Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 12 sentyabr — Sputnik. Paytaxtda keçiriləcək bal yarmarkasında satışa çıxarılacaq bütün bal bankaları xüsusi barkod nömrələr ilə işarələnəcək. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov məlumat verib. O, bildirib ki, yarmarkadan bal alan istehlakçılar həmin nömrələri daha sonra https://kenddenshehere.az/ saytına daxil edərək bu məhsulun kimə məxsus olduğu, hansı kənddən hansı şəhərdən gətirildiyini öyrənə biləcəklər. Onun sözlərinə görə, əgər məhsulun keyfiyyətində şübhələr yaranarsa bu zaman oktyabrın 19-dək həmin məhsullar xüsusi ayrılmış yerdə saxlanılacaq, yalnız yarmarka bitdikdən sonra məhsul arıçılara geri qaytarılacaq. B.Həsrətov bildirib ki, artıq bal yarmarkasına qeydiyyat da başlayıb və ilk dəfə olaraq qeydiyyat prosesi onlayn həyata keçirilir. Bu gündən etibarən qeydiyyatı təsdiqlənmiş arıçılara SMS-bildirişlər göndəriləcək və məhsullarını nə vaxt gətirəcəkləri barədə məlumat veriləcək.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası sentyabrın 28-dən başlayaraq oktyabrın 18-dək davam edəcək.
BAKI, 16 aprel — Sputnik. Xatirə İslam və həyat yoldaşı COVID-19-a yoluxub.
Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, müğənni ilə bərabər onun həyat yoldaşı Fəxrəddin Musazadə ötən gecə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Onlara təcili yardım göstərilib, lazımi dərmanlar verilib, gecə hər ikisi oksigen aparatı ilə təmin olunub.
BAKI, 16 aprel — Sputnik. "Keçən ilin mart ayından bu ilin martına qədər ölkədə 77 milyon 600 min tibbi maska satılıb".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, ölkə əhalisinin 10 yaşa qədər olan vətəndaşların maska taxmadığı nəzərə alınsa, təqribən, 8,5 milyon əhali il ərzində maska taxmalı idi:
"Tibbi maskaları hər 2-3 saatdan bir dəyişmək lazım olduğu deyilir, ölkədə 1 il ərzində hər vətəndaş gün ərzində, ən azı, 3 maska dəyişməli idi. Deməli, gün ərzində 8,5*3= 25,5 milyon ədəd, ay ərzində 765 milyon ədəd, il ərzində isə 9 mliyard 180 milyon ədəd maska istifadə edilməli idi. Bizdə 1 ilə 77,6 milyon maska satılıb, ilə 1 nəfərə 9 maska düşür.
Deməli, orta statistik vətəndaş 40 günə 1 maska istifadə edib - bu, bilirsiz, nə deməkdir?! Maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır".
Ekspertin sözlərinə görə, əhaliyə pulsuz maska paylanılmalıdır ki, qapalı məkanlarda, nəqliyyatda maska taxmaq həm zəruri, həm də sağlamlıq üçün təhlükəsiz olsun: "Hər vətəndaşa, heç olmasa, aya 10 maska pulsuz verilməlidir. Camaat polisin, cərimənin qorxusundan və pulsuzluqdan 1 maskanı 40 gün taxır. Bu, zülmdür, gələcək böyük sağlamlıq problemlərinin təməlidir. Açıq havada maska taxmaq tələbi ləğv edilməlidir. Yazıqdır bu millət".