Milli Məclisin iclası, arxiv şəkli

Deputat kimi qocalmaq: Milli Məclis elə bir qərar verdi ki...

74
(Yenilənib 16:05 18.09.2019)
"Qanuna görə, onlar bu artımı almalıdırlar, amma faktiki bu artım həyata keçməyib. Bizim əməkhaqqında olan artım onların da pensiyasında özünü göstərəcək"

BAKI, 18 sentyabr — Sputnik. “Yanvarın 1-dən təqaüddə olan deputatların pensiyaları artacaq”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.

Komitə sədri bildirib ki, deputatların əməkhaqqı artıb, amma təqaüddə olan deputatların pensiyalarında artım, demək olar ki, olmayıb: “Qanuna görə, onlar bu artımı almalıdırlar, amma faktiki bu artım həyata keçməyib. Yanvarın 1-dən təqaüddə olan deputatların pensiyaları artacaq. Bizim əməkhaqqında olan artım onların da pensiyasında özünü göstərəcək”.

74
Teqlər:
təqaüd, Milli Məclis, deputat
Əlaqədar
Spiker Almaniyaya gedir
"Onlar mənə qoyunlarla hücum etdilər": deputatdan biabırçı hərəkətlər - VİDEO
Kinonu "dirçəltmək" üçün imtiyazları deputatlar müzakirə edəcəklər
Millət vəkilinin kreditlərlə bağlı təklifi əhalinin ürəyincə olacaq