Psixoloqun qəbulunda, arxiv şəkli

Ölkədə rəsmən paranı bütövdən ayıracaqlar - Psixologiya vs parapsixologiya

544
Televiziyalarda psixoloq kimi təqdim olunan Bayram Nurlunun fikrincə, insan həyatı ilə bağlı bəzi suallar var ki, onların cavabı elmdə yoxdur

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. "Azərbaycanda bu qanun olmadığı bir vaxtda psixoloji təhsili olmayan biri ayrıca otaq götürüb ekstrasenslik, falçılıq edirdi. Adlarını da psixoloq qoymuşdular. Bu cür yolla insanları aldadırdılar. "Psixoloji yardım haqqında" qanun qəbul olunduqdan sonra bu istiqamətdə qanun qüvvəyə minib və xeyli işlər görülüb".

Qeyd edək ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov danışıb.

O qeyd edib ki, istər məktəblərdə, istərsə də xəstəxanalarda psixoloqların fəaliyyəti nəzərə çarpır. Hətta, özəl müəssisələrdə də psixoloq ştatları yaranmağa başlayıb. Bu qanun layihəsinin qəbul edilməsi ölkəmizdə psixoloji yardımın təkmilləşdirilməsinə, inkişafına, əhaliyə keyfiyyətli psixoloji yardımın göstərilməsinə təkan verəcək.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan psixoloq Ramin Hacıyev bildirib ki, ekstrasenslik psixologiyaya yox, parapsixologiyaya aid bir sahədir: "Özünə, işinə, peşəsinə hörmət edən psixoloq ekstrasenslik edib psixoloq adı ilə fəaliyyət göstərməməlidir. Bu insanlarda psixologiya elmi haqqında yanlış fikirlər formalaşdıra bilər. Parapsixologiya sözünün psixologiya sözü ilə oxşarlığı ola bilər, amma tam fərqli sahələrdir".

Çox zaman efirlərdə psixoloq kimi təqdim edilən, ekstrasens Bayram Nurlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o özünü psixoloq kimi təqdim etmir: "Məni psixoloq kimi efirlərdə özləri təqdim edirlər. Mən ektrasensəm. Psixoloqlar özləri ektrasenslik etməyə çalışırlar. Ekstrasenslik bir vergidir. Bu eramızdan əvvəl də olub və indidən sonra olacaq da. Bunu heç kim inkar edə bilməz".

B.Nurlu qeyd edib ki, onun yanına gələn şəxslərin "yolu bağlandığı" üçün həmin şəxslər psixoloji problemlər yaşayırlar: "Bu problemlər insanların psixologiyasına zərər vurursa, istər-istəməz onların mütəxəssisə ehtiyacı olur. Bilirsiniz, insan həyatı ilə bağlı bəzi suallar var ki, onların cavabı elmdə yoxdur".

"Psixoloqlar ekstrasenslik etmək istəyirlər. Amma ekstrasenslər elə bir növ psixoloqdurlar. Əgər mən insanlarla söhbət edib onları sakitləşdirə bilirəmsə, deməli bu işi bacarıram", - deyə Nurlu bildirib.

Xatırladaq ki, "Psixoloji Yardım haqqında" qanun ötən il qəbul edilib. Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. Bu Qanunla klinik (tibbi) psixoloq kimi fəaliyyət göstərmək üçün müəyyən edilmiş tələblər bu qanun qüvvəyə minənədək psixoloq kimi fəaliyyət göstərən şəxslərə şamil edilmir.

544

Əyripəncə turist: Şəkidə həngamə salan ayı müalicə edilir

146
(Yenilənib 21:39 05.06.2020)
Şəki şəhərinə təsadüfən gəlmiş ayı hal-hazırda müalicə edilir. Şəhərdə səs-küy saldıqdan sonra əyripəncənin indi özünü necə hiss etdiyini videomuzda izləyin.

Hal-hazırda ayı Altıağac milli parkının nəzdinkdəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində saxlanılır. Baytar müayinəsindən sonra bəlli olub ki, ayının müəyyən travmaları var. Çox güman ki, onlar digər ayılarla “savaş” zamanı yaranıb. Hal-hazırda əyripəncənin həyatı üçün təhlükə yoxdur və müalicə kursundan sonra onu yenidən vəhşi təbiətə buraxacaqlar.

146
Məmur portfeli, arxiv şəkli

Həftəsonu onların fəaliyyətinə icazə veriləcək

6
Yalnız siyahısı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib olunan və Elektron Hökumət Portalına daxil edilmiş növbətçi vəkillərin hərəkətinə icazə veriləcək.

BAKI, 5 iyun — Sputnik. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6-8 iyun tarixləri arasında xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı hərəkət məhdudiyyəti məhkəmə hakimləri ilə bərabər Vəkillər Kollegiyasının (VK) üzvlərinə də şamil olunur.

Kollegiyadan Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhərində məhkəmə və digər əlaqəli qurumların da məhdud rejimdə fəaliyyət göstərəcəkləri nəzərə alınaraq yalnız siyahısı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib olunan və Elektron Hökumət Portalına daxil edilmiş növbətçi vəkillərin hərəkətinə icazə veriləcək. Fəaliyyətinə icazə verilmiş vəkillərə əvvəlcədən məlumat veriləcək. Həmin vəkillər vəkillik fəaliyyətləri ilə bağlı tibbi maska və dezinfeksiyaedici vasitələrdən istifadə etməli və digər profilaktiki tələblərə riayət etməlidirlər.

6
Zaqatalaya mənzərə, arxiv şəkli

Cənubi Qafqazda ilk olaraq Azərbaycanda...

0
Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

BAKI, 6 iyun — Sputnik. Azərbaycanda "Zaqatala–Balakən biosfer rezervatının yaradılması" layihəsinə start verilir. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

O, qeyd edib ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət çığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

ETSN rəsmisi biosfer qoruğunun yaxın qonşularımız Türkiyə, Rusiya, Belarusiyada da mövcud olduğunu, lakin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılacağını vurğulayıb.

O qeyd edib ki, bununla da bölgədə ekoloji və kənd turizminin stimullaşdırılmasına, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə şərait yaranacaq. Biosfer rezervatda müasir tələblərə cavab verən infrastruktur qurulacaq, alternativ və bərpa olunan enerji mənbələri ilə təmin olunacaq. Eyni zamanda, burada ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaradılacaq.

"Biosfer rezervatın özəlliklərindən biri də odur ki, burada istehsal olunan orqanik məhsullar qoruğun loqosu ilə qablaşdırılacaq və bir sıra ölkələrə ixrac olunan zaman gömrük rüsumundan azad olunacaq. Həmçinin, layihə çərçivəsində ətraf ərazilərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxslərə kiçik həcmli qrantların verilməsi də planlaşdırılır".

A.Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

0