İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak edib

Metro ilə Mübadilə Mərkəzi arasında örtüklü yol çəkiləcək

12
(Yenilənib 17:22 26.09.2019)
Yaxın vaxtlarda metro stansiyası ilə Nəqliyyat Mübadilə Mərkəzi arasında xüsusi örtüklü dəhlizin inşa edilməsi nəzərdə tutulub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi bir həftə ərzində sərnişinlər üçün istifadəyə veriləcək.

 BakuBus avtobusu, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic
  Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, haba daxil olacaq avtobusların sürücüləri yaxın günlərdə test yürüşü həyata keçirəcəklər.

"Metronun "Koroğlu" stansiyasından Nəqliyyat Mübadilə Mərkəzinə yol uzun olduğu üçün sərnişinlərə günün isti və ya soyuq vaxtlarında gəlmək çətin olur. Yaxın vaxtlarda metro stansiyası ilə Nəqliyyat Mübadilə Mərkəzi arasında xüsusi örtüklü dəhlizin inşa edilməsi nəzərdə tutulub. Eyni zamanda, metro stansiyası və onun yanındakı avtobus dayanacağına qədər görmə əngəlli insanlar üçün xüsusi plitələrin düzülməsi nəzərdə tutulub".

12
Teqlər:
BNA, nəqliyyat, Bakı, avtobus
Əlaqədar
Avtobuslarda gediş haqqı bahalaşacaqmı?
Bütün avtobusların kart sisteminə keçəcəyi vaxt açıqlandı