CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabunçu polisində böyük təmizləmə - Vilayət Eyvazov əmr imzaladı

© Photo : Instagram / Daxili İşlər NazirliyiDaxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov - Sputnik Azərbaycan
Abunə olmaq
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi, onun müavini polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili vəzifədən azad olunaraq sərəncama götürülüblər

 

BAKI, 25 sentyabr — Sputnik. Bakının Sabunçu rayon Polis İdarəsinin 3 vəzifəli şəxsi vəzifəsindən azad olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili (adı açıqlanmayıb) işlərində yol verdikləri ciddi nöqsanlara görə, tutduqları vəzifədən azad olunaraq sərəncama götürülüblər.

Xəbər lenti
0