“Divə kə” qalası

Zamanın viran etdiyi "Div evi" sirrini açacaq adamı gözləyir

2660
(Yenilənib 17:35 14.10.2019)
Sovet dövründə əsgərləri, xüsusilə də hərbi kəşfiyyatçıları təlim keçmək üçün qalanın yerləşdiyi əraziyə gətirirmişlər

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. "Divə kə" - talış dilindən tərcümədə "Div evi" deməkdir. Orta əsrlərdə tikilən qalanın keşikçi qülləsi kimi istifadə olunması da ehtimal edilir. Qala Astara çayının yaxınlığında, Alaşa kəndinin qərbində, Artupa bələdiyyəsinin Hirkan Milli Parkı ərazisinə düşən hissəsində yerləşir. Hirkan Milli Parkının əməkdaşı Mədət Kərimov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində qədimdə yüksək vəzifəli şəxslərə bəzən "div" deyildiyini vurğulayır və qalanın adını da buna bağlayır.

"Böyüklərdən, ağsaqqallardan eşitmişəm ki, qədim dövrlərdə bura Əlişah adlı bir şəxsin qalası olub, digər mənbələrə görə isə bu qala Teymurləngin oğlu Miranşahın qərargahı imiş. "Divə kə" abidəsi təxminən XII-XV əsrlərə aiddir və Hirkan Milli Parkının Astara rayonu Alaşa kəndi ərazisinə daxil olan dağlıq bölgədədir. Qala strateji cəhətdən çox əlverişli mövqedə tikilib.

Dİvə Kə abidəsi təxminən XII-XV-ci əsrlərə aiddir və Hirkan Milli Parkının Astara rayonu Alaşa kəndi ərazisinə daxil olan dağlıq ərazisindədir
© Sputnik / Rahim Murad
"Divə kə" abidəsi təxminən XII-XV əsrlərə aiddir və Hirkan Milli Parkının Astara rayonu Alaşa kəndi ərazisinə daxil olan dağlıq bölgədədir

Abidənin içərisində otaqların divarları bişmiş kərpiclərlə hörülüb. O vaxt sement olmadığı üçün hörgüdə yumurta sarısı, kül, bir də keçi tükündən istifadə edilib. Çöl divarları isə qayalığı andırır, ancaq bu günədək onun tikintisində hansı materiallardan istifadə olunduğu bəlli deyil", - M.Kərimov deyir.

Həmsöhbətimizin sözlərinə görə, sovet dövründə əsgərləri, xüsusilə də hərbi kəşfiyyatçıları təlim keçmək üçün qalanın yerləşdiyi əraziyə gətirirmişlər. Qalanın olduğu yerdən həm İran İslam Respublikasının ərazisini, həm də Xəzər dənizinin sərhəd sularını müşahidə etmək mümkündür. Bu məqsədlə hərbçilər çadırlar quraraq, bir neçə ay müddətində ərazidə qalırmışlar. Ərazidə 1990-cı illərə kimi sözügedən təlimlər keçirilib. Qala sovet dönəmində abidə kimi qorunmayıb, yalnız kəşfiyyatçı əsgərlərə təlim keçmək üçün istifadə edilib. 

Qalanın məhz bu yerdə tikilməsi strateji cəhətdən çox əlverişli mövqeydədir
© Sputnik / Rahim Murad
Qala strateji cəhətdən çox əlverişli mövqedə tikilib

Şimalda sıldırım dağa söykənmiş, qırmızı kərpic və gəc materialından tağ şəkilli otaqları olan qalanın qərbdən, şərqdən və cənub istiqamətindən mümkün hücumların qarşısının alınması və eyni zamanda dənizdən başlayan Astara-Ərdəbil karvan yoluna nəzarət məqsədilə inşa olunduğu ehtimal edilir.

"Qalada keşikçi qülləsi ilə otaqlar arasında yeraltı yolun olduğu güman edilir. Burada yerin altına aparan girişə bənzər qalıqlar belə düşünməyə əsas verir. Təəssüf ki, günümüzədək qalanın yonulmuş sal daşlardan ibarət istinad divarları və tağ şəkilli bir neçə otağının qalıqları çatıb. Qalaya əsas giriş şimal-şərq tərəfdəndir", - deyə Mədət Kərimov bildirir.

  • “Divə kə” qalası
    “Divə kə” qalası
    © Sputnik / Rahim Murad
  • Qala Astara çayının yaxınlığında “Divə kə” adlanan qala
    Qala Astara çayının yaxınlığında “Divə kə” adlanan qala
    © Sputnik / Rahim Murad
  • Qala Sovet dönəmində abidə kimi qorunmayıb yalnız kəşfiyyatçı əsgərlərə təlim keçmək üçün istifadə edilib
    Qala Sovet dönəmində abidə kimi qorunmayıb yalnız kəşfiyyatçı əsgərlərə təlim keçmək üçün istifadə edilib
    © Sputnik / Rahim Murad
1 / 3
© Sputnik / Rahim Murad
“Divə kə” qalası

Qeyd edək ki, bəzi mənbələrdə Alaşa kəndi ərazisində eneolit dövrünə aid, e.ə. VI - IV minilliklərə aid edilən yaşayış yerinin, orada sonradan inşa edilən, yaşı isə indiyə kimi dəqiq məlum olmayan “Alaşa qalası”nın olması göstərilsə də, bu fikrin xüsusi tədqiqata ehtiyacı var. Bildirək ki, "Divə kə" qalası da bu günə kimi tədqiq edilməyib.

2660
Teqlər:
Astara, tarixi abidə, qala, abidə
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (68)
Əlaqədar
Şeyx Şamilin adını daşıyan qaladan Azərbaycan bayrağı götürülüb
Əcdadlarımızın zəngin ənənələri: beş min illik evlərdə manqallar üzə çıxdı
Qızıldan qiymətli peyin, yaxud üstü bəzək, altı təzək
Orada bir məzar var, tarixi sirli: Arzu tut, niyyətin həyata keçsə, gələrsən...
Müsəlmanlar, xristianlar və yəhudilər bəyanat verdilər - Gövhərağa məscidinə görə
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Ölkədə qədər insan vaksin olunub?

2
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1795049, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1030831 təşkil edir.

 

BAKI, 16 may — Sputnik. Azərbaycanda bu gün 17623 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4455, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13168 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1795049, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1030831, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 764218 nəfər təşkil edir.

2
Teqlər:
vaksin, Azərbaycan, vaksinasiya
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxma sayı azalır - RƏSMİ

4
Hazırkı dövrədək ölkəmizdə 329843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 314900 nəfər müalicə olunaraq sağalıb.

BAKI, 16 may — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 472 yeni yoluxma faktı qeydə alınıb, 1122 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 329843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 314900 nəfər müalicə olunaraq sağalıb, 4779 nəfər vəfat edib. Aktiv xəstə sayı 10164 nəfərdir.

Ötən müddət ərzində 3384053 test aparılıb. Bugünkü test sayı isə 8374-dür.

Eləcə də oxuyun: 

* Ekspertlərdən həyəcan təbili: Məktəblər açılandan sonra epidemik vəziyyət pisləşəcək

* Koronavirus bəzən uşaqlarda ölüm törədən fəsadlar verir - Nəsib Quliyev

Vaksin olunmuşlara maska taxmamağa icazə verdilər

 

4
Teqlər:
statistika, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər