Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev icra başçısı barədə sərəncam imzaladı

262
(Yenilənib 17:54 12.10.2019)
Oktyabrın 13-də Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Çərkəz oğlu Səmədovun 60 yaşı tamam olur.

BAKI, 12 oktyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Q. Ç. Səmədovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Qoca Çərkəz oğlu Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, oktyabrın 13-də Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun 60 yaşı tamam olur.

262
Uşaqlar, arxiv şəkli

İnsan alverinin hər üç qurbanından biri uşaqdır

3
(Yenilənib 17:58 18.01.2021)
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

BAKI, 18 yanvar — Sputnik. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "insan alveri" istismar məqsədilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

https://www.facebook.com/prokurorluq/videos/118373910083559

3
Qulam Mustafa Xan, arxiv şəkli

"Hind kinosunun kadrarxası səsi" vəfat edib

4
(Yenilənib 18:00 18.01.2021)
Şimali Hindistanın məşhur mahnılarını səsləndirən Qulam Mustafa Xana "Ustad" titulu verilib. Klassik hind musiqiqinin ustad sənətkarı sayılan Qulam Mustafa Xan, yaradıcılığı boyu çox sayda ordenlə təltif edilib.

BAKI, 18 yanvar — Sputnik. Klassik hind musiqisinin görkəmli nümayəndəsi Qulam Mustafa Xan vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 89 yaşlı Qulam Mustafa Xan ötən gün Mumbayda dünyasını dəyişib.

Qulam Mustafa Xan sənətkarlar ailəsində dünyaya gəlib. Onun ailə üzvləri musiqiçilərdən ibarət olub. Şimali Hindistanın məşhur mahnılarını səsləndirən Qulam Mustafa Xana "Ustad" titulu verilib. Klassik hind musiqiqinin ustad sənətkarı sayılan Qulam Mustafa Xan, yaradıcılığı boyu çox sayda ordenlə təltif edilib.

Qulam Mustafa Xanı Hind kinosunun kadrarxası səsi adlandırıblar. Belə ki, sevərək tamaşa etdiyimiz hind filmlərinin əksəriyyətində onun məlahətli səsi eşidilir.

Qeyd edək ki, 2019-cu ildə insult keçirən sənətkarın bədəninin bir hissəsi iflic olub. Mərhum Qulam Mustafa Xanın martın 3-də 90 yaşı tamam olacaqdı.

4