Yorğunluq, arxiv şəkli

Gəzməyə Azərbaycan, "ölməyə" ofis yaxşı - yorğunlar ordusu başına çarə qılsın?

667
(Yenilənib 23:00 11.09.2019)
Ən kiçik çatışmazlıq belə gözünüzdə böyüyürsə, istirahət etsəniz belə, rahatlaşa bilmirsinizsə, burada bir, özü də böyük "əmma" var - siz "tükənmişlik" sindromundan əziyyət çəkirsiniz

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Bir müddət əvvəl Sputnik Azərbaycan məzuniyyətlə bağlı sorğu keçirib. Sorğuda iştirak edən respondentlərin 28,5 faizi məzuniyyətə çıxa bilmədiyini, 18,3 faizi məzuniyyətini Azərbaycanın rayonlarında keçirdiyini qeyd edib.

Bu isə o deməkdir ki, insanların çox hissəsi məzuniyyətsiz işləyəcək və bəzilərinin də imkanı ancaq Azərbaycanda istirahət etməyə çatıb. Sputnik Azərbaycan bu məsələləri aydınlaşdırmağa çalışıb.

Turizm eksperti, Azərbaycan Turizm Assosiasiyasının sədr müavini Müzəffər Ağakərimov əksəriyyətin məzuniyyətini ölkənin rayonlarında keçirməsini son illərdə daxili turizmin keyfiyyətinin artması ilə əlaqələndirib.

Ekspertin fikrincə, məhz bu səbəbdən Azərbaycan vətəndaşları daha çox ölkəmizdə istirahət etməyə üstünlük veriblər.

"Bu onunla əlaqədardır ki, Azərbaycanın özü sabit bir ölkədir. Dünyada baş verən, cərəyan edən hadisələr burada birbaşa rol oynayır", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, ötən illə müqayisədə turizm bölgələrində qiymətlərdə də ucuzlaşma müşahidə edilib. Avropa ölkələrində qiymətlərin baha olduğunu qeyd edən M. Ağakərimov vurğulayıb ki, vətəndaşların Azərbaycanın bölgələrinə üstünlük verməsində əsas səbəblərdən biri də qiymətlərin münasib olmasıdır.

"Azərbaycanın müxtəlif regionlarında qiymətlər müxtəlifdir. Ən münasib qiymətlər şimal-şərq zonasında, yəni Şabran, Quba-Qusar, Xaçmaz zonasındadır. Cənub zonası və Şamaxıda qiymətlər bir qədər bahadır. Şamaxıda, İsmayıllı, Qəbələ, Oğuz rayonları daxil olmaqla qiymətlər bir az yüksəkdir", - deyə o əlavə edib.

Turizm eksperti bildirib ki, bölgələrdə 2-3 ulduzlu otellərin yaranmasına ehtiyac var. Belə olan təqdirdə aztəminatlı insanlar da öz ölkələrində istirahət edə bilərlər: "Biz inanırıq ki, Azərbaycanda daxili turizm inkişaf etdikcə Azərbaycanın büdcəsinə də gəlir gətirəcək. Daxili turizm hər zaman ölkələrin büdcəsinə gəlir gətirib".

Bəs məzuniyyətə çıxmadan işləmək olarmı? Belə işin keyfiyyəti necə olacaq?

Psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məzuniyyətə çıxmaq təkcə bədənin dincəlməsi üçün deyil, ruhun sakitləşməsi, rahatlanması üçün də əsas şərtdir. Məzuniyyətə çıxmadan, işləməyə fasilə vermədən işləmək insanlarda tükənmişlik sindromu yarada bilər: "Tükənmişlik sindromu mənəvi və fiziki tükənmə, fərdi uğurun azalması və laqeydləşmə olaraq 3 yerə bölünür. Tükənmişlik yaşayan insanda fiziki və ruhi çökmə sezilir. Onun gördüyü işə və özünə qarşı istəyi, həvəsi itir, şübhəkar bir insana çevrilir".

Psixoloq qeyd edir ki, tükənmişlik sindromu 4 mərəhələdə baş verir.

Birinci mərhələdə şəxs ağır iş yükü, həddən artıq streslə mübarizə aparmağa çalışır. Bir müddət sonra işi şəxsi ehtiyaclarını üstələyir və şəxs öz ehtiyaclarına önəm vermədən yaşamağa çalışır.

İkinci mərhələdə yorğunluq xronikiləşir. Yuxusuzluq, baş ağrıları başlayır. Fiziki və mənəvi tükənmə başlayır.

Üçüncü mərhələdə isə işə qarşı laqeydlik, marağın olmaması, özünü işə aid etməmə hissləri yaranır. İnsanlara qarşı aqressiv davranışlar işin keyfiyyətini aşağı salır.

Sonuncu mərhələdə əzələ ağrıları, başgicəllənmə, yuxu problemləri, həddən artıq yorğunluq, çarəsizlik, nifrət və s. psixoloji problemlər müşahidə edilməyə başlayır.

Yorğunluq ağırlaşır. Ən kiçik çatışmazlıq belə gözdə böyüyür. Şəxs istirahət etsə belə, rahatlaşa bilmir.

Zamanla bu çatışmazlıqlar xronikiləşir və mənəvi tükənməyə səbəb olur.

Mənəvi tükənmə yaşayan insan özünün və yaxınlarının problemlərini həll edə bilmir və insanlarla münasibətini minimuma endirir.

"Bəzi sualları özünüzə verərək, tükənmişlik sindromu yaşayıb-yaşamadığınızı müəyyən edə bilərsiniz. Məsələn, "İşinizə görə mənəvi olaraq tükəndiyinizi hiss edirsinizmi?", "Səhərlər oyanan zaman yeni günə başlamaq üçün enerjinizin olmadığını və yorğun olduğunuzu hiss edirsinizmi?", "İşinizə həvəsiniz azalıbmı?" Bu suallara cavabınız müsbətdirsə, deməli, artıq tükənmişlik sindromu yaşayırsınız", - deyə psixoloq əlavə edib.

Tükənmişlik sindromu həddən artıq yorğunluq, depressiya, alkoqolizm, ürək xəstəlikləri, piylənmə, immun sisteminin çökməsi və s. kimi ciddi problemlərə səbəb ola bilər. F. Mehmanqızı vurğulayıb ki, bu problemlə qarşılaşmamaq üçün işə heç olmasa 1-2 gün fasilə verib, istirahət etmək lazımdır: "Tətil üçün çox pul xərcləməyə ehtiyac yoxdur. Sadəcə 1-2 gün işə fasilə verin. Həyatınızı dəyişdirin. Unutmayın, həyat qısadır".

Xatırladaq ki, Sputnik Azərbaycan-ın "Məzuniyyətinizi harada keçirirsiniz?" məzmunlu sorğusunda iştirakçılar cavab variantlarını bu nisbətdə seçmişdilər: 1. Evdə və ya bağda - 21.8%; 2. Xəzərin sahilində - 2.7%; 3. Azərbaycanın rayonlarında - 18.2%; 4. Gürcüstanda - 3.6%; 5. Türkiyədə - 10.9%; 6. Avropada - 4.5%; 7. Ekzotik ölkələrdə - 1.8%; 8. Bu il məzuniyyətə çıxa bilmirəm - 29.2%; 9. Mən elə il boyu məzuniyyətdəyəm - 7.3%.

Yeni sorğumuz isə məktəbə hazırlıqla bağlıdır. Fikrinizi bildirməyə dəvət edirik.

667
Teqlər:
ofis, əmək məzuniyyəti, məzuniyyət, yorğun, , istirahət, bölgələr, Azərbaycan, turizm
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (45)
Əlaqədar
Seçki komissiyalarının onlarla üzvü çox işləməkdən öldü
Döş xərçəngi, diabet və işemiyanın ilkin səbəbi açıqlandı - ofis işçiləri üçün xəbərdarlıq
Dəyirman öz işində, çax-çax baş ağrıdır: Dərs ili məsələsi yenə gündəmə qayıdıb
Azərbaycanı turizm sahəsində aparıcı ölkələrdən birinə çevirmək olar
Qarpız satışı, arxiv şəkli

Dünyanın ən böyük giləmeyvəsi: Qarpız kəsdim, yeyən yox...

14
(Yenilənib 19:33 11.07.2020)
Qarpızdan zəhərlənməmək üçün onu alanda diqqətlə seçmək lazımdır. Seçim isə heç də düşünüldüyü qədər çətin deyil

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Bir tərəfdən yayın istisi və koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi, digər tərəfdən istirahət arzuları… Bu il insanların rayonlara səfər etmək, təbiət qoynuna çəkilərək dincəlmək, sərinləmək arzuları puç oldu. Bakı sakinləri heç “qulaqlarının dibində olan” dənizdə də suya baş vurub sərinləyə bilmirlər.

Yeganə yol isə bazardan, mağazadan, nəhayət, yol kənarından qarpız alıb sərinləməkdir. Amma bəzən bu arzumuz da ürəyimiz də qala bilir.

© Sputnik / Irade JELIL
Qarpız satışı

Bəzən, xüsusən də qarpızın yetişməyə başladığı ilk vaxtlar aldığımız bu giləmeyvə dadsız və ağ çıxır. Yaxud, qarpız alıb, bəh-bəhlə yeyirik, heç iki saat keçmir ki, gözümüzdən gəlir, zəhərlənirik.

Çünki yaxşı qarpız seçməyin də öz yolları var. Sputnik Azərbaycan xəbər verir ki, bu gün mağazalarla yanaşı yol kənarlarında da qarpız-yemiş satılır. Qiymətlər müxtəlif olsa da, satıcılar alıcı qıtlığı yaşamırlar. Onların dediklərinə görə, pandemiya bağlı çox adam evdə olduğu üçün meyvə-tərəvəzə də tələbat artıb.

Satıcı Qabil Səlimov deyir ki, qarpız alarkən əvvəlcə saplağına fikir vermək lazımdır. Yaxşı qarpızın saplağı quru, yəni qəhvəyi rəngdə olmalıdır. Qarpızın üzərində xəfif ağarma olmalıdır. Üzərində ağarma hiss edilən qarpış yetişmiş qarpızdır. Qarpızın üzərində olan yaşıl xətlərin rəngi açıqdırsa qarpız yetişmiş hesab edilir.

Satıcı deyir ki, uzun və oval formada olan qarpızlar sulu, dairəvi və balaca olan qarpızlar isə şirin olur: "Çox zaman yanlışlıqla deyirlər ki, yekə qarpızlar sulu və şirin olur. Bu belə deyil. Yaxşı qarpız ağır olmalıdır. Yüngül qarpız içini yemiş qarpızdır".

© Sputnik / Irade JELIL
Qarpız satışı

Həzm prosesini rahatlaşdıran, bağırsaq problemlərini aradan qaldıran və güclü sidikqovucu xüsusiyyətə malik olan qarpız bəzən zəhərlənməyə də səbəb ola bilər. Buna səbəb isə yetişdirilərkən azotlu gübrələrin səhv formada istifadəsi ola bilər. Bu zaman qarpızda nitratın səviyyəsi artır. Nitratın çox olması isə insan orqanizmi üçün zərərlidir və zəhərlənməyə səbəb ola bilər.

Qarpızın qabığa yaxın hissəsi çox sarıdırsa, deməli qarpızın tərkibində nitrat çoxdur. Belə qarpız zəhərlənməyə səbəb ola bilər. İçində böyük boşluğu olan qarpız da sağlamlıq üçün təhlükəlidir.

Qarpız yetişdirənlər qeyd edirlər ki, giləmeyvəni kəsən kimi yemək olmaz. Əvvəlcə kiçik bir parçasını suya salmaq lazımdır. Əgər suyun rəngi çəhrayı rəngə boyanırsa, bu qarpızın tərkibində nitratın çox olmasının əlamətidir.

Terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qarpız yedikdən 2 saat sonra ürək bulanma, qusma, ishal, baş gicəllənmə, mədə sancıları, hərarətin artması və s. əlamətlər müşahidə edilirsə, dərhal həkimə müraciət etmək lazımdır.

© Sputnik / Irade JELIL
Qarpız satışı

"Qarpız zəhərlənməsi zamanı ağırlaşmalar müşahidə edilə bilər. Çünki qarpızın tərkibində olan nitritlər hemoqlobinin yerinə keçir. Bu zaman oksigen çatışmazlığı fonunda hipoksiya meydana gələ bilər. Hipoksiya zamanı dərinin rəngində göyərmə və solğunlaşma, baş gicəllənməsi və halsızlıq, bədən hərarətinin azalması, nəbzin sürətinin azalması və s. əlamətlər müşahidə edilir. Nitritlər təkcə hüceyrələrin oksigen təminatını azaltmır, eyni zamanda damarları genişlədərək, hipoksiyanı ağırlaşdırır" – deyə həkim bildirib.

© Sputnik / Irade JELIL
Qarpız satışı

Onun sözlərinə görə, göz ağının saralması, qaraciyərə dəyən xəsarətlər qarpız zəhərlənməsinin ən ağır fəsadlarındandır. Qarpız yedikdən sonra ağızda acılıq yaranırsa, bu qaraciyərin zərər görməsinə işarədir.

Qarpızdan zəhərlənməmək üçün seçim zamanı diqqətli olmaq lazımdır. Çünki bəzən qarpız zəhərlənməsi ölümlə də nəticələnə bilər.

14
Siqaret, arxiv şəkli

ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək

2
(Yenilənib 01:39 12.07.2020)
  Müraciət edən şəxslərə müxtəlif terapiya imkanları təqdim ediləcək, xüsusi mobil tətbiq vasitəsilə məsləhət və tövsiyələr veriləcək

BAKI, 12 iyul — Sputnik.  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 xəstəliyinin nikotin istifadəçiləri üçün ağır fəsadlarını nəzərə alaraq, nikotin asılılığına qarşı kampaniyaya start verib. Sputnik Azərbaycan-ın məlumatına görə, kampaniyanın məqsədi dünyada ümumi sayı 1,3 milyard nəfərə çatan nikotin istifadəçilərini bu vərdişdən əl çəkməyə, eləcə də terapiya imkanlarından yararlanmağa sövq etməkdir.

ÜST-nin Baş direktoru Tedros Qebreyesus bildirib ki, koronavirus pandemiyası siqaretdən əl çəkmək üçün əsl fürsət rolunu oynaya bilər. Statistik araşdırmalara görə, siqaret çəkənlərin 60 faizi bu vərdişi tərgitmək arzusundadır və beynəlxalq qurum onları bu istiqamətdə dəstəkləyəcək. Müraciət edən şəxslərə müxtəlif terapiya imkanları təqdim ediləcək, xüsusi mobil tətbiq vasitəsilə məsləhət və tövsiyələr veriləcək.

Kampaniyaya İordaniyada start veriləcək və yaxın aylarda dünyanın digər ölkələrində də təqdim ediləcək. İordaniya gənclər arasında nikotin aludəçilərinin həddən çox olmasına görə seçilib.

2
Mövzu:
Dünyanı cənginə almış bəla

Həftənin fotosu: Qızıl maska, küçədə balet ABŞ-da rodeo

0
(Yenilənib 22:24 11.07.2020)
Sputnik Azərbaycan dünya agentliklərinin müxbirləri tərəfindən çəkilən ən parlaq və emosional fotoları oxucuların diqqətinə təqdim edir

Arxada qoyduğumuz həftə bir sıra hadisələrlə yadda qaldı. Serbiyanın paytaxtı Belqradda koronavirus səbəbindən məhdudiyyətlər tətbiq ediləndən sonra etiraz aksiyası başladı. Kommendant saatı tətbiq ediləndən sonra narazılar parlament qarşısında toplaşdılar. Etirazlat toqquşmaya çevrildi və nəticədə 60 nəfər yaralandı.

Eyni zamanda bir sıra ölkələrdə karantin rejiminin yumşaldılması və məhdudiyyətlərin aradan qaldırılması müşahidə edilir.

Yaponiyanın cənub-qərbindəki Kumamoto və Kaqosima prefekturalarında leysan yağışları səbəbindən çaylar məcrasından çıxıb, evlər və körpülər dağılıb, sürüşmə baş verib. 200 mindən çox insan evakuasiya edilib, onlarla yaralanan barədə məlumatlar gəlir.

Dünyanın ötən həftə hansı hadisələrlə yaşadığını bir daha yada salmaq üçün ən müxtəlif yerlərdə çəkilən fotolara baxmağı təklif edirik. Dünya agentliklərinin müxbirləri tərəfindən çəkilən ən parlaq və emosional fotoları Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

0
  • © AFP 2020 / Vincenzo Pinto

    Həftənin fotosu

  • © REUTERS / Kyodo

    Həftənin fotosu

  • © AFP 2020 / Dibyangshu Sarkar

    Həftənin fotosu

  • © AFP 2020 / Stringer

    Həftənin fotosu

  • © REUTERS / Jon Nazca

    Həftənin fotosu

  • © REUTERS / Stringer

    Həftənin fotosu

  • © AFP 2020 / Benson Ibeabuchi

    Həftənin fotosu

  • © AP Photo / Andre Penner

    Həftənin fotosu

  • © Sputnik / Ilya Naymushin

    Həftənin fotosu

  • © Sputnik / Konstantin Mihalchevskiy

    Həftənin fotosu

  • © AFP 2020 / Timothy Ivy

    Həftənin fotosu

  • © Sputnik / Artur Lebedev

    Həftənin fotosu

  • © REUTERS / Toby Melville

    Həftənin fotosu

  • © REUTERS / Rebecca Naden

    Həftənin fotosu

  • © REUTERS / Lee Smith

    Həftənin fotosu

  • © AP Photo / Evan Vucci

    Həftənin fotosu

  • © REUTERS / Dinuka Liyanawatte

    Həftənin fotosu

  • © Sputnik / Evgeny Odinokov

    Həftənin fotosu

  • © REUTERS / Antara Foto Agency/Zabur Karuru

    Həftənin fotosu

  • © Sputnik / Evgeny Biyatov

    Həftənin fotosu

  • © Sputnik / Maksim Blinov

    Həftənin fotosu

  • © Sputnik / Zenit Football Club

    Həftənin fotosu

  • © AFP 2020 / Sam Yeh

    Həftənin fotosu

  • © Sputnik /

    Həftənin fotosu

  • © Sputnik / Viktor Drachev

    Həftənin fotosu