CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fərqli və cazibədar: şeytan qovan bəzək hərdən təhlükəli ola bilir

© AFP 2023 / JACK GUEZPirsinq prosesi, arxiv şəkli
Pirsinq prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakıda qadınların əksəriyyəti qulaq və göbək nahiyəsinə pirsinq taxdırır. Amma bəzən qəribə istək və arzuları olanlar da olur"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. Bir neçə gün öncə şəhərimizin qonağı olan alman turist çoxsaylı pirsinqləri ilə diqqətləri üzərinə çəkdi. Bədənindəki 453 pirsinqə görə Ginnesin Rekordlar kitabına düşən Rolf Buccholzun Bakıya səfəri birmənalı qarşılanmadı: onu qınayanlar da, böyük maraqla qarşılayanlar da oldu.

Əlbəttə, dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da pirsinqə maraq var. Məhz bu amil onu deməyə əsas verir ki, alman turistin bu səfəri pirsinqlərə marağı daha da artıracaq.

© Facebook / Rolf BuchholzAlman turist Rolf Buccholz
Fərqli və cazibədar: şeytan qovan bəzək hərdən təhlükəli ola bilir - Sputnik Azərbaycan
Alman turist Rolf Buccholz

Biz isə Sputnik Azərbaycan olaraq pirsinqin tarixi, qiymətləri, edilən müraciətlər haqda məlumat aldıq, həm də onun ziyanının olub-olmamasını öyrəndik.

Sən demə, pirsinqdən yaraşıq üçün hələ eramızdan əvvəl də istifadə edirmişlər. 1991-ci ildə iki turistin Avstriya və İtaliya sərhədində aşkarladığı, dünyanın ən qədim mumiyası hesab edilən Ötzinin qulaq nahiyəsində müxtəlif deşiklərin olduğu aşkarlanıb. Pirsinqlər üçün açılan bu dəliklərin ölçüsü isə 7-11 santimetr olub.

Qədimdə pirsinqlər məhz qulağa taxılırdı. İnsanlar belə hesab edirdilər ki, guya şeytan insan bədəninə qulaqdan daxil olur və bu metal pirsinqlər onu dəf edir, şeytanı insana yaxın buraxmır. Dövrümüzdə elə də geniş yayılmayan döş ucu pirsinqlər isə qədimdə kişilər arasında cəsarət, sadiqlik simvolu hesab edilirdi.

Bu gün bir sıra Afrika ölkələrində ailə həyatı qurarkən qadınların burunlarına pirsinq taxdırmaları vacib hesab edilir. Çünki hələ qədim dövrlərdən belə bir inam qalıb ki, pirsinqlər doğuş və adət ağrılarını azaldır.

Bəzi ölkələrdə isə evlilik nişanəsi kimi dodaq pirsinqinə üstünlük verilir.  Dil və cinsi nahiyəyə taxılan pirsinqlər dünyada ən qəribə növlərdən hesab edilir. 

Xalçatoxuma texnikası ilə gərdan hazırlayan Lüdviyyə İbrahimova - Sputnik Azərbaycan
Hər zərrəsi bir tər damcısı - Tariximizə güzgü tutan naxışlar, gərdanlar
Xüsusən də burun pirsinqinin 14-16-cı əsrlərdə daha geniş yayıldığı məlum olub. O zamanlar belə hesab edirdilər ki, bu yolla qan dövranı daha da sürətlənir. Kahinlər və şamanlar isə düşünürdülər ki, dilə pirsinqlər taxmaqla Allahla əlaqə yaratmış olurlar. Qeyd edək ki, qərb ölkələrində burun pirsinqi 1970-ci ildən sonra yayılmağa başladı.

Bakıdakı vəziyyəti öyrənmək üçün əlaqə saxladığımız salondan bizə verilən məlumata görə, kişilərlə müqayisədə qadınlar arasında pirsinqə maraq daha çoxdur. Müraciət edən qadınların əksəriyyəti isə qulaq və göbək nahiyəsinə pirsinq taxdırır: "Amma bəzən qəribə istək və arzuları olanlar da olur. Məsələn, o dəfə gələn qadın barmağına, bir başqası isə dilinə pirsinq taxdırdı. Belə qeyri-adi müraciətlər o qədər çox deyil".

Salondan verilən məlumatda pirsinq üçün gün ərzində 10-dan artıq müraciətin daxil olduğu bildirilib. Qeyd olunur ki, kişilər qadınlarla müqayisədə bədənin digər nahiyələrinə deyil, daha çox qulağa pirsinq etməkdən zövq alırlar: "Qadınlar və kişilər bunu gözəllik naminə edirlər. Belə düşünürlər ki, pirsinq onlara fərqli və cazibədar görünüş bəxş edir".

"Hətta elə müştərimiz olub ki, ümumilikdə 25 pirsinq taxdırıb. Bir xanım müştərimiz vardı, o, tək qulağına 9 pirsinq etdirmişdi", - deyə gözəllik salonundan verilən məlumatda bildirilir.

Həmsöhbətimiz deyir ki, onlara cinsi nahiyəyə pirsinq taxdırmaq üçün müraciət daxil olmur.

Ziyanlarına gəldikdə isə, bu işi icra edən ustalar onun ümumiyyətlə hansısa ziyanının olmadığını söyləyirlər. Sadəcə olaraq dəri deşildikdən bir müddət sonra təmizliyə riayət edilməsi əsas şərt hesab edilir.

Ювелирное украшение, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ekspert: Zərgərlik məmulatları sərmayə vasitəsi hesab oluna bilməz

"Bunlar əsasən titandan olur. İstəkdən asılı olaraq titanları qızılla da əvəzləmək olar. Adətən, bu metallar internet üzərindən sifariş edilir", - deyə türk usta Osman Aksoy əlavə edib.

Qeyd edək ki, titan pirsinqlərin ölkəyə gətirilmə qiyməti 3-4, taxdırılma qiyməti 10-20 manat, onların deşilmə iynəsi isə 1-2 manatdır.

Bəzi hallarda pirsinqlərin müxtəlif infeksion xəstəliklərin yayılmasına səbəb olduğu, bu metalların taxıldığı həssas bölgədə qanama, şişkinlik yaratdığı da təsdiqini tapır.

Respublikanın baş infeksionisti Cəlal İzayev Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, pirsinqlər bir adamdan çıxarılaraq başqasına taxıldıqda təhlükə mənbəyi ola bilər:

"Əgər həmin şəxsdə qanla keçən müxtəlif infeksion xəstəliklər, məsələn, hepatit varsa, bu zaman böyük təhlükə yarana bilər. Amma digər hallarda bu pirsinqlərin elə bir ziyanı yoxdur. Adi qızıl kimi təsir bağışlayır".

Baş infeksionistin sözlərinə görə, sifətində, bədənin müxtəlif nahiyələrində pirsinqlər olan şəxslər, gərək ki, gigiyenik qaydalara da əməl etsinlər: "Düzdür, qızıl və gümüş antibakterial təsirlərə malikdir. Tarix boyu da böyük zadəganlar qab-qacaqlarını, qaşıqlarını qızıldan düzəltdirirdilər ki, təhlükəsiz olsun. Amma gigiyenik qaydalara da əməl etmək lazımdır".

Xəbər lenti
0