Bakı

Hava həssas insanlar üçün əlverişli olacaq

28
(Yenilənib 14:57 12.09.2019)
Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 12 sentyabr - Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 23-28, dağlarda gecə 5-9, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 13-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

28

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

421
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

421
Buzovnada çimərlik, arxiv şəkli

Bəla gələndə tək gəlmir: Payızı gözləyək, vəziyyət bir az da pisləşə bilər

279
Psixoloq bildirir ki, karantin qaydalarının davam etməsi, yeni vərdişlərin formalaşması insanlarda müəyyən narahatlıqlar yaradıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Hər il mövsümi olaraq payız aylarında insanlar müəyyən depressiya yaşayırlar. Mütəxəssislər bunu “payız depressiyası” adlandırırlar. Kimdəsə bu depressiya özünü daha sərt, kimdəsə daha yumşaq formada biruzə verir.

Bu ilin payızında isə depressiyanın daha kəskin olacağı proqnozlaşdırılır. Bunun da əsas səbəbi məhz sərt karantin qaydaları, insanları yayda belə, dincəlmədən evdə keçirməsi, qayğılarının daha da artması ilə izah olunur.

Mövcud pandemiya şəraitinin payızda depressiyaya səbəb olmaması nə edilməlidir?

Psixoloq Elnur Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, daha çox payızda karantin rejiminin hansı formada davam etməsindən asılı olacaq: "Ona görə də hələlik bununla bağlı proqnoz vermək, payızda depressiya artacaq demək tələskənlik olardı. Çünki sentyabrda dərslərin açılması, bundan sonra iş yerlərinin də qismən bərpası insanların əhval-ruhiyyəsinə müsbət təsir göstərə bilər. Buna görə də, düşünürəm ki, biz hələlik payıza yox, bu günə hazırlaşsaq daha yaxşı nəticələr əldə etmiş olarıq. Yəni, karantin qaydalarına əməl etsək, qaydaları pozmasaq, maska taxıb sosial məsafəni gözləsək, gigiyenik qaydalara əməl etsək, bütün bunlar da karantin rejiminin yumşalmasına köklənə bilər".

"Biz bu il nə yazı, nə də yayı normal hiss etdik. Lakin mövcud vəziyyət payızda da davam edərsə, bu bir çox psixoloji problemlərin yaranmasına rəvac verə bilər. Psixoloji problem dedikdə, yalnız depressiya nəzərdə tutulmamalıdır. Bura təşviş, aqressiya və bir çox psixoloji problemləri də əlavə edə bilərik. Karantin qaydalarının davam etməsi, yeni vərdişlərin formalaşması onsuz da insanlarda müəyyən narahatlıqlar yaradıb. Çünki ötən ilin yayı ilə bu ilin yayını müqayisə etdikdə həyatımızda nə qədər dəyişikliklərin olduğunu görə bilərik. Ötən il insanların hamısı dincəlmək üçün harasa üz tutmasalar da,  ən azı istədikləri vaxtda evdən çıxa bilirdilər. İnsanlar rahatlıqla həyətə düşə, parka gedə bilirdilər. İnsanların bir azadlıqları var idi, bu gün isə o azadlıq məhdudlaşdırılıb", - deyə psixoloq əlavə edib.

O bildirib ki, insanlar asanlıqla yeni davranış modelinə uyğunlaşmış olsaydılar, bəlkə də karantin qaydaları bu qədər sərt olmazdı: "Bir toplum olaraq yeni davranış modelini bu rejimdə qəbul etməkdə çətinlik çəkdik. Çünki biz əl verib görüşməyə, sosial məsafə gözləməməyə öyrəşmişdik. Düşünürəm ki, bu gün hökumət payızdan daha çox bu günə köklənib yoluxanların sayının azalması, sağalanların sayının artmasına nail olmağı hədəfləyib. Yəni, bu gün hökumət payızdan daha əvvəl iyul və avqustda vəziyyəti nəzarətə almağı hədəfləyib".

279