CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaq nikahlarının daha çox qeydə alındığı yerlər açıqlandı

© AP Photo / Ariana CubillosЖенщина с ребенком, фото из архива
Женщина с ребенком, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Elgün Səfərov son 7 illə müqayisədə Azərbaycanda uşaq nikahlarının sayının azaldığına da diqqət çəkib

BAKI, 25 sentyabr — Sputnik. Azərbaycanda uşaq nikahlarının daha çox qeydə alınmasına görə seçilən şəhər və rayonların adları açıqlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında uşaq nikahlarının daha çox qeydə alındığı bir neçə şəhər və rayonun adını açıqlayıb: "Bu siyahıda birinci yerdə Bakı şəhəri dayanır. Bakıdan sonrakı yerdə Şəki rayonu, Gəncəbasar zonası (Gəncə, Ağstafa, Gədəbəy, Daşkəsən və s.) qərarlaşıb”.

O, son 7 illə müqayisədə Azərbaycanda uşaq nikahlarının sayının azaldığına da diqqət çəkib: “Son illərdə belə nikahların sayında 10 faiz azalma var. Uşaq nikahları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə siqnal daxil olan kimi avtomatik olaraq biz həmin faktla bağlı əməkdaşlarımızı cəlb edir, ailə ilə danışıqlar aparırıq. Təəssüflər olsun ki, bəzi hallarda bizə o siqnallar gec çatır və bu zaman artıq intihar və digər xoşagəlməz hadisələr baş verir”.

Xəbər lenti
0