Nigar Qədirli və Kənan Mehdi

Azərbaycanlı modellər 40 kiloqramlıq geyimdə

42
(Yenilənib 16:36 16.09.2019)
Dizayner Güler Baysalın kolleksiyasını nümayiş etdirən modellər festivala "ADDIM" Gənclər Təşkilatının dəstəyi ilə qatılıblar

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanlı modellər Nigar Qədirli və Kənan Mehdi Rusiyanın paytaxtı Moskvada keçirilən "Moscow International Fashion Fest"də podiuma çıxıblar.

Sputnik Azərbaycan xəbər verir ki türkiyəli dizayner Güler Baysalın kolleksiyasını nümayiş etdirən modellər festivala "ADDIM" Gənclər Təşkilatının dəstəyi ilə qatılıblar. Belə ki, "Miss&Mr National Azerbaijan" gözəllik yarışmasının onlayn səsverməsi zamanı qalib olan gənclər sözügedən festivalda iştirak şansı qazanıblar.

  • Türkiyəli dizayner Güler Baysal
    Türkiyəli dizayner Güler Baysal
    © ADDIM Gənclər Təşkilatının mətbuat xidməti
  • Nigar Qədirli
    Nigar Qədirli
    © ADDIM Gənclər Təşkilatının mətbuat xidməti
  • Kənan Mehdi
    Kənan Mehdi
    © ADDIM Gənclər Təşkilatının mətbuat xidməti
1 / 3
© ADDIM Gənclər Təşkilatının mətbuat xidməti
Türkiyəli dizayner Güler Baysal

Diqqət çəkən məqamlardan biri də Nigar Qədirlinin təqdim etdiyi gəlinlik libası olub. Həm görünüşü, həm də çəkisi ilə maraq obyekti olan geyimin çəkisi 40 kiloqramdan çox olsa da, model xanım podiumda məharətlə addımlayıb.

Çıxışdan sonra müxtəlif ölkələrin nümayəndələri, moda biliciləri həmyerlilərimizlə tanış olub, xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, sentyabrın 20-də final gecəsi keçiriləcək "Miss&Mr National Azerbaijan" müsabiqəsində iştirakçılar dizayner Güler Baysalın xüsusi olaraq hazırladığı çimərlik geyimlərini təqdim edəcəklər.

42