Avtomobil təmiri, arxiv şəkli

Avtonəqliyyat vasitələrinin texniki baxışına görə rüsum artırılır

51
(Yenilənib 15:59 23.09.2019)
Dəyişiklik Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq və təsdiq edilərsə, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır.

Dəyişiklik Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişiklik təsdiq edilərsə, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

51
Teqlər:
avtonəqliyyat, nəqliyyat, texniki baxış, rüsum
Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir

Avropanın ən böyük Sinaqoqunda Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib

9
(Yenilənib 20:49 04.12.2020)
Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamına əsasən bu gün saat 12.00-da şəhidlər bir dəqiqlik sükutla yad edilib.

BAKI, 4 dekabr — Sputnik. Dağ Yəhudiləri Dini İcması şəhidləri yad edib. Bakıda yerləşən sinaqoqda saat 12:00-da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
1 / 3
© Sputnik / Ibrahim Hashimov
Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir

Ardınca isə şəhidlərin ruhuna dualar oxunub və ayinlər icra edilib. Bildirilib ki, Azərbaycan tolerant bir ölkədir və bütün dinlərin nümayəndələri burada dostluq, qardaşlıq şəraitində yaşayırlar. Qələbə xəbərini birgə qeyd etdikləri kimi, şəhidləri ruhu da birlikdə yad edilib.

9
Teqlər:
tolerant, dua, şəhidlər
DİN əməkdaşları, arxiv şəkli

Saatlı polisi koronavirus xəstəsini küçədə tapdı

12
T.Hüseynovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

BAKI, 4 dekabr — Sputnik. Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxan şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən bir nəfər rayon sakini, T.Hüseynovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

Həmin şəxsin qanunazidd hərəkətlərinin qarşısı alınıb və müalicəsini davam etdirmək üçün yenidən yaşadığı ünvana gətirilib.

Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

12
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu

0
(Yenilənib 21:07 04.12.2020)
Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il dekabrın 1-dək  210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

0
Teqlər:
Silahlı Qüvvələrə Yardım Fondu, Müdafiə Nazirliyi