Bina damı, arxiv şəkli

Şagirdlərin başına uçan tavan: Səhv, yoxsa səhlənkarlıq?

1290
(Yenilənib 23:49 16.09.2019)
Valideynlər şagirdlərin yararsız məktəb korpusunda yerləşdirildiyini desə də məktəb direktoru bunu təkzib edir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Goranboyda yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb. Hadisə rayonun Boluslu kənd orta məktəbində qeydə alınıb. Sakinlərin Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdiyinə görə hadisə, 2-ci sinif şagirdlərinin ilk dərs üçün sinfə girdiyi zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin valideynlər 1967-ci ildə tikilib istifadəyə verilən binada analoji hadisənin təkrarlanacağından narahatdırlar.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan kənd sakini Rahim Məmmədov uçqun baş verən binann 1967-ci ildə istifadəyə verildiyini və qəzalı vəziyyətdə olduğunu bildirib.

Goranboyda tavanı uçan məktəbdən
© Sputnik / Ilham Mustafa
Goranboyda tavanı uçan məktəbdən

"Məktəbimiz 3 korpusdan ibarətdir. Hadisə baş verən korpus tamamilə yararsız vəziyyətdədir. Yer olmadığından ibtidai siniflərin bəziləri ora yerləşdirilib. Binada hər an bədbəxt hadisənin baş verməsi qaçılmazdır. Bu gün Allah saxladı xəsarət baş vermədi" - deyərək məlumat verib.

Sakinlər 2004-cü ildə kənddə yeni məktəb binasının tikilsə də, onun yalnız 7 sinif otağından ibarət olduğunu, bu səbəbdən övladlarının yararsız binalarda yerləşdirildiyini söyləyiblər.

Hadisə barədə danışan məktəb direktoru Sevda Qədimova məktəb binasının yararsız olduğunu təsdiq edib. Lakin o binada şagirdlərin təhsil almadığını deyib:

"Hadisə baş verən korpus tamamilə yararsız vəziyyətdədir. Bu səbəbdən ora dərs sinifləri salmamışıq. Uşaqlar yanlışlıqla həmin binaya daxil olub və bu zaman hadisə baş verib. Elə bir ciddi hadisə deyil, yalnız tavana vurulan kardon qopub düşüb. Hazırda rayon rəhbərliyinin köməkliyilə uşaqların qəzalı binaya yaxınlaşmaması üçün binanın ətrafını hasarlanmasına çalışıram" - deyə Qədimova bildirib. Onun sözlərinə görə, 2020-ci ildə kənddə modul tipli məktəb tikilməsi nəzərdə tutulub.

Goranboyda tavanı uçan məktəbdən
© Sputnik / Ilham Mustafa
Goranboyda tavanı uçan məktəbdən

S.Qədimova digər iki korpusun hərsinin 7 otaqdan ibarət olduğunu və 13 sinif komplektində təhsil alan 224 şagirdin bu binalara yerləşdirələcəyini bildirib.

1290
Tələbələr imtahan verirlər, arxiv şəkli

Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin sayı açıqlandı

3
(Yenilənib 14:31 01.12.2020)
Məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir.

BAKI, 1 dekabr — Sputnik. 13862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən e-telebe.edu.az portalına müraciətlərin vaxtı dekabrın 10-dək uzadılıb. Məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir.

3
Teqlər:
xərclər, müraciət, portal, tələbə, Təhsil Nazirliyi
Bakıda avtobus, arxiv şəkli

Bu küçələrdə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılacaq

4
(Yenilənib 14:14 01.12.2020)
"Paytaxtın Qara Qarayev, Gəncə və Atatürk prospektləri, Mikayıl Hüseynov, Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli, Müzəffər Həsənov küçələrində xüsusi avtobus zolaqlarının təşkil edilməsi planlaşdırılır"

BAKI, 1 dekabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində 10 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının yaradılması ilə bağlı Nazirlər Kabineti yanında Yol hərəkətinin təhlükəsizliyi Komissiyasına təkliflər verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, həmin təklifə Nazirlər Kabinetində baxılıb, bunun əsasında həmin küçə və prospektlərdə xüsusi zolaqların yaradılmasına icazə verilib: "İcazə əsasında paytaxtın Qara Qarayev, Gəncə və Atatürk prospektləri, Mikayıl Hüseynov, Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli, Müzəffər Həsənov küçələrində xüsusi avtobus zolaqlarının təşkil edilməsi planlaşdırılır".

M.Ağayev bildirib ki, artıq Mikayıl Hüseynov küçəsində xüsusi zolaq yaradılıb və aidiyyəti yol nişanları quraşdırılıb.

4
Teqlər:
zolaq, küçələr, Mais Ağayev, Bakı Nəqliyyat Agentliyi
ARDNF

ARDNF bu il valyuta satışını 16,6% artırıb

0
(Yenilənib 14:46 01.12.2020)
Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin noyabr ayı ərzində 495,5 mln. ABŞ dolları məbləğində vəsait satılıb

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən noyabr ayı ərzində valyuta hərraclarında 495,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Sputnik Azərbaycan-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Noyabrda valyuta satışında oktyabr ayı ilə müqayisədə 11,6% azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin okyabrında ARDNF tərəfindən 560,3 mln. dollar məbləğində vəsait satılıb. Bu, ötən ilin noyabr ayına nisbətən 8,2% azdır.

Bundan başqa, bu ilin yanvar-noyabr aylarında ARDNF tərəfindən 6665,9 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 16,6% çoxdur.

0
Teqlər:
vəsait, ABŞ dolları, Azərbaycan Respublikası Dövlət Neft Fondu, valyuta