Femidanın heykəli

Məhkəmədə çalışmaq üçün şans yarandı

18
(Yenilənib 12:34 20.09.2019)
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur

BAKI, 20 sentyabr — Sputnik. 5 avqust 2019-cu il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat şöbəsinin məlumatına istinadla xəbər verir ki, müsahibələrin 3-4 oktyabr 2019-cu il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, elan üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 2 vakant vəzifə üzrə 2 yer müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 9 namizədlə 14 müsahibənin keçirilməsi planlaşdırılır.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi üzrə vakant olan məhkəmə iclasının katibi vəzifəsi üzrə 6 namizəd, hakimin köməkçisi vəzifəsi üzrə 8 namizədin müraciəti qeydə alınıb.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

18
Teqlər:
DİM, imtahan, məhkəmə
Yanğınsöndürənlər, arxiv şəkli

Zavodun tavanı ailələrin başına uçdu, maşınlar partladı - Xırdalanda qorxunc olay

12
Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib

BAKI, 29 noyabr - Sputnik. Xırdalanda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerində baş vermiş uçqunla bağlı məlumat yayılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 28-də Abşeron rayonunu, Xırdalan şəhərində keçmiş Yüngül Konstruksiyalar Zavodunda uçqun baş verib.

Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti şöbəsinin və yerli sektorunun nümayəndələri orada olub, ailələrin vəziyyəti ilə tanış olublar.

Yanğın baş verən ünvanda yaşayan 9 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq Kəlbəcər rayonundan məcburi köçkün Verdiyev Seymur Dilqəm oğluna məxsus "Mitsubishi" və Laçın rayonundan məcburi köçkün Məmmədov Taleh Zahid oğluna məxsus "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın dərhal söndürülüb.

Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

12
Teqlər:
yanğın, partlayış, avtomobil, məcburi köçkünlər, bina, zavod, Xırdalan
Qax rayonundakı Kürmük məbədi

Müsəlmanlarla xristianların birgə ibadət etdikləri məkan - VİDEO

22
(Yenilənib 15:24 29.11.2020)
Məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir

BAKI, 29 noyabr — Sputnik. Kürmük məbədi Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlərdə) qalıqları üzərində XIX əsrdə inşa edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Kürmük məbədi haqqında qısa videoçarx hazırlayıb.

Məlumat üçün bildirək ki, sözügedən məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir.

Burada maraqlı cəhətlərdən biri də odur ki, "Kürmük oba" bayramında xristian zəvvarlar da İslam dininin haram buyurduğu donuz ətindən imtina edirlər.

22
Teqlər:
ibadətgah, ibadət, xristianlar, müsəlmanlar, "Kürmük oba" bayramı, Kürmük məbədi, Qax, Azərbaycan
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
: Yaponiyada qoruyucu maskada olan insanlar

İnsana hörmət: COVID-ə görə təmassız lift yaratdılar

0
(Yenilənib 17:58 29.11.2020)
Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb

BAKI, 29 noyabr - Sputnik. Yaponiyanın Hitachi Ltd. və Mitsubishi Electric şirkətləri koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün təmassız lift modelləri təqdim ediblər.

Sputnik Azərbaycan bildirir ki, NHK telekanalının məlumatına görə, yeni Hitachi modelində liftin çağırılması, yaxud da hansısa mərtəbəyə qalxması üçün düymələrə gərək yoxdur. Bunun üçün LİNE ani mesajlaşma tətbiqindən, yaxud liftin kabinəsinin böyründə həkk olunmuş xüsusi QR-şifrənin skanından istifadə etmək olar. İstənilən mərtəbənin seçimini insan öz smartfonu vasitəsilə idarə edir, buna görə də hansısa düyməyə basmağa gərək qalmır.

Mitsubishi Electric-in lifti isə avtomatik olaraq gəlir və adamı lazımi mərtəbəyə qaldırır, ancaq bunun üçün öncədən sistemə smartfon üçün olan tətbiq vasitəsilə həmin adam haqda məlumatlar daxil edilməlidir.

Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb, 10 nəfər dünyasını dəyişib. Epidemiya başlayandan Yaponiyada 148272 nəfər yoluxub, bunlardan 2133 nəfər dünyasını dəyişib. 122550 nəfər isə sağala bilib.

0
Teqlər:
kontaktsız, lift, risk, yoluxma, Yaponiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla