Qafqaz Canişin sarayı və ya Vorontsov sarayı kimi tanınan bina

Azərbaycanın taleyinin iki dəfə həll olunduğu saray - Tiflisdəki müdhiş binada bir gün

1795
(Yenilənib 17:08 09.10.2019)
Bolşeviklər Vorontsov sarayına daxil olaraq buradakı əşyaları, hətta mebelləri çölə çıxartmadan yerindəcə yandırıblar

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. Gürcüstanın paytaxtına səfər edən həmvətənlərimizin əksəriyyəti bu binanı ziyarət etmədən geri dönmürlər. Bina öz görkəmini illər ötsə də, dəyişməyib. Buranın divarları o qədər tarixi hadisəyə şahidlik edib ki, yazmağa bir kitab yetməz. Söhbət Şota Rustaveli küçəsində yerləşən, Azərbaycan tarixində də önəmli yeri olan Vorontsov sarayından gedir.

Qafqaz Canişin sarayı və ya Vorontsov sarayı kimi tanınan bu möhtəşəm bina hazırda təhsil alan gənclərin sarayı kimi tanınır.

Azərbaycan Milli Şurasının ikinci (1918-ci il 29 may), üçüncü (1918-ci il 1 iyun) iclaslarının protokollarında da Qafqaz Canişin sarayı göstərilir
© Sputnik / Kamal Almuradlı
Azərbaycan Milli Şurasının ikinci (1918-ci il 29 may), üçüncü (1918-ci il 1 iyun) iclaslarının protokollarında da Qafqaz Canişin sarayı göstərilir

Canişin sarayının tarixi isə general Pavel Sisianovdan başlayır. Çarın Qafqazdakı canişini üçün ilk iqamətgah 1802-ci ildə inşa edilib. General Sisianov Tiflisi işğal etdikdən sonra  1803-cü ildə Azərbaycana məhz buradan yola düşüb. Başqa sözlə, Gəncənin işğalı planı bu evdə hazırlanıb.

  •  Şota Rustaveli küçəsində yerləşən, Vorontsov sarayı
    Şota Rustaveli küçəsində yerləşən, Vorontsov sarayı
    © Sputnik / Kamal Almuradlı
  •  Şota Rustaveli küçəsində yerləşən, Vorontsov sarayı
    Şota Rustaveli küçəsində yerləşən, Vorontsov sarayı
    © Sputnik / Kamal Almuradlı
  •  Şota Rustaveli küçəsində yerləşən, Vorontsov sarayı
    Şota Rustaveli küçəsində yerləşən, Vorontsov sarayı
    © Sputnik / Kamal Almuradlı
  •  Şota Rustaveli küçəsində yerləşən, Vorontsov sarayı
    Şota Rustaveli küçəsində yerləşən, Vorontsov sarayı
    © Sputnik / Kamal Almuradlı
1 / 4
© Sputnik / Kamal Almuradlı
Şota Rustaveli küçəsində yerləşən, Vorontsov sarayı

Sonralar bina dəfələrlə restovrasiya olunsa da, rənglər və binanın planı dəyişilməz qalıb. 1917-ci ilə qədər bura Qafqaz canişinlərinin həm iqamətgahı, həm də yaşadıqları ev olub. Çarın adamları içərisində Gürcüstana əmin-amanlıq gətirən şəxs general Mixail Vorontsov olmuşdur. Əbəs yerə deyil ki, o, vəfat etdikdən sonra belə bir məsəl yaranıb: "Tanrı əl çatmazdır, çar uzaqdadır, Vorontsov isə ölüb".

1918-ci ildə Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının müstəqillik aktı burada imzalanıb
© Sputnik / Kamal Almuradlı
1918-ci ildə Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının müstəqillik aktı burada imzalanıb

1918-ci ildə Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının müstəqillik aktı burada imzalanıb.

Azərbaycan Milli Şurasının mayın 28-də sarayın ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilib və Azərbaycanın 6 bənddən ibarət "Milli İstiqlal Bəyannaməsi" imzalanıb. Azərbaycan Milli Şurasının ikinci (1918-ci il 29 may), üçüncü (1918-ci il 1 iyun) iclaslarının protokollarında da Qafqaz Canişin sarayı göstərilir. 1918-ci il iyunun 16-na qədər, yəni Gəncəyə köçənə kimi Azərbaycan hökumətinin üzvləri də bu binada yerləşiblər.

Azərbaycan Milli Şurasının mayın 28-də sarayın ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilib
© Sputnik / Kamal Almuradlı
Azərbaycan Milli Şurasının mayın 28-də sarayın ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilib

Milli hökumətin süqutu günü bina ən ağır dövrünü yaşayıb. Bolşeviklər Vorontsov sarayına daxil olaraq buradakı əşyaları, hətta mebelləri çölə çıxartmadan yerindəcə yandırıblar. Buna baxmayaraq, bina öz əzəmətini yenə qoruyub saxlayıb.

Sarayın daha sonra sovetlər dövrü başlayıb. Maraqlı faktlardan biri İosif Stalinin anası Yekaterina Cuqaşvilinin 1920-ci ildən 1937-ci ilə qədər bu binada kiçik bir otaqda yaşamasıdır. Onu həmin binaya Stalinin yaxın dostu Dövlət Təhlükəsizliyi Komissarı Lavrenti Beriya yerləşdirib. Bu illər ərzində Stalin bir dəfə anasını ziyarət edib. Hal-hazırda muzeydə Stalinin anasına yazdığı yeganə məktubu da nümayiş olunur. Məktub 3 cümlədən ibarətdir: "Ana, salam. Səni təbrik edirəm. Arzulayıram ki, 10 min il yaşayasan. Sənin Soson". Deyilənə görə, "millət atası" anasının ölüm günündə belə iştirak etməyib.

Stalinin anasına yazdığı məktub: Ana, salam. Səni təbrik edirəm. Arzulayıram ki, 10 min il yaşayasan. Sənin Soson
© Sputnik / Kamal Almuradlı
Stalinin anasına yazdığı məktub: "Ana, salam. Səni təbrik edirəm. Arzulayıram ki, 10 min il yaşayasan. Sənin Soson"

Maraqlı tarixi hadisələrə şahidlik etmiş bina müasir dövrümüzdə gənclərin yaradıcılıq mərkəzi kimi tanınır. Burada müxtəlif dərnəklər fəaliyyət göstərir. Ötən il isə Gürcüstan dövlətinin qərarı ilə bina Milli Muzey statusu alıb. Burada çalışan nəzarətçinin bildirdiyinə görə, üç ölkənin müstəqilliyinə şahidlik etmiş binaya ən çox ziyarətçi Azərbaycandan gəlir. Onun dediyinə görə, xüsusi ilə azərbaycanlı gənclərin maraq göstərməsi onların tarixlərinə bağlılığının göstəricisidir.

1795
Bakıda tibbi maskada olan insanlar

ÜST maska ilə bağlı fikrini dəyişdi

106
(Yenilənib 16:28 06.06.2020)
ÜST hökumətlərə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ilk dəfə ictimai yerlərdə üz maskaları taxmağı tövsiyə edib.

BAKI, 6 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusuna nəzarət üçün maskaların istifadəsinə dair təlimatını yeniləyib. Sputnik Azərbaycan-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus maska taxmaq üçün verilən tövsiyələrin dəyişdirildiyini bildirib. Onun sözlərinə görə, bu təlimat yeni əldə olunmuş sübutlara əsaslanır:

"Aşkar edilmiş dəlillərə görə, ÜST hökumətlərə virusun geniş yayıldığı və fiziki məsafə saxlanılmasının çətin olduğu yerlərdə maskalardan istifadə etmələrini tövsiyə edir. Belə yerlərə ictimai nəqliyyat, supermarket və digər qapalı məkanlar daxildir".

Bununla da ÜST hökumətlərə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ilk dəfə ictimai yerlərdə üz maskaları taxmağı tövsiyə edib. Qeyd edək ki, indiyə qədər ÜST tibbi maskanı yalnız koronaviruslu xəstə insanların taxmasını tövsiyyə edirdi.

106
Əlaqədar
Azərbaycanlı ixtiraçının yeni kəşfi kliniki sınaq üçün ABŞ-a göndərilir
Koronavirus əleyhinə daha bir mübarizə metodu - deyin, "pendir..."
Əzrayılın köməkçiləri: ehsan boşqabını sayanlar, ürəyiyuxa polis və öldürücü mehribanlıq
“İnanırsan, ya inanmırsan”: günümüzün ən mühüm sualı
“Maska rejimi? Xəbərimiz yoxdur”: Bakıda karantinə necə riayət edirlər
Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə mənzərə, arxiv şəkli

Qarabağın qapısını açmaq istəyənlərin "Açar"ı: hər azərbaycanlının qəlbi sızlayacaq

7
(Yenilənib 17:08 06.06.2020)
"Evin açarı təkcə keçmişdən xatirə yox, həm də “Qapını bağlayıb gəlmişəm” kimi toxtaqlıqdır" - Elşad Elsevər

BAKI, 6 iyun — Sputnik. Qarabağ mövzusunda lentə alınan “Açar” filminin çəkilişləri artıq yekunlaşıb və tizeri (qısa videoxülasə) kinosevərlərə təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, film işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarların itməsi ilə evinə qayıtmaqla bağlı son ümidini də itirən Ümid kişinin timsalında, dünyanın harasında yaşamasından asılı olmayaraq, doğma torpağı, evi zorla əlindən alınmış, həyatda yeganə istəyi öz evinə qayıtmaq olan insanın hekayəsidir...

“Epik Prodakşn” və “OB Film”in birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi dram janrındadır. “Hadisə işğal altında qalmış evin açarının itməsi üzərində qurulub. Ailə bunu böyük faciə kimi qəbul edir, çünki bu açar onların ümididir. Evin açarı təkcə keçmişdən xatirə yox, həm də “Qapını bağlayıb gəlmişəm” kimi toxtaqlıqdır”, – deyə filmin quruluşçu rejissoru Elşad Elsevər bildirib.

Filmin bədii rəhbəri  Yusif Şeyxov, ssenari müəllifi  Elşad Elsevər, quruluşçu operatoru Cavid Delee, quruluşçu rəssamı Arif Niftiyevdir. Ekran əsərində Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Zemfira Əbdülsəmədova, eləcə də Hüseyn İsgəndərov, Arif Kərimov, Rövşən Ağayev, Nəriman Qarayev, Ramiz Abbasov, Behbud Hacıyev, Eldar Cəbrayıl, Reyhan Cəfər, Selin Cəbrayıl, Emin İsgəndərov və başqaları çəkiliblər.

7
Əlaqədar
Əməkdar artist: “Atam həkim olmağımı istəyirdi, mən isə aktyor oldum” – MÜSAHİBƏ
İrəvanlı gözəllərimiz bu cür geyiniblər - FOTO
Səfirlik Qarabağla bağlı videonu təkzib etdi - saxtadır
Onun ürəyi Qarabağın "Fəryad"ına dözmədi
Amerikada Azərbaycan həqiqətləri: Qarabağa aid film mükafat aldı - VİDEO
Kommunarkada karantin mərkəzi

Orada sutka ərzində minlərlə adam yoluxur

1
(Yenilənib 16:28 06.06.2020)
Rusiyada pandemiya yayılandan 5725 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8708 nəfər olub

BAKI, 6 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 8855 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 197 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 458689-a çatıb. Rusiyada pandemiya yayılandan 5725 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8708 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 221388-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,7 milyonu keçib, 395 mindən çox adam isə virus səbəbilə ölüb.

1
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Bəlanın başladığı yerdə sonuncu pasiyentlər də xəstəxanadan buraxıldı
Rospotrebnadzor-un rəhbəri: "Yeni pandemiya qaçılmazdır"
Britaniyanın keçmiş kəşfiyyat rəhbəri: koronavirus Çin laboratoriyasında yaranıb
Bakıda koronavirusa yoluxma ən çox bu rayondadır
Koronavirusa yoluxanların sayı durmadan artır