Təmir işləri nişanı

Zərgərpalandan keçməyin

10
(Yenilənib 14:42 17.09.2019)
Sürücülərdən sözügedən ərazidə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur

BAKI, 17 sentyabr — Sputnik. Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən qısa müddətlik Yasamal rayonu Zərgərpalan küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bu üzdən sürücülərdən sözügedən ərazidə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

10
Teqlər:
məhdudiyyət, Bakı, təmir, yol