Fransanın Nant şəhərindəki Qarabağ Azərbaycan məktəbi

Fransadakı "Qarabağ" Azərbaycan məktəbi genişlənir

24
(Yenilənib 16:55 09.09.2019)
Fransanın Nant şəhərindəki "Qarabağ" Azərbaycan məktəbi Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən il açılıb

BAKI, 9 sentyabr — Sputnik. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Fransanın Nant şəhərinə səfər edib və yeni dərs ilinin başlanması ilə əlaqədar buradakı "Qarabağ" Azərbaycan məktəbinin kollektivi ilə görüş keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Fuad Muradov və digər qonaqlar məktəbin fəaliyyəti və kollektivin qayğıları ilə maraqlanıb, yeni dərs ilində onlara uğurlar arzu ediblər.

Burada yaşayan onlarla soydaşımızın iştirak etdiyi görüşdə uşaqların təhsil imkanlarının artırılması, məktəbin tədris vəsaitlərilə tam təmin olunması və soydaşlarımızın asudə vaxtlarının səmərəli təşkilinin yaxşılaşdırılması ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

"Qarabağ" Azərbaycan məktəbinin nümunəvi fəaliyyətinin rəğbətlə qarşılandığı qeyd olunub və məktəbə marağın həddindən artıq olması nəzərə alınaraq, fəaliyyətinin genişləndirilməsi məsələsi müzakirə olunub.

Qeyd edək ki, Fransanın Nant şəhərindəki "Qarabağ" Azərbaycan məktəbi Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən il açılıb.

Məktəbdə keçirilən görüşdə Azərbaycanın Fransadakı səfirliyinin nümayəndəsi də iştirak edib.

24
Səhiyyə naziri Oqtay Şirəliyev

Peyvənd olunmuş nazirdən jurnalistlərə təklif

6
Şirəliyev: !"Bu gündən vaksinasiya başlayır. Jurnalistləri də vaksinasiyaya qoşulmağa dəvət edirik".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. "Azərbaycan ən müasir, zəngin ölkələrin siyahısındadır ki, vaksinasiyaya başlanılıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə naziri Oqtay Şirəliyev deyib.

O bildirib ki, bəzi ölkələrdə ilin sonuna, bəlkə də gələn ilə vaksinasiya planlaşdırılır: "Mütəxəssislər qərara gəliblər ki, Azərbaycan üçün ən yaxşı vaksin "Sinovac" şirkətinin vaksinidir. Bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Heç bir yerdə fəsadı olmayıb. Qardaş Türkiyədə də bu vaksindən istifadə olunur. Həmçinin kifayət qədər effektlidir. Hər vaksinasiyadan sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər. Bunlar nəzərə alınaraq, seçim olundu. Bu gündən vaksinasiya başlayır. Jurnalistləri də vaksinasiyaya qoşulmağa dəvət edirik".

6
Bakıda sulu qar, arxiv şəkli

Hava dəyişəcək, çovğun olacaq

4
(Yenilənib 11:58 18.01.2021)
Yanvarın 20-21-də çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

BAKI, 18 yanvar — Sputnik. Yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yanvarın 20-si axşamdan 21-i gündüzədək çovğun olacağı, 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur.

Yanvarın 18-i gündüzdən Azərbaycanın qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Yanvarın 20-21-də çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

4