CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı model Livanda dünyanın turizm gözəli seçilib

Abunə olmaq
Beyrutda keçirilən "Miss Tourism Universe 2019" beynəlxalq gözəllik müsabiqəsində birinci yeri azərbaycanlı model tutub.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycanlı model Anastasiya Bern Livanın paytaxtı Beyrutda keçirilən "Miss Tourism Universe 2019" beynəlxalq gözəllik müsabiqəsində birinci yeri tutub.

Sputnik Azərbaycan-ın məlumatına görə, layihədə Braziliya, Meksika, Boliviya, Rusiya, Nigeriya və digər ölkələrdən 32 model iştirak edib. Bernin sözlərinə görə, həmin modellərin hər biri çoxlu müsabiqələrdə iştirak ediblər. Ona görə də "Miss Tourism Universe 2019"-da rəqabət olduqca yüksək olub.

Qeyd edək ki, Bern müsabiqədə qələbə qazanacağına lap əvvəldən əmin olub. Onun sözlərinə görə, müsabiqəyə yüksək səviyyədə hazırlaşıb.

Bern əməyi boşa getmədiyi üçün şaddır və ona dəstək verən hər kəsə minnətdardır.

Anastasiya Bern Azərbaycanda ən çox tələb olunan modellərdən biridir. O, müxtəlif moda nümayişlərində və reklam layihələrində iştirak edir. Model Miss universal, Miss Eurovision, Miss Civilization, Miss Globe və s. kimi bir çox beynəlxalq layihələrdə iştirak edib. O, model biznesi ilə yanaşı həm də mahnı oxuyur. Bern "Avroviziya" yarışmasının milli seçim turlarında iştirak edib.

Xəbər lenti
0