CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülər bu yollarda diqqətli olsunlar

Abunə olmaq
Yarana biləcək qısa müddətlik narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir

BAKI, 9 sentyabr — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə axşam saatlarınadək Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 14-75 km-də qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri təmir ediləcək.

Bağlanmış yol, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Diqqətli olun, sabah Bakının iki küçəsində problem yaşaya bilərsiniz

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, eyni zamanda Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 75-208 km-də (Bakı şəhəri istiqamətində), həmçinin Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Yarana biləcək qısa müddətlik narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir.

Xəbər lenti
0