CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagirdlərin yerdəyişməsi dayandırıldı

© Sputnik / Timur BatyirshinMəktəbli, arxiv şəkli
Məktəbli, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

BAKI, 16 sentyabr — Sputnik. Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi portalında və bu məqsədlə yaradılan Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılıb.

Учебный процесс в одной из бакинских школ, фото из архива - Sputnik Azərbaycan
ELM
Şagirdlərin ümumi sayı açıqlandı – Rekord rəqəm

Sputnik Azərbaycan xəbər verir ki, sorğuların qəbulu oktyabrın 15-dən davam etdiriləcək. 

Bu günədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 46 mindən çox müraciət daxil olub.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi bu ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilirdi.

Xəbər lenti
0