Elektron siqaret (veyp), arxiv şəkli

Elektron siqaretin dəhşətli zərəri açıqlandı

13
(Yenilənib 08:35 18.09.2019)
Dyuk Universitetinin Tibb məktəbinin ekspertlərinin fikrincə, elektron siqaret istifadəçiləri daha çox bu maddənin təsirinə məruz qalır

BAKI, 18 sentyabr — Sputnik.  Amerikalı araşdırmaçılar müəyyən edib ki, elektron siqaretlərə əlavə edilən nanə və mentol ciddi xəstəliklərə səbəb ola bilər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, müşahidələrə görə, elektron siqaretlərdə olan pulegon kimyəvi maddəsi insanda xərçəng yaradır.

Məlumata görə, bu maddənin tərkibində nanədən alınan yağ var. Həmin yağ əvvəllər konfet və saqqıza əlavə edilirdi. Amma bir il əvvəl ABŞ Qida məhsullarına və dərman vasitələrinə sanitar nəzarət İdarəsi tərəfindən istifadəsi qadağan edilib. Maddənin qadağan edilməsinə səbəb isə tərkibində orqanizm üçün xərçəng riski yaradan vasitə olması olub.

Dyuk Universitetinin Tibb məktəbinin ekspertlərinin fikrincə, elektron siqaret istifadəçiləri daha çox bu maddənin təsirinə məruz qalır.

Elm adamları hesab edir ki, elektron siqaret istifadəçilərində xərçəng əmələ gələ bilər, amma bu proses dərhal deyil, zamanla özünü biruzə verə bilər.

13