Uşaqlar, arxiv şəkli

"Uşaqpulu bərpa oluna bilməz" - Mir Şahin

60
(Yenilənib 14:56 09.09.2019)
"Bu il ərzində minimum əmək haqqı və minimum pensiya məbləği kəskin artırılıb. Yəqin ki, bu məbləğ daxil olduğu mənzildə uşaq bezinə də, yaşlı protezinə də eyni dərəcədə şamil edilməlidir"

BAKI, 9 sentyabr — Sputnik. Uşaqlar üçün verilən müavinətin bərpası mövzusunda danışmaq istəyirəm. Bu müavinət bərpa oluna bilməz.

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalist Mir Şahin "Mir Şahin vaxtı" analitik proqramındakı şərhində deyib.

 Mir Şahin qeyd edib ki, bunun səbəbləri var: "Əvvəla, gəlin xatırlayaq ki, bu gün "uşaqpulu" kimi tanıdılan uşaqlar üçün müavinətlərin verilməsi niyə dayandırıldı. Bu baş verdi 2006-ci il iyun ayının 1-də. Müavinətin ləğvi ünvanlı sosial yardımın tətbiq olunması, uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə bağlıydı. Uşaq pulunun bərpasını tələb edənlər sosial yardımın da bərpa olunmasına hazır olarlarmı? Yox, əlbəttə.

İkincisi, uşaqlar üçün verilən müavinət həm də o məqsədi güdürdü ki, gənc ailələr çoxuşaqlı olmaqda maraqlı olsunlar. Bu gün o problem də yoxdur. Bu günlərdə biz 10 milyonuncu insanımızı qarşıladıq və ondan sonra doğulanlar da valideynlərinin əlində-ovcunda qalsınlar. Təbriklər! Bir başqa tərəfdən, dövlət vətəndaşının qayğısına, yəqin ki, uşaq, yeniyetmə, ahıl, qoca, daha qoca və lap qoca kimi qeyri-rəsmi prinsiplərə əsaslanaraq qalmamalıdır. Dövlət ünvanlılıq prinsipilə münasibət qurur.

Məsələn, bu il ərzində minimum əmək haqqı və minimum pensiya məbləği kəskin artırılıb. Yəqin ki, bu məbləğ daxil olduğu mənzildə uşaq bezinə də, yaşlı protezinə də eyni dərəcədə şamil edilməlidir. Burada isə məsələ pulu alan şəxsin əlində öz həllini tapmalıdır. Yoxsa belə çıxır ki, bir ailədə müəllim öz maaşını özünə, onun həkim xanımı özünə sərf etdiyi kimi, ayrıca uşaq maaşı da uşağa sərf edilməlidir. Absurd və iqtisadi diversantların zəhərli təfəkkürünə uyğun məntiq!"

Jurnalist qeyd edib ki, onsuz da dövlət əhalinin maddi rifahının yüksəlməsi üçün üzərinə böyük sosial yük götürüb və hər bir məsələni köklü şəkildə həll etmək niyyəti nümayiş etdirir. Dövlət əlavə resursları təhsilə, elmə, əhalinin sağlamlığının qorunmasına yönəltməlidir. Dövlət üçün əhali artımı deyil, daha yüksək kompetensiyalara malik vətəndaşın formalaşdırılması və bunun üçün imkanların yaradılması prioritetdir:

"Bu formada təkliflər verilərkən maliyyə yükü bir ciddi amil kimi nəzərə alınmalıdır. Hökumət bütövlükdə ailələrin sosial müdafiəsində ünvanlı sosial yardım sistemi, özünəməşğulluq proqramları kimi tədbirlərə üstünlük verir ki, bu da yekunda məsələnin köklü həllinə gətirib çıxarır".

Mir Şahin qeyd edib ki, bir az da dərinə getsək, bizdə uşaqpulunun verildiyini müşahidə edərik:

"Bayaq dedik ki, uşaqpulu dediyimiz o uşaqlar üçün müavinətlər 2006-cı ildə dayandırılıb və elə həmin ildən də ölkədə ünvanlı dövlət sosial yardım sistemi tətbiq olunur.

"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə aztəminatlı ailələrə qanunla müəyyən olunmuş müddətə aylıq sosial yardımların ödənilməsinə başlanıldı.

Bununla da aztəminatlı ailələrdəki uşaqlar daha effektiv sosial müdafiə ilə əhatə olundular. Təsadüfi deyil ki, bu gün ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələrin üzvlərinin yarıdan çoxu 18 yaşınadək uşaqlardır. Bir ailəyə düşən orta aylıq yardım məbləği isə 199,15 manat təşkil edir.

Bundan başqa, bu gün Azərbaycanda sırf uşaqların sosial müdafiəsinə yönələn 10-dan çox aylıq sosial müavinət növü var. Bunların sırasında yer alan bəzi müavinət növlərini sadalamaq yerinə düşər:

* sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara aylıq sosial müavinət;

* şəhid ailələrinin və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət;

* beşdən çox uşağı olan qadınların uşaqlarına aylıq sosial müavinət;

* müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq sosial müavinət,

* Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan olan, yaxud vəfat etmiş valideynlərin uşaqlarına aylıq sosial müavinət;

* valideyn himayəsindən məhrum olmuş uşaqlara aylıq sosial müavinət;

* aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət;

Qeyd olunanlarla yanaşı birdəfəlik müavinət də ödənilir ki, bura:

- yeni doğulan uşaqlara görə;

- Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına (ildə bir dəfə)

daxildir.

Azərbaycan dövlətinin uşaqlara yönələn sosial siyasətinin əhatəliliyini isbatlayan digər faktlar da var:

Ailə başçısını itirmiş ailələrin üzvlərinə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, onların 95 faizdən çoxu uşaqlardır.

Ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxu uşaqlardır.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər.

Sığorta olunanlara üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir.

Bu il Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi sosial paketin içərisində uşaqlara yönələn müavinətlərin artımı da yer alıb.

Belə ki, aprelin 1-dən:

* Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılıb;

* Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib;

* Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 * manatdan 55 manata çatdırılıb;

* Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata çatdırılıb;

* Uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 * manatdan 100 manata çatdırılıb;

* Ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata çatdırılıb;

* Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb".

https://www.youtube.com/watch?v=HL38z2MKrHs

60
Maliyyə hesabatı, arxiv şəkli

Məcburi dövlət sosial sığorta haqqı müvəqqəti azaldılıb

11
(Yenilənib 22:37 03.06.2020)
Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəniləcək.

BAKI, 3 iyun — Sputnik. Azərbaycanda sahibkarlar bu il aprelin 1-dən dekabrın 31-dək məcburi dövlət sosial haqlarını güzəştlə ödəyəcək.

Sputnik Azərbaycan-a bununla bağlı Prezident İlham Əliyev “Sosial sığorta haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Beləliklə, bu ilin 9 ayı üçün sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.

2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-nə qədər isə əvvəlki qaydada - sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəniləcək.

11
Bakıda yaşayış kompleksi, arxiv şəkli

Güzəştli mənzillər adlarına uyğundurmu yaxud bunun nəyi güzəştdir?

142
(Yenilənib 22:02 03.06.2020)
Mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda 1 otaqlı mənzil üçün aylıq 138-143 manat, 2 otaqlı mənzil üçün 182-230 manat, 3 otaqlı mənzil üçün isə 245-268 manat ödəniləcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edib. Satışa ümumilikdə 249 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Sputnik Azərbaycan xəbər verir ki, MİDA-nın məlumatına görə, Agentliyin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında satışa çıxarılan mənzillərin qiymətlərindən, tətbiq edilən güzəştlər və əlavə endirimlərdən danışıb.

Ekspert bildirib ki, MİDA-nın bu istiqamətdə kifayət qədər təcrübəsi var: "Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi istər qiymət, istər prosesin icrası baxımından özünü doğruldub. Digər tərəfdən, bu yaxınlarda güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları da genişləndirilib. Artıq gənc ailə üzvü olan müəllimlər üçün əmək stajı tələbi 5 ildən 3 ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər. Eyni zamanda buraya "ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs" kateqoriyası da əlavə olunub. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər".

Hövsan yaşayış kompleksi, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Bu kateqoriyaları daha da genişləndirmək mümkündürmü sualına ekspert belə cavab verib: "Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarını daha da genişləndirmək olar, amma bu məsələ hələlik bu gün üçün aktual hesab edilmir. Onsuzda müraciətlərin sayı çoxdur. Məsələn, Yeni Yasamal layihəsində təxminən 1800 mənzil üçün 20 minə yaxın müraciət var idi. Bu mənada hesab edirəm ki, indiki halda kateqoriyaların genişləndirilməsi müraciətlərin sayını bir qədər də artıracaq və əlavə texniki problemlər yarada bilər. Amma layihələrin istiqamətləri genişlənərsə, bu addımı atmaq olar".

Mənzillərin qiymətlərindən danışan ekspert bildirib ki, mənzillərin qiymətini normal hesab etmək olar: "Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır. Hazırda əvvəlki texniki və digər qüsurlar yoxdur, aradan qaldırılıb. Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə alanlara 10% güzəşt ediləcək. Yəni şəxs mənzilin pulunu tam ödəyirsə, həmin vəsaitdə 10 faiz güzəşt nəzərdə tutulur. Belə ki, mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı 1 otaqlılar üçün 28 min 917 manatdan, 2 otaqlılar üçün 38 min 174 manatdan, 3 otaqlılar üçün 51 min 408 manatan başlayır".

O qeyd edib ki, gələcəkdə MİDA-nın həyata keçirdiyi layihələrə alternativ başqa layihələr təklif olunarsa, o halda qiymətlərə düzəlişlər qaçılmaz olacaq: "Amma bugünkü şərtlər daxilində tələb yüksəkdir və tələb yüksək olduğu dövrdə MİDA-nın təqdim etdiyi qiymətlər mövcud bazar qiymətlərindən aşağıdır. Məsələn, MİDA tərəfindən Yeni Yasamalda təmirli mənzilin 1 kvadratmetri 950 manata təklif olunurdu. Nağd alışlarda bu rəqəm hətta 860 manatadək gəlib düşürdü. Amma biz faktiki olaraq Yeni Yasamalın mənzil bazarını araşdırdıqda orada təmirli mənzilin bir kvadratmetrinin 1150-1200 manatdan başladığının şahidi oluruq. Burada növbəlilik mütləq şəkildə gözlənilir".

Qeyd edək ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şosesi - Hava Limanı 12-ci km. "22" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin satışı 30 iyun 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 7 iyul 2020-ci il tarixi saat 11:00-dək davam edəcək. Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub. Mənzillərin satış qiymətinə ƏDV daxildir. Mənzillərin sahəsi isə 1 otaqlılarda 38-39 kvadratmetr, 2 otaqlılarda 50-63 kvadratmetr, 3 otaqlılar 67-73 kvadratmetr arasında dəyişir. Bu, mənzillərin daxili perimetrlə ölçülən sahəsidir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda 10 faiz minimal ödəniş tələb olunur. Mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda 1 otaqlı mənzil üçün aylıq 138-143 manat, 2 otaqlı mənzil üçün 182-230 manat, 3 otaqlı mənzil üçün isə 245-268 manat ödəniləcək. Qeyd edək ki, kredit illik 4 faiz dərəcəsi ilə 3-30 il müddətinə verilir.

142
“Keşikçidağ”da Keşikçi qala” sərhəd zastavası kompleksi istifa­dəyə verilib

Bu gün "Keşikçidağ" istiqamətində təxribat törədiləcək?

0
DSX: “Keşik­çidağ” ərazisində bir qrup Gürcüstan vətəndaşının dövlət sərhədini pozmaqla təxribat törədəcəyi barədə məlumat­lar əldə olunub

BAKI, 4 iyun - Sputnik. İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı  tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub. Əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumatda qeyd edilir.

Məlumata görə, Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.

0