Rusiyalı teleaparıcı, fotomodel, bloger, Miss Rusiya 2003 titulunun sahibi Viktoriya Lopıreva

Rusiya gözəli qardaşının ad gününü Bakıda qeyd edib qonaqpərvərliyimizə heyran qalıb

136
(Yenilənib 20:59 18.09.2019)
Rusiyalı teleaparıcı, fotomodel, bloger, "Miss Rusiya 2003" titulunun sahibi Viktoriya Lopıreva ailə bayramında iştirak etmək üçün Bakıya gəlib

BAKI, 18 sentyabr — Sputnik. Rusiyalı teleaparıcı, fotomodel, bloger, "Miss Rusiya 2003" titulunun sahibi Viktoriya Lopıreva ailə bayramında iştirak etmək üçün Bakıya gəlib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə model "Instagram" sosial şəbəkəsində məlumat verib.

O, mərasim və şəhər gəzintisi zamanı çəkilmiş fotoları "Instagram"dakı səhifəsində yayıb.

"Bakıya xoş gəlmisiniz. Əsrlər boyu davam edən gözəllik və inanılmaz həyat eşqi - bu, qonaqpərvər xalqın əlamətidir! Belə isti qəbul üçün təşəkkür edirəm", - Lopıreva yazıb.

O, İçərişəhərdə gəzintiyə çıxıb, Azərbaycan yeməklərinin dadına baxıb və sürpriz bir gecədə iştirak edib. Bu gecə onun qardaşı İraklinin ad gününə həsr edilib.

Lopıreva sonuncu dəfə Bakıda 2003-cü ildə olub.

Nigar Qədirli və Kənan Mehdi
© ADDIM Gənclər Təşkilatının mətbuat xidməti

Viktoriya Lopıreva təkcə aparıcı və fotomodel deyil, həm də 2018-ci il futbol çempionatının, eləcə də Rusiyada diskriminasiya ilə mübarizə üzrə BMT-nin səfiri olub. O, "Elite Model Look 1999" müsabiqəsinin finalçısı, "Super Model of the World 2000" layihəsinin laureatı, "Don fotomodeli 2000", "Rusiya cənubunun ən yaxşı modeli 2001", "İlin siması 2001", "İlin möhtəşəmi 2001", "Rostov gözəli 2001" və "Miss Rusiya 2003" titullarının sahibidir.

Model olaraq, dəfələrlə jurnalların üz qabığında görünüb və bir çox nüfuzlu parlaq nəşrlərin fotosessiyalarına çəkilib.

136
Teqlər:
model, ad günü, Bakı, Azərbaycan, Rusiya
Əlaqədar
Rusiyada şöhrət qazanmış azərbaycanlı karyerasını Bakıda davam etdirmək niyyətindədir
Azərbaycanlı müğənni nirvana mərhələsinə çatıb - Video
Azərbaycanlı aktyor rusiyalı rejissorun filmində əsas rolu oynayacaq
"Mətbəx" serialının ulduzu Bakıda: Azərbaycan şirniyyatını bişirməyi öyrəndi
Rusiyalı aparıcı: “Harada yaşamağımdan asılı olmayaraq, mən azərbaycanlıyam”

Üç nəfər qəbul imtahanından xaric olundu

2
(Yenilənib 15:20 13.08.2020)
İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

BAKI, 13 avqust — Sputnik. Bugünkü qəbul imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Avqustun 14-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

2
Buludlu hava, arxiv şəkli

Rayonlarda yağış, paytaxtda isə külək olacaq

3
(Yenilənib 14:51 13.08.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, avqustun 14-15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 13 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 28-31, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70 , gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

14 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 30-35, dağlarda gecə 11-15, gündüz 16-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, avqustun 14-15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

3