CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yağışdan çıxıb yağmura düşmək": bu dəfə piyadaları yol polisi saxladı

© Facebook / Bakı Şəhər Baş Polis İdarəsiBakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədilə profilaktik tədbirlər həyata keçiriblər
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədilə profilaktik tədbirlər həyata keçiriblər - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərin bəziləri yol polislərinin xəbərdarlığından sonra etdikləri qayda pozuntularını anlayaraq nəqliyyat vasitələrini avtobus dayanacağından çıxarıblar, bəziləri isə öz hərəkətinə haqq qazandırıb

BAKI, 20 sentyabr — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədilə profilaktik tədbirlər həyata keçiriblər. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan piyadalarla maarifləndirici söhbətlər aparılıb. Tədbir zamanı piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da saxlanılıblar. Yol polisləri həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq onlara yeraltı və yerüstü keçidlərdən istifadə etməyin bütün hərəkət iştirakçılarının təhlükəsizliyinə xidmət etdiyini bildiriblər. Bu tipli tədbirlər yalnız piyadaların inzibati qaydada cərimələnməsi məqsədilə keçirilmir. Belə tədbirlər zamanı piyadalarla yol polisləri maarifləndirici söhbətlər aparırlar.

© Facebook / Bakı Şəhər Baş Polis İdarəsiBakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədilə profilaktik tədbirlər həyata keçiriblər
Yağışdan çıxıb yağmura düşmək: bu dəfə piyadaları yol polisi saxladı - Sputnik Azərbaycan
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədilə profilaktik tədbirlər həyata keçiriblər

Qeyd edək ki, tədbir zamanı yol polisi tərəfindən avtobus dayanacağını zəbt edən sürücülər də müəyyən ediliblər. Həmin sürücülərin bəziləri yol polislərinin xəbərdarlığından sonra etdikləri qayda pozuntularını anlayaraq nəqliyyat vasitələrini avtobus dayanacağından çıxarıblar. Amma dayanacağı zəbt edən və etdiyi bu qayda pozuntusuna haqq qazandıran sürücülərə də rast gəlinib. Avtobus dayanacağını zəbt edən və sahibi müəyyən edilməyən nəqliyyat vasitələri isə yol polisləri tərəfindən əraziyə dəvət edilən Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən evakuasiya edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən bu tipli maarifləndirici, həmçinin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, davamlı şəkildə qayda pozan piyadalara qarşı profilaktik tədbirlər bundan sonra mütəmadi olaraq davam etdiriləcək.

Xəbər lenti
0