CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd rayonunun qaz təchizatı dayandırılıb

© Sputnik / Murad OrujovГазовая конфорка, фото из архива
Газовая конфорка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu müddət ərzində Qaz İxrac İdarəsinin balansında olan "Yevlax-Naxçıvan" magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işləri icra olunacaq

BAKI, 16 sentyabr — Sputnik. Sentyabrın 16-da səhər saat 10:00-dan işlər başa çatanadək Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarının bir neçə yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bu müddət ərzində Qaz İxrac İdarəsinin balansında olan "Yevlax-Naxçıvan" magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işləri icra olunacaq.

Xəbər lenti
0