CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevda Yəhyayeva ilə "Keçmiş olsun"

Abunə olmaq
Yeni təqdim olunan klipdə mahnının müəllifləri Leyli və Hakan Erol cütlüyüdür. Klipdə fərqli görkəmdə çəkilən S.Yəhyayevanın stili üzərində Elnur Həsənov çalışıb

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanın tanınmış müğənnisi Sevda Yəhyayeva yeni klipini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu haqda öz şəxsi "Instagram" hesabında paylaşım edib.

Yeni təqdim olunan klipdəki mahnının müəllifləri Leyli və Hakan Erol cütlüyüdür. Klipdə fərqli görkəmdə çəkilən S.Yəhyayevanın stili üzərində Elnur Həsənov çalışıb. Ekran işinin rejissoru isə Fərhad Əlidir. Mahnı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sevda Yahyayeva (@sevdayahyayeva)

Qeyd edək ki, müğənni bu il sayca ikinci klipini təqdim edib. Bundan öncə sözləri Cavid Əhmədova, musiqisi Pərviz Mahmudova məxsus olan "Son xəbər" mahnısı may ayında yayımlanmışdı.

Xəbər lenti
0