CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı vağzalında pozitiv anlar – VİDEO

© Sputnik / Kamal AlmuradlıBakı Dəmiryolu vağzalında canlı ifa
Bakı Dəmiryolu vağzalında canlı ifa - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbir çərçivəsində çıxış edən ansambl Azərbaycan filmlərindəki retro mahnıları ifa edib. Ansamblın canlı ifası sərnişinlərdə xoş təəssürat oyadıb

BAKI, 16 sentyabr — Sputnik. Bakı dəmiryol vağzalında sərnişinlər pozitiv anlar yaşayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün səhər saatlarında qatardan istifadə edən şəxslər maraqlı sürprizlə qarşılaşıblar. Belə ki, "Azərbaycan Dəmir Yolları" vağzalın girəcəyində tədbir təşkil edib. Tədbir çərçivəsində çıxış edən ansambl Azərbaycan filmlərindəki retro mahnıları ifa edib. Ansamblın canlı ifası sərnişinlərdə xoş təəssürat oyadıb.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" tərəfindən təşkil olunan tədbir Azərbaycanda bu gün qeyd olunan "Bilik günü" münasibətilədir.

Xəbər lenti
0