CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yolda hərəkət məhdudlaşdırılacaq

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidРемонтные работы на дороге, фото из архива
Ремонтные работы на дороге, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən xahiş olunur ki, qeyd olunan ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər

BAKI, 27 sentyabr — Sputnik. Aparılan təmir işləri ilə əlaqədar olaraq, sentyabr ayının 27-dən 28-nə keçən gecədən etibarən Nəsimi rayonu Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkr. dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Metro ilə Mübadilə Mərkəzi arasında örtüklü yol çəkiləcək
 Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bu səbəbdən sözügedən küçənin 20 Yanvar küçəsi ilə kəsişməsindən Ceyhun Səlimov küçəsi ilə kəsişməsinədək olan hissəsində ikitərəfli hərəkət təmin olunacaq: "Sürücülərdən xahiş olunur ki, qeyd olunan ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".

Xəbər lenti
0