Xınalıq kəndi

Xınalığın inkişaf konsepsiyası hazırlanır - Yeniliklər olacaq

18
(Yenilənib 11:29 09.09.2019)
Sözügedən konsepsiya yaxın müddətdə ölkə rəhbərliyinə təqdim olunacaq

BAKI, 9 sentyabr — Sputnik. Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda "Dağların başı" layihəsi çərçivəsində musiqi festivalının açılış mərasimi keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid iştirak ediblər. Xınalığı qarşıda böyük yeniliklər gözlədiyini bildirən Fuad Nağıyev vurğulayıb ki, bu məqsədlə Xınalığın yeni konservasiya və inkişaf konsepsiyası hazırlanır, sözügedən konsepsiya yaxın müddətdə ölkə rəhbərliyinə təqdim olunacaq.

Florian Zenqstşmid isə öz növbəsində qeyd edib ki, bu növ festivallar sosial-iqtisadi inkişafa təkan verməklə yanaşı, regionda turizmin inkişafını da təşviq edir. Sentyabrın 8-dək davam edən festival müddətində Azərbaycan, Gürcüstan və Macarıstandan olan musiqiçilər öz ifalarını nümayiş etdirib və müxtəlif master-klasslar keçiblər.

Layihə ərzində ərsəyə gətirilmiş məhsulların satışı məqsədilə yarmarka fəaliyyətdə olub. Bundan əlavə, yoqa, meditasiya vorkşopları və açıq havada kino nümayişi təşkil olunub.

  • Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda Dağların başı layihəsi çərçivəsində musiqi festivalının açılış mərasimi keçirilib
    Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda "Dağların başı" layihəsi çərçivəsində musiqi festivalının açılış mərasimi keçirilib

1 / 4
Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda "Dağların başı" layihəsi çərçivəsində musiqi festivalının açılış mərasimi keçirilib

Qeyd edək ki, "VarYox" mədəniyyət və incəsənət təşkilatının rəhbərlik etdiyi "Dağların başı" layihəsinin koordinasiyasını Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi edir. Məqsəd incəsənət mütəxəssislərinin iştirakı ilə Xınalıq icmasının mədəni-sosial və iqtisadi həyatını canlandırmaq, toxuculuq üzrə yeni yaradıcı dizayn yanaşmasını tətbiq etmək, buranın təbii və mədəni resurslarından istifadə edərək müxtəlif yeni fəaliyyət növlərini və məhsullarını yaratmaqdır.

Avqustun 16-dan başlayan layihə müddətində azərbaycanlı və xarici sənətkarlar Xınalıq kəndində məskunlaşıblar, mədəniyyət və incəsənət nümunələri ərsəyə gətiriblər. Burada yerli əhaliyə xarici turistlərlə ünsiyyət bacarıqlarının gücləndirilməsi istiqamətində təlimlər keçirilib. Gələcəkdə də qoruğun sosial-mədəni həyatının inkişaf etdirilməsi məqsədilə bu növ təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

18
Teqlər:
musiqi festivalı, turizm, inkişaf, konsepsiya, Xınalıq
Televizor pultu, arxiv şəkli

MTRŞ: “Space” telekanalının yayımı 3 saat dayandırılacaq

3
(Yenilənib 18:56 04.08.2020)
“Space” televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edilib.

BAKI, 4 avqust — Sputnik. Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.

MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda 20 – 31 iyul 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

23 iyul 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 19.00 – 20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

3
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda daha 226 nəfər COVID-19-a yoluxub

200
(Yenilənib 17:33 04.08.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

BAKI, 4 avqust - Sputnik. Azərbaycanda koronavirus infeksiyasına yeni 226 yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089-dur. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

200
Kişi əllərini yuyur, arxiv şəkli

Su problemi tezliklə həllini tapacaq?

0
(Yenilənib 18:48 04.08.2020)
Onun sözlərinə görə, hazırda isə hədəf insanların içməli suya və suvarma suyuna tələbatını 100 faiz təmin etməkdən ibarətdir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. Hazırda Neftçalada vəziyyət gərgindir. Xəzər dənizinin Kürün suyuna qarışması ilə bağlı Neftçala şəhəri və rayonun 38 kəndi içməli sudan məhrum olub. Fövqəladə Hallar Nazirliyi, rayon icra hakimiyyəti və Azərsu ASC-nin dəstəyi ilə orada həm maşınlarla və modul tipli qurğularla su daşınır. Çənlər quraşdırılıb.

Qeyd edək ki, hazırda ölkə ərazisində su qıtlığı müşahidə edilir.

Millət vəkili Sevinc Hüseynova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, su problemlərinin həlli ilə bağlı mühüm tədbirlər keçirilməyə başlayıb.

© Photo : Courtesy of Sevinc Huseynova
Millət vəkili Sevinc Hüseynova

Millət vəkili bildirib ki, bir müddət əvvəl ölkə başçısının rəhbərliyi su məsələsinə həsr olunmuş müşavirə də bunu təsdiqləyir: Belə ki, görülən işlər nəticəsində Bakıda içməli su təminatı 40 faizdən 80 faizə, regionlarda isə 9 faizdən 63 faizə çatdırılıb. Eləcə də, ötən müddət ərzində yeni su anbarlarının tikintisi, artezian quyularının qazılması bu prosesə əhəmiyyətli təsir göstərib".

Onun sözlərinə görə, hazırda isə hədəf insanların içməli suya və suvarma suyuna tələbatını 100 faiz təmin etməkdən ibarətdir.

"Cənab Prezidentin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalaması da bu məqsədə xidmət edir", - deyə S.Hüseynova vurğulayıb.

0