Yeməkxana, arxiv şəkli

Yemək üçün "işıqfor" - məktəblərdə yeni sistem tətbiq olunacaq

535
(Yenilənib 15:50 09.09.2019)
"İl yarım ərzində aparılan monitorinqlərin nəticəsində müəyyən olunub ki, ilkin istehsal müəssisələrində qida təhlükəsizliyi daha çox gözlənir, bundan fərqli olaraq ictimai iaşə yerlərində qida təhlükəsizliyi isə daha çox pozulur"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 sentyabr — Sputnik. "Trans yağların faizinin yüksək olması insan orqanizmi üçün təhlükəlidir. Təşəbbüsümüz ondan ibarətdir ki, Azərbaycana idxal olunacaq və istehlak olunacaq yağlarda trans yağların faiz və miqdarı iki faizi ötməməlidir. Buna nail olduqdan sonra isə idxal və istehsal zamanı bu göstəricinin 2 faizdən yuxarı olmamasına nəzarət olacaq".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib. O, bağça və məktəblərdə də qidalanma məsələsinə toxunub: "AQTA tərəfindən 500-dən artıq uşaq bağçasında monitorinqlər keçirilib. Bu barədə yaxın zamanlarda ətraflı məlumat verəcəyik. Bundan başqa, qeyd edim ki, cari ildə də Təhsil Nazirliyi ilə birgə məktəblərdə qidalanma məsələsinə nəzarət edəcəyik".

Q.Təhməzlinin sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən qida rasionunun hazırlanması ilə bağlı təklif hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub: "Səhiyyə Nazirliyi tərəfindən təklif olunan qida rasionunda məktəbəqədər müəssisələrdə və orta məktəblərdə yeniyetmə yaşına qədər olan uşaqların qidalanmasının necə olması qeyd edilib. Təklif Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra biz həmin qidaların nə qədər təhlükəsiz olduğuna baxacağıq".

AQTA sədri eyni zamanda qeyd edib ki, tövsiyə üçün yaşıl, sarı və qırmızı vərəqələr hazırlamışıq, bunları daha sonra ictimaiyyətə açıqlayacağıq: "Yaşıl vərəqələrdə məktəbəqədər müəssisələrdə və orta məktəblərdə uşaqlara hansı qidalara tamamilə icazə verilməli olduğu qeyd edilib. Sarı vərəqələrdə əksini tapan qidalar diqqətli olmağı tələb edən qidalardır. Qırmızı vərəqələrdəki qidalar isə uşaqların qida rasionundan tamamilə çıxarılmalıdır. Bu vərəqələrdə qeyd olunanlar Qida Təhlükəsizliyi Agentliyinin mövqeyidir".

O, bildirib ki, il yarım ərzində aparılan monitorinqlərin nəticəsində müəyyən olunub ki, ilkin istehsal müəssisələrində qida təhlükəsizliyi daha çox gözlənir, bundan fərqli olaraq ictimai iaşə yerlərində qida təhlükəsizliyi isə daha çox pozulur. Onun sözlərinə görə, qeydə alınan zəhərlənmə faktlarının 95 faizində insanlar bir sıra normalara, şəxsi gigiyena amillərinə əməl etmirlər və bu səbəbdən də həmin qida onlar üçün təhlükəli məhsula çevrilir: "Qida təhlükəsizliyi mürəkkəb bir məsələdir.

 Qida istənilən mərhələdə təhlükəli məhsula çevrilə bilər. Yəni tarladan süfrəyədək bütün risklər aradan qaldırılmalıdır. Qida təhlükəsizliyi məsələsi təkcə qidanın öz tərkibi deyil, həmçinin də qidanın hazırlanma prosedurunda iştirak edən şəxslərin də gigiyenik amillərə əməl etməsi deməkdir. Bundan başqa, heyvan, bitki sağlamlığına da nail olunmalıdır. Bu maariflənmə işlərinə dəstək olaraq KİV-i də bizimlə əməkdaşlığa dəvət edirəm".

"Biz 7 illik bir dövlət proqramı qəbul etmişik. Bu dövlət proqramında iri qida müəssisələrində 90, orta ölüçülü qida müəssisələrinin isə 50 faizində qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğunlaşmasına nail olacağıq. Daha sonra isə kiçik sahibkarlıq subyketlərində də buna nail olmağa çalışacağıq", - deyə o əlavə edib.

Q.Təhməzli qida təhlükəsizliyi üçün ciddi ictimai nəzarətin, beynəlxalq standartların tətbiqinin vacibliyini vurğulayıb.

535
Teqlər:
Qida Təhlükəsizliyi Agentliyi, təhlükəsizlik, məktəbli, məktəb, qida
Əlaqədar
"Fast food" yeyən gənc kor və kar qaldı
Mövsümü gəldi: Balıqdan zəhərlənməmək üçün bunlara nəzər yetirin
Hamilələrdə qanazlığı problemini həll etmək üçün ən ucuz üsul təklif edildi
Nazirlikdən sərt qərar: daha əsl bal üçün dağa-daşa dırmanmağa gərək yoxdur
COVİD-19 xəstəsi, arxiv şəkli

Anticisimdən başqa heç kömək etmir Rusiyalı həkimdən qəti mövqe

55
(Yenilənib 22:46 08.08.2020)
Bir müddət əvvəl KİV-də şərabın, kakaonun, müxtəlif paxlakimilərin tərkibində olan ACE2 fermentinin yüksək konsentrasiyasının koronaviruslu xəstələrin vəziyyətini yüngülləşdirə biləcəyinə dair məlumatlar yayılıb

BAKI, 8 avqust — Sputnik. Koronavirus xəstəsinin vəziyyətini hazırda yalnız anticisimlər yüngülləşdirə bilər, onları isə yalnız damar daxilinə yeridirlər, qalanı isə ölüyə dərman vermək kimidir. Bu sözləri RİA Novosti-yə Qamaleya adına Rusiya Milli tədqiqat mərkəzinin direktoru Aleksandr Ginsburq deyib.

Bir müddət əvvəl KİV-də şərabın, kakaonun, müxtəlif paxlakimilərin tərkibində olan ACE2 fermentinin yüksək konsentrasiyasının koronaviruslu xəstələrin vəziyyətini yüngülləşdirə biləcəyinə dair məlumatlar yayılıb.

"Sizə düzünü deyə bilərəm ki, xəstənin vəziyyətini hazırda yalnız bu virus növünə qarşı olan anticisimlər yaxşılaşdıra bilər, başqa heç nə. Qalan şeylər isə, çox üzr istəyirəm, ölüyə dərman vermək kimidir", - Ginsburq deyib.

Onun sözlərinə görə, peyvənd profilaktik, anticisim isə terapevtik, yəni, insan xəstələndikdən sonra təsir göstərir.

"Yəni, əgər insan xəstələnibsə, dediyiniz kimi, hansısa qoz və araxis yemək əvəzinə, ona virusu bloklamaq üçün hazır anticisim vurmaq lazımdır", - Ginsburq əlavə edib.

O anticismin damar daxilinə, sistem vasitəsilə yeridildiyini də bildirib.

55
Teqlər:
Rusiya, dünya, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirusun daha bir qeyri-adi simptomu üzə çıxıb
Bizimkilər qərar verərkən bu rəqəmlərə mütləq baxırlar
Azərbaycanda COVID-19-a yoluxanların sayı xeyli azaldı
O gün yetişir! Rusiyada ilk koronavirus peyvəndi qeydiyyatdan keçəcək
COVID-19-dan ölüm riskini artıran gözlənilməz amil açıqlanıb
İtaliya futbolunun əfsanələri: Paolo Maldini, Andrea Pirlo və Canluici Buffon

Baş məşqçi getdi, yaşasın yenisi! “Yuve” Sarriyə əvəz tapdı

18
(Yenilənib 22:33 08.08.2020)
Bundan öncə bildirilirdi ki, “Yuve” Maurusio Poçettino (eks-“Tottenhem”), Simone İndzagi (“Lasio”) və Pep Qvardiolanın (“Mançester Siti”) namizədliyini gözdən keçirir

BAKI, 8 avqust — Sputnik. Mövsümün nəticələrinə görə bu gün işdən çıxarılan baş məşqçi Maurisio Sarriyə “Yuventus” əvəz tapıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, jurnalistlər Fabrisio Romano, Canluka Di Marsio və digər insayderlər bildiriblər ki, italyan klubuna onun keçmiş yarımmüdafiəçisi Andrea Pirlo rəhbərlik edəcək.

Pirlo iyulun sonunda Turin klubunun 23 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunmuşdu.

Məşqçi karyerasında bir ilk yaşayacaq Andre Pirlonu “Yuventus”un prezidenti Andrea Anyelli özü seçib.

Klub sosial şəbəkə hesabından rəsmi olaraq Pirlonun baş məşqçi təyin olunduğunu bildirib.

Bundan öncə bildirilirdi ki, “Yuve” Maurusio Poçettino (eks-“Tottenhem”), Simone İndzagi (“Lasio”) və Pep Qvardiolanın (“Mançester Siti”) namizədliyini gözdən keçirir.

Andrea Pirlo İtaliya millisinin tərkibində 2006-cı ildə dünya çempionu olub. “İnter”, “Milan” və “Yuventus” klublarındakı oyunlarıyla məşhurlaşıb. Futbolçu karyerasını 2017-ci ilin noyabrında “Nyu-York Siti”də başa vurub.

Bildirək ki, dünən Çempionlar Liqasının 1/8 finalında “Yuventus” “Lion”a iki oyunun nəticələrinə görə (0:1, 2:1) uduzaraq yarışı tərk edib. Bu mövsüm İtaliya çempionu olmasına rəğmən klubun baş məşqçisi Maurisio Sarri bu gün vəzifəsindən azad edilib. O, “Yuve”yə 2019-cu ildə Massimilano Alleqrinin əvəzinə gəlmişdi.

18
Əlaqədar
Əfsanə futboldan getdi
Hamısı italyan olacaq - Millimizin məşqçisi qərarını verdi
“Real”ın keşmiş ulduzu Azərbaycana gəlməkdən imtina edib
Daha bir futbol fırıldağı? FİFA prezidentinə qarşı cinayət işi başlanıb
Bir də futboldan görək: Millimizin baş məşqçisindən daha bir jest
Gürcüstanda əhatəyə alınmış cinayət yeri, arxiv şəkli

Gürcüstanda atışma: evləri oteli yandırdılar, ölən var

0
(Yenilənib 01:18 09.08.2020)
Hadisəyə səbəb Kulikam kəndində 27 yaşlı kişinin qətli olub. Onun qohumları qisas almaq qərarına gəliblər: şəhərdə qarşıdurma və dava başlayıb. Bir nəfər güllə yarası alıb

BAKI, 9 avqust — Sputnik. Gürcüstanın cənubunda Axalkalaki şəhərində (Samsxe-Cavahetiya bölgəsi) gənclərin davası nəticəsində bir nəfər ölüb, bir neçə ev və otel yandırılıb.

Sputnik Gürcüstan xəbər verir ki, vəziyyəti nəzarətə götürmək üçün polisi səfərbər etmək lazım olub. 

Hadisəyə səbəb Kulikam kəndində 27 yaşlı kişinin qətli olub. Onun qohumları qisas almaq qərarına gəliblər: şəhərdə qarşıdurma və dava başlayıb. Bir nəfər güllələnib.

“Axalkalaki rayonunda kriminal hadisə olub, adam ölüb. Bundan sonra kəndlilər şəhərdə toplaşıblar və daha bir kriminal hadisə baş verib. Hadisə yerinə əlavə polis qüvvələri gəlib. Şəhərdə vəziyyətə tamamilə nəzarət olunur. Gərginlik davam edir, amma əlavə polis qüvvələri vəziyyəti nəzarətə götürüblər”, - Samsxe-Cavahetiyanın qubernatoru Besik Amiranaşvili deyib.

Hadisə ilə bağlı Axalkalakidə “qəsdən adamöldürmə” maddəsi ilə cinayət işi açılıb.

 

0