Məktəbli, arxiv şəkli

Deputat həmkarlarından üç mövzuda dinləmə tələb etdi

10
(Yenilənib 20:15 18.09.2019)
"Bu gün məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayı artmağa başlayıb. Bu xəstəliklərin əməliyyatlarının qiymətləri də bahadır"

BAKI, 18 sentyabr-Sputnik. “Anemiya cəmiyyətdə çox dərinləşən bir mövzudur.

 Anemiyadan əziyyət çəkənlərin artması insanların sağlamlığı üçün təhdiddir. Bu məsələnin həllinə nail olmaq lazımdır. Bununla bağlı dinləmə və müzakirələrin keçirilməsi çox vacibdir”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Qənirə Paşayeva deyib.

Deputat onu da diqqətə çatdırıb ki, bu gün məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayı artmağa başlayıb. Bu xəstəliklərin əməliyyatlarının qiymətləri də bahadır.

“Antibiotiklər nəzarətsiz şəkildə satılır, bu məsələnin də diqqətdə saxlanılması lazımdır”, - deyə deputat əlavə edib.

10
Teqlər:
uşaqlar, sağlamlıq, Milli Məclis, dinləmələr, millət vəkili, antibiotik, skolioz
Əlaqədar
Daha bir xoş xəbər: Təhsil krediti qanuna salınır
Kinonu "dirçəltmək" üçün imtiyazları deputatlar müzakirə edəcəklər
İcbari tibbi sığortaya ayrılan vəsait xeyli artacaq
Mənzil almaq asanlaşacaq - Millət vəkilinin dediyi olarsa...
Milli Məclisdə səslənən təklif tibb mərkəzlərinin gəlirini xeyli artıracaq