsa, quruyan ağacların tör-töküntüsündən istifadə etsinlər, heyvanları ovlamasınlar".

Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının vitse-prezidenti Azərçin Muradov
© Photo by courtesy Azerchin Muradov
Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının vitse-prezidenti Azərçin Muradov

Qax rayonunun Qaşqaçay kəndində "Ekoloji təmiz kənd" layihəsi baş tutub. Qurum rəsmisi bildirir ki, bu cür lahiyələr tez-tez həyata keçirilərsə, ətraf mühit xeyli təmizlənər: "Həmin vəsait kənd əhalisinə, kənd nümayəndəsinin özünə verilir. Onların özlərinin istəyi ilə bu layihəni həyata keçirmişik. Özləri bizə yazmışdılar ki, "istəyirik ki, bizim kəndin zibili daşınsın, zibil qabları qoyulsun". Zibil qabları da alıb qoydular. Kəndin küçələrini həftədə iki dəfə o kənddən olan bir traktorçu, iki nəfər fəhlə təmizlədi. Bu layihə 4 ay davam elədi. Ondan sonra bələdiyyə öz üzərinə götürdü. İnsanlar artıq öyrəniblər ki, burada başqa bir məqsəd yoxdur. İlkin başlanğıcda o kənddən 100 traktor zibil çıxarılıb. Ondan sonra Regional Ekologiya idarəsindən poliqon üçün icazə alındı və zibillərin daşınması təmin olundu".

"Gələcəkdə məişət tullantılarının emalı müəssisəsi olsa, o zibillərin təkrar emalını həyata keçirə bilərik. Yalnız belə kəndlərdə bu cür mütəşəkkil qaydada bunu həyata keçirmək mümkündür. Zaqatalada belə bir zavod var, amma deyirlər ki, onu işlətmək üçün yetərincə zibil yoxdur. Zibilin olmaması o deməkdir ki, kəndlərdə zibilin çox olmasına rəğmən, onun mütəşəkkil toplanmadığına görə həmin zavod işləyə bilmir", - deyə A.Muradov bildirdi.

Bütün rayon gömgöy tüstü içindədir

İlisu dövlət qoruğu da cavan qoruqlardandır. O, 1987-ci ildə kiçik bir hissədə yaradılıb. 2003-2004-cü illərdə ərazisi genişlənib. Müsahibimizin sözlərinə görə, hazırda Qax rayonunun 1/3 hissəsi mühafizə olunan təbiət ərazisidir: "36836 hektar yasaqlıqdır, 17000 hektardan bir az artığı isə qoruq ərazisidir və hər iki xüsusi mühafizə olunan təbiət ərazisində Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri haqda qanunun tələblərinə uyğun olaraq, mühafizə işi həyata keçirilir. Qoruq statusu ən ağır mühafizə statusu hesab olunan mühafizə ərazisidir. Yasaqlıqda qismən təsərrüfat fəaliyyətinə icazə verilməklə orada fauna elementləri qorunur, təbii landşaftların təbii durumunun bu günə qədər qorunub saxlanılması və zənginləşdirilməsi mühüm addımlardan biridir".

Sözügedən qoruqda həm Azərbaycan, həm də Qafqaz regionu üçün əhəmiyyətli elementlər var. "Fauna və flora elementlərinin saylarının artması həm də dünya üçün böyük əhəmiyyətə malikdir, - deyən qurum rəsmisi inzibatçılıqdan gileyləndi. - Fəaliyyətimizin əsas istiqaməti budur: mühafizə rejimini mükəmməl təşkil etmək, hər hansı bir kənar müdaxilələrə yol verməmək, qanun pozuntularından insanları yayındırmaq. Təəssüf ki, bu təbliğatlar da işə yaramır. İnsanlar qanunlara laqeyd yanaşırlar. İnzibatçılıq olduqca zəifdir. Heç kim bir-birinin xətrinə dəymir. Biznesmenler, sahibkarlar elə fikirləşirlər ki, Azərbaycanda qanun hamı üçün işləmir. Kim nə bilir ki, ərazi kimindir, sahibkar kimdir, kim sübut edə bilər ki, yanğın ildırımdan, ya da başqa səbəbdən yaranıb? Taxıl sahələrində, çöllərdə və s. yanğın baş versə, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstəsi gəlib çata bilir. Ancaq xüsusi mühafizə olunan ərazilərə yanğın düşsə, həmin ərazilərə gediş-gəliş çətinləşir. Çünki elə yerlər var ki, yol yoxdur. Ümumiyyətlə, yol heç çəkilməli də deyil".

"Bəzən jurnalistlər sual verirlər ki, "sizdə yetərincə tədbir görülürmü?" Yetərincə tədbir necə görülə bilər? İstər külək, sel, od kimi təbii fəlakətlər, istərsə də insan tərəfindən törədilən fəlakətlər olsun, onlar üçün heç bir sığorta yoxdur. Sadəcə müəyyən işlər görə bilirik, əlimizdən gələni edirik, daha çox etmək mümkündür, etməliyik də. Yəni, dövlət səviyyəsində, nazirlik səviyyəsində bunu eləsələr də, başlıca səbəb insandır", - deyə həmsöhbətimiz əlavə etdi.

İnsanların ətraf mühitə biganə yanaşmaması üçün ekoloqun sosial şəbəkələrdəki çağırışlarına tez-tez rast gəlirik. Onun ən ağrılı yeri isə payız fəslində xəzəlin və zibilliklərin yandırılmasıdır. O həm də bu il ölkə ərazisində baş verən çoxsaylı meşə yanğınlarının fəsadlarından da danışdı: "2017-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məktubu var idi. Rayon icra hakimiyyəti yanındakı şurada həmin məktub oxundu. 2018-ci ildə biz bu məktubun nəticəsini gördük. Ümumiyyətlə, yanğın törədilmədi. 2019-cu ildə isə məktub da yaddan çıxdı, hər şey də unuduldu.

© Photo by courtesy Azerchin Muradov
Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının vitse-prezidenti Azərçin Muradov

Düşünmürük ki, atmosferə atılan bu tüstüdəki maddələr nə qədər ziyandır - istər əkin sahələrindən, istər kol-kosdan, istər həyətimizdə yandırılan balaca bir xəzəldən, zibildən qalxan tüstü olsun. Mal-qaranın təzəyini yandırırlar, amma o heç yanmır, tüstülənir, iyi yayılır, evlərə, üstümüzə hopur. Ən pisi də tüstünün tərkibində olan kanserogen maddələrdir ki, onkoloji xəstəliklərə səbəb olur. O tüstünü qonşun da udur, övladın da, sən də udursan.

Bir az yüksəkliyə qalxsaq, görərik ki, bütün rayon gömgöy tüstü içindədir. Qar, yağış olmasa, gecə-gündüz tüstü içində olacağıq. Kənardan baxanda deyirik ki, "Qaxın havası təmizdir". Yayda da iki ay təmiz qalır, amma onda da çox vaxt təzək yandırırlar. Tüstü də uçub kosmosa getmir ki. İnsanlar anlamırlar bunu. Tüstü qalxır müəyyən səviyyəyə, sonra da torpağa çökür. Buna qarşı da heç bir tədbir görülmür. İstər ekologiya, istər bələdiyyə strukturları olsun. Avropada heç kim meşədə piknik edəndə ocaq qalaya bilməz. Yerə tüpürəndə belə cərimə verməli olursan. Amma Qax rayonunda şəhərin ortasında 300 baş mal-qara, qoyun saxlayırlar. İy-qoxunun əlindən küçədən keçmək mümkün olmur. Onlara heç nəzarət edən də yoxdur. Hansı ekoloji savaddan, hansı sağlamlıqdan danışaq?"

5065
Teqlər:
milli park, qoruq, Qax, İlisu kəndi, turist, əhali, insanlar, zibillik, zibil, ekologiya
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (61)
Əlaqədar
Çaqqal var gödən çıxarır, qurdun adı bədnamdır - vəhşiləri bizə kim ürcah edir?
Bir kibrit çöpü və od tutan həyat: Yandırdıq, canımız qurtardımı?
Təkrarı olmayan tarixi abidə məhv edilir – Sakinlər qədim abidəni “zibil qutusuna”çevirib
Zibil gətir, yemək apar, milyonlarla kredit al, yandıra bilmə
Baş qarışıb arayışa, zibil çıxıb boğaza: bu qurumların nə işə yaradığını kim bilir?
Vüqar Səfərli, arxiv şəkli

Vüqar Səfərli apelyasiya şikayəti verdi - Ev dustaqlığına çıxmaq üçün

2
(Yenilənib 13:14 23.01.2021)
Qeyd edək ki, Səfərli bir müddət əvvəl də barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri olmuş Vüqar Səfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Ramin Qaraqurbanlının icraatına verilib.

Məhkəmənin baxış iclası yanvarın 25-nə təyin olunub.

Qeyd edək ki, V. Səfərli bir müddət əvvəl barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, "Portos" MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə "Portos" MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında "Forma 2" aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.

Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi "Futbol+Qol" qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəmiş, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırmışdır.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2
 Distant təhsil, arxiv şəkli

Nazirlik bu ərazilərdə simsiz rabitə şəbəkəsi qurur - Şagirdlərin problemi həll olunacaq

4
(Yenilənib 13:06 23.01.2021)
Hazırda Ağdamın Ayaq Qərvənd, Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Ağdam rayonun müharibədən əvvəl cəbhəyanı əraziləri sayılan qəsəbələrinə simsiz rabitə xətti çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən cavabda bildirilir. Nazirlikdən verilən məlumata görə, 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Hərbi əməliyyatlar zamanı düşmən tərəfindən Ağdam rayonuna atılmış mərmilər xətt təsərrüfatını zədələyib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonun Qaradağlı, Əfətli, Mirəşelli, Mahrızlı, Çəmənli, Xındırıstan, Rzalar, Təzəkənd, Bənövşələr kəndləri və Dördyol-1, Dördyol-2, Yeni qəsəbə, Baharlı qəsəbələrində təmir-bərpa işləri həyata keçirilib, xətt təsərrüfatının bərpası və xidmətlərin təminatı qısa müddət ərzində təmin edilib. Belə ki, şəbəkənin bərpası məqsədilə 10 kilometrə yaxın zədələnmiş müxtəlif tipli kabellər dəyişdirilib, 60 ədəd dirək yeniləri ilə əvəz olunub. Eyni zamanda abunəçi xətlərinin 13 km uzunluğunda hissəsi normalara cavab verən vəziyyətə gətirilib.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Ağdam rayonunun Ayaq Qərvənd qəsəbəsində yaşayan sakinlərə genişzolaqlı internet xidmətinin göstərilməsi üçün simsiz rabitə şəbəkəsi qurulub: "Hazırda Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür. Həmçinin rayon ərazisində telefon və yüksək sürətli internet xidmətinə olan tələbat nəzərə alınaraq müvafiq layihələr hazırlanır və mərhələli şəkildə icra edilir. Bütün müraciətlər qeydə alınır, sorğuda qeyd olunan və digər ərazilərin sakinlərinin telefon və internet xidmətləri ilə təminatı istiqamətində işlər davam etdirilir".

Xatırladaq ki, Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir. Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

4