Növbətçi hissənin avtomobili

Polislər Bakı məktəblərinə göndərildi Narkomaniya ilə bağlı

25
(Yenilənib 17:55 10.10.2019)
Tədbirlərdə rayon polis idarələrinin əməkdaşları, şagirdlər, müəllimlər və valideynlər iştirak edirlər

BAKI, 10 oktyabr — Sputnik. Paytaxt məktəblərində narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan maarifləndirici tədbirlər keçirilir.

Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, ümumi təhsil müəssisələrində "Narkomaniya bəşəriyyətin bəlasıdır", "Narkomaniyaya yox deyək!", "Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları", "Narkotiklərə yox!" və bu kimi digər mövzularda maarifləndirici tədbir, "Dəyirmi masa", konfrans, seminar, mühazirə, müsabiqə və sərgilər təşkil olunur. Tədbirlərdə rayon polis idarələrinin əməkdaşları, şagirdlər, müəllimlər və valideynlər iştirak edirlər.

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir. Maarifləndirici tədbirlərdə gənclərə zərərli vərdişlərdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir. Tədbirlərdə çıxış edənlər narkomaniyanın cəmiyyətə və ümumilikdə, bəşəriyyətə çox böyük ziyan vurması, mümkün olan bütün vasitələrdən istifadə edərək, onun qarşısının alınması barədə geniş məlumatlar verirlər. Həmçinin müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülür, şagirdləri maraqlandıran suallar cavablandırılır. Tədbirlərdə narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilir, sənədli filmlər və videoçarxlar nümayiş olunur.

25
Ofis, arxiv şəkli

İşədüzəltmə firmalarının fırıldaqçılığına son

4
(Yenilənib 22:44 06.07.2020)
İşədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq

BAKI, 6 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dövlət Məşğulluq Agentliyinə həvalə olunan vəzifələrdən biri də işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron formada reyestrini aparmaqdır.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib. Xəbərə görə, həmin reyestrin yaradılması 2020–2021-ci illərdə nəzərdə tutulub və hazırda üzərində işlər aparılır. Bu reyestr müvafq sahədə vahid informasiya bazasının yaradılmasına imkan verəcək. Nəticədə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq.  Hüquqi şəxslər onlarda olan mövcud vakansiyaları, həmçinin onlara işlə təmin edilmək üçün müraciət edən şəxslər və eləcə də işlə təmin etdikləri şəxslər barədə bütün məlumatları bu reyestrə daxil edəcəklər.

4
Bakıda yanğının nəticəsi

Paytaxtda üfunət qoxusu Yayılan iy “Sobsan”dan gəlir?

134
(Yenilənib 23:00 06.07.2020)
Üfunət iyi Bakının Binəqədi rayonunda daha çox hiss olunur, eyni zamanda Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

BAKI, 6 iyul — Sputnik. Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb. Sputnik Azərbaycan-ın məlumatına görə, pis qoxu paytaxtın Binəqədi rayonunda daha çox hiss olunur.

Eyni zamanda üfunət iyi Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

Hazırda atmosfer qatında mövcud olan qoxunun səbəbləri məlum deyil.

Qeyd edək ki, bir neçə gün öncə Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb. Yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol  verilən qatılıq həddini keçib. Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.

134
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0