CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azəristilik abonentlərə xəbərdarlıq edir

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidRadiator, arxiv şəkli
Radiator, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Binaların ümumi istifadə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərinin qarşısının alınması üçün müəyyən işlər görülməlidir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. "Payız-qış mövsümünün yaxınlaşması ilə əlaqadar istehlakçılar tərəfindən də yaşayış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməlidir". 

Nabranda payız - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Qızıl" ayın "narahat" havası: bütün rayonlar üzrə proqnoz açıqlandı
Bu barədə Sputnik Azərbaycan-a "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev danışıb.

O qeyd edib ki, binaların ümumi istifadə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərinin qarşısının alınması üçün müəyyən işlər görülməlidir: "Binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabiliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır".

Xəbər lenti
0