Su çəni, arxiv şəkli

Əlbir olub dəmir satanlar "JEK" ilə, yaxud Prezidentin sərəncamı necə gözdən salınır

2196
(Yenilənib 14:56 06.10.2019)
Artıq neçə gündür ki, sözügedən ərazidə çənlərin sökülməsi prosesi başlayıb. Bu proses bəzi sakinlərin narazılığına səbəb olub

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. Bakının Əhmədli qəsəbəsindəki binaların damlarında olan su çənləri sökülərək müsadirə edilir. Bu barədə Sputnik Azərbaycan-a həmin ərazilərdə yaşayan sakinlər məlumat verib. Onların bildirdiyinə görə, Mənzil-Kommunal İstehsalat Sahələrinin (MKİS) müdriyyəti binaların girişlərinə müvafiq xəbərdarlıq bildirişi vurublar. Orada binaların damlarının əsaslı təmiri ilə əlaqədar olaraq onun üzərindəki su çənləri və digər məişət avadanlıqlarının götürülməsi üçün sakinlərə 10 gün müddət verilib. Əks təqdirdə həmin avadanlıqların müsadirə edilərək aparılacağı qeyd olunub. 

Əhmədlidə çənlərin sökülməsi prosesi
İlkin Mahmudov
Əhmədlidə çənlərin sökülməsi prosesi

Artıq neçə gündür ki, sözügedən ərazidə çənlərin sökülməsi prosesi başlayıb. Krana, çənləri başqa ərazilərə daşınmaq üçün texnikaya ehtiyac duyulduğundan, sakinlər bu işi könüllü şəkildə həyata keçirməkdən imtina ediblər. Onların bildirdiyinə görə, bu, xeyli məsrəf deməkdir. Ona görə də istəyən 50 manat verib çənini götürəcək, istəməyənin çəni isə onu sökənlər tərəfindən müsadirə ediləcək.

Çəni sökülən sakinlər bildiriblər ki, ödədikləri 50 manatın müqabilində onlara heç bir çek verilmir. Bu isə onlarda müəyyən şübhələr yaradır ki, bu işlə sistemli şəkildə hansısa rəsmi qurum deyil, rəsmi qurumla sövdələşmiş işbazlar məşğul olur. Onlar söküb apardıqları çənləri sataraq ondan mənfəət əldə edəcəklər. Dövlətin büdcəsinə isə heç nə getməyəcək. 

Bəs binaların damlarından su çənlərini sökənlər kimlərdir və onları hara aparırlar? 

Əhmədlidə çənlərin sökülməsi prosesi
İlkin Mahmudov
Əhmədlidə çənlərin sökülməsi prosesi

Ərazidə yaşayanların dediyinə görə, çənlərin sökülməsini həyata keçirən şəxslər müxtəlif qurumların adını çəkirlər. 

Sputnik Azərbaycan məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan verilən məlumata görə, "Azərsu ASC" Əhmədli ərazisindəki yaşayış binalarında 24 saat suyun verilməsini təmin edib. Bundan sonra həmin binaların damındakı su çənlərinin yığışdırılmasına qərar verilib. 

"Proses "Azərsu" ASC tərəfindən həyata keçirilir. Binalarda yeniliklər edilirsə və yaxud binaların dam örtüyü yenilənirsə, o zaman bizim strukturlar tərəfindən o çənlər götürülür və binaların dam örtükləri təmir edilir", - deyə BŞİH–dən bildirilib.

"Azərsu" ASC-dən isə Agentliyə bildirilib ki, çənlərin sökülməsi prosesinin onlara heç bir aidiyyatı yoxdur. 

Əhmədlidə çənlərin sökülmə prosesi
İlkin Mahmudov
Əhmədlidə çənlərin sökülmə prosesi

Xətai Rayon İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, prezidentin sərəncamı ilə dam örtüklərinin əsaslı şəkildə təmirinə qərar verilib. Xətai rayonundakı 287 bina da həmin layihəyə daxil edilib.

"Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə yerli MKİS-lər 10 gün əvvəl bütün vətəndaşalara xəbərdarlıq ediblər ki, binaların damında təmir işlərinin aparılması ilə əlaqədar olaraq, oradakı su çənləri, antennalar və digər məişət avadanlıqları söküləcək. Həmin ərazilər "24 saat su" sisteminə keçirilib. Həmin binaların dam örtüyü isə əsaslı şəkildə bərpa ediləcək", - deyə icra hakimiyyətinin nümayəndəsi bildirib. 

Ərazi sakinlərindən 50 manat tələb edilməsi məsələsinə gəldikdə isə Xətai RİH rəsmisi bildirib ki, bu məbləğ vətəndaşlardan texnikanın çalışdırılmasına görə tələb edilir: "İşlər özəl şirkət tərəfindən aparılır. Çənlərini istəyən şəxslər kran və ya digər texnikanın xidmət haqqını ödəyərək onları özlərində saxlaya bilərlər. Burada qanunsuz bir şey yoxdur. Bütün işlər rəsmi şəkildə dövlət başçısının sərəncamına əsasən həyata keçirilir".

Sökülən məişət avadanlıqlarının hara aparılmasına və ondan necə istifadə edildiyinə gəlincə, icra nümayəndələri bu məsələyə dəqiq cavab verməyiblər. Şahidlər isə bildirirlər ki, çənlərin sökülməsi ilə məşğul olanlar el arasında "dəmir yığanlar" və ya "dəmir satanlar" kimi tanınan şəxslərdir və onlar bu işdə MKİS-lə (JEK) əlbirdirlər. Onlarıın adi dəmir yığan olduqlarını heç bir sənəd təqdim edə bilməmələri də göstərir. Proses zamanı isə heç bir təhlükəsizlik qaydasına əməl olunmur. Çənin içindəki su sakinlərin eyvandan asdıqları paltarların üzərinə axıdılır. Bəzi sakinlər çənlərin onlara məxsus olduğunu deyərək onu damdan düşürənlərə 50 manat verməkdən imtina edirlər. Onlar bildirirlər ki, bu prosesi həyata keçirmək üçün tender keçirilib və onu hər hansı şirkət udubsa, bütün bu xərclər də orada nəzərə alınıb. Çənlərin sonrakı taleyinə gəldikdə isə, bildirilir ki, həmin çənlərin istifadəyə yararlı olanları ayrı-ayrı fərdlərə satılır. Bunu "dəmir yığanlar" özləri də etiraf etdilər. Nisbətən ucuz qiymətə satıldığından, onları əsasən Bakı ətrafındakı bağların, istixana və fermaların sahibləri alırlar. İstifadəyə yararsız olan metal çənlər isə metaltoplama müəssisələrinə satılır. Sadəcə bir şey aydındır ki, sökülən çənlərin, onların sökülməsinə ödənilən vəsaitlərin və satış qiymətlərinin hesabatı aparılmadığından, bu prosesin nə dərəcədə qanunauyğun və şəffaf olduğu qaranlıq olaraq qalır. 

2196
(0:27 / 2.55Mb / просмотров видео: 16)

Raket zərbəsinin qurbanları: Bərdə övladlarını son mənzilə yola salır

21
(Yenilənib 18:01 29.10.2020)
İki gün dalbadal raket atəşinə tutulan Bərdədə həlak olmuş dinc sakinlərin dəfn mərasimi keçirilib. Ətraflı – videomuzda.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Bərdə şəhərinin raket atəşinə tutulması zamanı həlak olmuş sakini Allahverdiyev Əsgər Mahir oğlunun dəfn mərasimində olub. Əsgərin 37 yaşı vardı.

Mərmi sanki yağış kimi yağdı… - Bərdə faciəsi xəsarət alanın dilindən - VİDEO >>

2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələri saat 13 radələrində əhalinin sıx yaşadığı Bərdə şəhərinin mülki obyektləri və infrastrukturuna raket zərbələri endirib. Nəticədə 21 dinc sakin həlak olub, təxminən 70 nəfər yaralanıb. Mülki obyektlərə və nəqliyyat vasitələrinə zərər dəyib. Bütün həlak olanlar və xəsarət alanlar dinc sakinlərdir.

Dərhal evə qaçdım, amma artıq gec idi - Erməni hücumu nəticəsində həlak olan Aysunun atası >>

Xatırladaq ki, oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndini artilleriya atəşinə tutması nəticəsində beş dinc sakin, o cümlədən yeddi yaşlı qız həlak olmuş, daha 13 nəfər yaralanmışdı.

21
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Polis əməkdaşı, arxiv şəkli

Diqqət: Polis nəzarəti gücləndirdi

14
(Yenilənib 17:58 29.10.2020)
Vətəndaşlardan xahiş olunur ki, ön cəbhədə vuruşaraq torpaqlarımızı işğalçılardan təmizləyən əsgər və zabitlərimizin sağlamlığını qorumaq, koronavirusun cəmiyyətimizin müxtəlif təbəqələri arasında yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.

BAKI, 29 oktyabr — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də koronavirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, infeksiyanın ölkə ərazisində yayılmasının, virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib. Bu məqsədlə paytaxt Bakı və bölgələrdə polis əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsi ilə sanitar-karantin qaydalarına əməl edilməsi daim nəzarətdə saxlanılır.

Reydlər zamanı qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji qaydalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə məlumatlar verilir. Paytaxtın müxtəlif nöqtələrində, eləcə də mərkəzdən kənar bölgələrdə həyata keçirilən reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrdə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Vətəndaşlarımızdan biz daha xahiş olunur ki, ön cəbhədə vuruşaraq torpaqlarımızı qarış-qarış işğalçılardan təmizləyən əsgər və zabitlərimizin sağlamlığını bu qorxunc virusdan qorumaq, eləcə də koronavirusun cəmiyyətimizin müxtəlif təbəqələri arasında yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər. Bunun üçün hər birimizdan yalnız sosial məsafəni gözləmək, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etmək və şəxsi gigiyenaya fikir vermək tələb olunur.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

14
Qırmızı Xaç komitəsinin əməkdaşları, arxiv şəkli

Ermənistan girov düşmüş qoca ermənini geri almaqdan imtina etdi

0
Ermənistan tərəfi Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib.

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan tərəfi Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının humanitar addımı kimi birtərəfli qaydada erməni milliyyətindən olan mülki şəxsi - Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə buraxıb getdiyi 85 yaşlı Yevgeniya Babayanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə oktyabrın 28-də Azərbaycan-Gürcüstan sərhədindən keçirilməklə Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verib.

Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı isə Ermənistan tərəfi bir daha qeyri-humanistlik göstərərək son anda təhvil almaqdan imtina edib.

Oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçisinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verib.

Humanitar proses zamanı insident baş verməyib.

0