Sumqayıtda kitab yarmarkası

Kitabları indi çal-çağırla oxutdururlar - FOTO

149
(Yenilənib 12:40 17.09.2019)
Sumqayıt şəhəri ilə yanaşı, Bakıda fəaliyyət göstərən nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri, tanınmış yazıçılar yarmarkada ümumilikdə 30 mindən çox kitab təqdim ediblər

BAKI, 17 sentyabr — Sputnik. Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıtın şəhər statusu almasının 70 illiyinə həsr olunmuş I kitab yarmarkası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, "Kimyaçı" Mədəniyyət Sarayının qarşısında keçirilən yarmarkada Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, tanınmış yazıçılar, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

  •  Sumqayıtda kitab yarmarkası
    Sumqayıtda kitab yarmarkası
    © Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti
  •  Sumqayıtda kitab yarmarkası
    Sumqayıtda kitab yarmarkası
    © Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti
  •  Sumqayıtda kitab yarmarkası
    Sumqayıtda kitab yarmarkası
    © Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti
1 / 3
© Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti
Sumqayıtda kitab yarmarkası

Sumqayıt şəhəri ilə yanaşı, Bakıda fəaliyyət göstərən nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri, tanınmış yazıçılar yarmarkada ümumilikdə 30 mindən çox kitab təqdim ediblər.

Açıq səma altında keçirilən kitab yarmarkasında müəlliflər oxucuları ilə görüşlər keçirib və onlar öz imzalı əsərlərini təqdim ediblər.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib, ədəbi-bədii kompozisiya təqdim olunub.

149
Teqlər:
Sumqayıt, yarmarka, kitab
Əlaqədar
Varis: "Hər il gələndə başqaları şad olur ki, bir il də yaşadım, amma mən itirdim deyirəm"
Bakıda keçiriləcək beynəlxalq festivala seçim müsabiqəsi başladı
Təhsil Nazirliyindən inqilaba bərabər sınaq - birincilərdən başlayırlar
Çingiz Abdullayev: "Bütün günü yeyib-içib oynayırıq"
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

5
(Yenilənib 16:13 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

5
Teqlər:
zəlzələ, Xəzər dənizi
Təcili yardım avtomobili

Karantin rejimi qaydalarını pozan COVID-19 xəstələri məsuliyyətə cəlb edildilər

6
(Yenilənib 15:50 24.11.2020)
Paytaxtda 30, bölgələrdə isə 21 aktiv COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub.

BAKI, 24 noyabr — Sputnik. Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 xəstələrinə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunub. Sputnik Azərbaycan-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, noyabrın 22-də və 23-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda 30, Gəncə, Sumqayıt, Şirvan şəhərləri, eləcə də Goranboy, Şabran, Zaqatala, Sabirabad, Biləsuvar, Quba, Qusar, Cəlilabad və Saatlı rayonlarında isə 21 aktiv COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid ediliblər.

Hər bir fakt üzrə müvafiq rayon polis idarə və şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

6
Teqlər:
Daxili İşlər Nazirliyi, COVID-19, Koronavirus